Icma.az
close
up
RU
İnterpolun tutduğu Qədir Ədilov şikayətçiləri günahlandırdı: Əsl zərərçəkən mənəm

İnterpolun tutduğu Qədir Ədilov şikayətçiləri günahlandırdı: Əsl zərərçəkən mənəm

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Qədim Ədilovun məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iş üzrə zərərçəkənlərin ifadəsi ilə davam edib. Təqsirləndirilən Qədim Ədilov ittihamlarla razılaşmadığını bildirib:

"Əksinə bu qrupun özünün mənə borcu var. Əsl zərərçəkən mənəm. Bu qrupun özünün mənə külli miqdarda borcu var. Verdiyim malların hamısının sənədləri var. Bunları istintaqa da təqdim etmişəm".

Məhkəmə digər zərərçəkənlərin ifadəsinin dinlənilməsi üçün növbəti prosesi 15 yanvar 16:00-a təyin edib.

Xatırladaq ki, Qədim Ədilov 30-a yaxın Azərbaycan vətəndaşına qarşı külli miqdarda dələduzluqda ittiham olunur. 2021-ci ildə 17 vətəndaş onun barəsində Baş Prokurorluğa şikayət edərək dələduzluqla külli miqdarda vəsaitlərinin ələ keçirildiklərini bildiriblər.

Həmin şikayət üzrə cinayət işi davam etdiyi bir vaxtda Qədim Ədilov Gəncə şəhər sakini Nəsrulla Cəfər oğlu Nəzərova qarşı da dələduzluq edib. Nəsrullanın etibarından sui-istifadə edərək ona məxsus milyonlarla dəyəri olan asfalt zavoduna müştəri tapıb satacağına söz verib. Bunun üçün zavodu etibarnamə ilə öz adına keçirib. Sonra isə Nəsrulla Nəzərovdan xəbərsiz zavodu 1 milyon 750 min dollara sataraq aradan çıxıb.

Zərərçəkənlər deyirlər ki, əlavə olaraq Qədim Ədilov Nəsrulla Nəzərovun 10 minlərlə manat nağd pulunu da dələduzluq yolu ilə mənimsəyib.

2022-ci ildə Qədim Ədilov İnterpol vasitəsilə axtarışa verilməmişdən 2 ay əvvəl Anar Akif oğlu Məmmədov və partnyorlarının etibarını imtahana çəkib. Onlardan 612 min manat pul alandan sonra Qədim Ədilov əvvəl Türkiyəyə, oradan isə Rusiyaya keçib. İnterpol xətti ilə Rusiyada həbs olunan Qədim Ədilov 2024-cü ilin oktyabrında Azərbaycana təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4 maddəsi (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Dekabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri