Icma.az
close
up
RU
Bir çörəyin taleyi UNESCO nun qapısındakı erməni YALANI

Bir çörəyin taleyi UNESCO nun qapısındakı erməni YALANI

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanın maddi və qeyri-maddi irsi zaman-zaman müxtəlif saxtakarlıq cəhdlərinə məruz qalıb. Bu cəhdlərin əsas qaynağı isə qonşu Ermənistandır. Ermənilər daim kulinariya ənənələrimizə sahiblənmək üçün fürsət axtarıblar. Bu kontekstdə “lavaş məsələsi” xüsusilə diqqətçəkəndir. Ermənilər lavaşı özlərinə məxsus qida kimi təqdim etməyə çalışsalar da, tarixi, coğrafi və mədəni faktlar bu iddianın əsassız olduğunu göstərir.
Tarixçilərin qənaətinə görə, lavaşın 6 min ildən çox yaşı var. “Lavaş” sözü Türküstan və Volqaboyundan Balkanlara qədər bütün Türk dilləri və ləhcələrində geniş yayılıb.
Tarixi mənbələr göstərir ki, lavaş qədim Şərq mətbəxinin əvəzolunmaz qida nümunəsidir. Lavaş - su, un və duzla emal edilən mayasız nazik çörək növü kimi əsasən sacda və bəzən də təndirdə bişirilir. Tarix mənbələrinə görə, onun ilk izlərinə Azərbaycan, İran və Anadolu torpaqlarında rast gəlinir.
Bu çörək növü xüsusilə türk xalqları arasında gündəlik qida vasitəsi kimi istifadə olunub. Azərbaycanın Aran, Qarabağ, Naxçıvan və Gəncəbasar bölgələrində lavaş sac üzərində bişirilərək uzun müddət saxlanılan, praktik və ənənəvi çörək növü kimi formalaşıb.
Dilçi alimlər “lavaş” sözünün məhz türk dillərinə məxsus olduğunu bildirirlər. Bu söz bir çox türk dillərində “yayıb nazikləşdirmək” mənasını verən “qat-qat halında qida – laylanmış qida” anlamına gəlir.
Dilçi alimlərin sözlərinə görə, "lavaş" sözünün mənşəyi iki hissədən ibarətdir: "lav" və ya "lay" "qat" deməkdir, "aş" isə bütün türk dillərində "qida" anlamı verir. Beləliklə, "lavaş" "qat-qat qida" anlamına gəlir. Lavaş çörəyinin bəzi növlərini quru halda həftələrlə, aylarla saxlamaq mümkündür. Hərbi yürüşlər, səyahətlər zamanı o cümlədən qışlaq-yaylaq təsərrüfat həyatı sürən köçərilər üçün yola belə çörəyi götürmək əlverişli idi. Quru lavaşı azca nəm etməklə yeməyə hazır vəziyyətə gətirmək olur. Ona bükülmüş pendiri, şoru, qaymağı, yağı dürmək halında köç zamanı atdan enmədən rahatlıqla yemək mümkündür. İçərisi bu cür doldurulmuş yemək “dürmək” (dürüm) adlandırılıb. Bu sözə qədim türk mətnlərində rast gəlinir və o, dürtür - çevirmək, fırlatmaq, eşmək, bükmək türk feli əsası ilə bağlıdır.
Ermənicə isə bu anlayışın spesifik qarşılığı yoxdur. Bu da lavaşın erməni mətbəxindən qaynaqlanmadığını göstərir.
Tarixçi Elşad Əlili qeyd edir ki, lavaş çörəyinin Azərbaycanda hazırlanması Ermənistanla müqayisədə daha dərin ənənəvi köklərə malikdir. Bu çörək növü Ermənistanda yalnız təndirdə bişirilir. Azərbaycanda və Türkiyədə isə təndirdən başqa sobada və xüsusən də sacda hazırlayırlar. Odur ki, Ermənistandan fərqli olaraq, Azərbaycanda lavaşın müxtəlif növləri var. Ən nazik və yumşaq lavaş təndirdə deyil, məhz sacda hazırlanır.
“Lavaş əsasən arxası üstə çevrilmiş tiyanın -sacın səthi üzərində hazırlanır. Ermənilərin istifadə etmədikləri sac isə köçərilər tərəfindən hazırlanıb və səhra mətbəxinin vacib atributu sayılıb. Səyahət zamanı ondan istifadə çox asan və əlverişlidir. Sacın içəri tərəfində müxtəlif qızardılmış, qovrulmuş xörəklər hazırlanır, əks, qabarıq hissəsində isə lavaş çörəyi, kökə, lavaşabənzər müxtəlif un məmulatları, içi doldurulan yayma xəmirlər (kətə, qutab, gözləmə, qatlama-qattama və s.) bişirilir. Elə lavaş çörəyinin yaranması da onun forması və ya dadı ilə bağlı deyil, zərurətdən doğub.
Səyahətlər zamanı yolda dayanaraq sacda açıq səma altında lavaş çörəyini hazırlamaq, bir dəfəyə bir neçə həftəlik çörək bişirmək asan olurdu. Təndiri əlbəttə ki, yola götürmək mümkün deyil və ondan əsasən qışlaqlarda, bəzən isə yaylaqlarda istifadə olunurdu. Amma yaylaqlarda əsasən sacdan istifadə edilirdi və yeri gəlmişkən, ən nazik və dadlı yuxa təndirdə yox, məhz sacda bişirilir”.
Tarixçinin sözlərinə görə, lavaş çörəyi bu adla Qafqazda, həmçinin Türkiyədə, İranda, Mərkəzi Asiyada, Volqaboyu ərazilərdə qədim türklər arasında yayılıb:
“Bu şəkildə hazırlanan çörək Hindistandan Mərakeşədək bütün Şərq ölkələrində fərqli adlarla tanınır. Amma bu çörək növünün bişirildiyi və istifadə olunduğu ölkələrin heç biri lavaşı yalnız öz xalqına aid elan etmək kimi absurd addım atmaq fikrinə düşməyib. Ermənilər isə başqalarına məxsus olanları özününküləşdirməkdə özlərini çox sərbəst hiss edirlər. Üstəlik ermənilərin bu əməllərinə UNESCO daxil olmaqla, beynəlxalq təşkilatlar da rəvac verib.

2014-cü il noyabrın 26-da Parisdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasının gedişində Ermənistan «ənənəvi erməni çörəyi – lavaş»ın qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün ərizə ilə müraciət edib. Ermənistan tərəfinin quruma təqdim etdiyi fayl “Lavaş: ənənəvi erməni çörəyinin hazırlanması, əhəmiyyəti və xarici görünüşü mədəniyyətin ifadəsi kimi (Lavash, the preparation, meaning and appearance of traditional Armenian bread as an expression of culture)” adlanırdı. Qeyd edək ki, ilkin olaraq UNESCO-nun hökumətlərarası komissiyası bu formulu qəbul etmişdi.
Lakin Azərbaycan, İran və Türkiyə dərhal bu formula etiraz etdilər. İran tərəfi lavaşın qədim İran çörək növü olduğunu bildirdi. Azərbaycan lavaşın bütünlükdə bölgənin mədəni elementi olduğunu bəyan etdi, Türkiyə Azərbaycanın bu etirazına dəstək verdi. Etirazlardan sonra UNESCO formulu dəyişərək Ermənistanın faylını belə adlandırdı: “Lavaş: ənənəvi çörəyin hazırlanması, əhəmiyyəti və xarici görünüşü Ermənistanda mədəniyyətin ifadəsi kimi (Lavash, the preparation, meaning and appearance of traditional bread as an expression of culture in Armenia)”. Bununla da qurum “lavaş ənənəvi erməni çörəyi kimi” formulunu “lavaş ənənəvi çörəyi Ermənistanda mədəniyyətin ifadəsi kimi” ilə dəyişməklə lavaşın ermənilərə məxsus olmadığını, sadəcə Ermənistan mədəniyyətinin elementi olduğunu etiraf edib. Halbuki, lavaş çörəyi qədim zamanlardan Asiyadan Şimali Afrikayadək olan böyük bir ərazidə hazırlanır”.
Tarixçi deyir ki, qədim erməni dili olan qrabarın köhnə lüğətlərində “lavaş- çörək” sözünə rast gəlinmir.
“Necə ola bilər ki, 1698-ci ildən 1908-ci ilədək nəşr olunmuş 17 erməni dili lüğətinin heç birində “lavaş çörəyi” sözünə rast gəlinməsin? Əgər ermənilər hələ qədimdən nazik, incə lavaş çörəyinin bişirilməsi təcrübəsinə malik idilərsə, bu söz erməni dilində orta əsrlərə aid mətnlərdə yer almalı idi. Axı bu günün erməni dilçiləri “lavaş” sözünün erməni köklü olduğunu sübut etməyə çalışırlar. Amma keçmiş nəsillərə mənsub erməni filoloqları nədənsə erməni dilinin klassik lüğətlərinin heç birinə bu sözü salmayıblar...
Belə olan təqdirdə, sualın cavabı aydın və birmənalıdır. XX əsrin əvvəllərinədək erməni dilində “lavaş” termini olmayıb. Bu söz yalnız müasir erməni dili lüğətlərinə salınıb.
...Şübhəsiz ki, haradasa, 100 il əvvələdək ermənilər bu gün “erməni lavaşı” adlandırdıqları çörəyi kütləvi şəkildə bişirmək ənənəsinə malik olmayıblar. Onlar lavaş çörəyinin hazırlanması ənənəsini Azərbaycan torpaqlarına köçürüldükdən sonra məhz Azərbaycan türklərindən öyrəniblər. Çünki ermənilər hətta sonralar da “lavaş” sözündən istifadə etməyiblər. Söz ermənilərinin dilində XX əsrin əvvəllərində peyda olub. Konkret desək, bu söz Dağbaşyanın 1906-cı ildə dərc olunmuş rus-erməni lüğətində yer alıb. Məhz orada kökə, fətir sözü lavaş kimi tərcümə olunur”.
2016-cı ilin 28 noyabr – 2 dekabr tarixində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyanda Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya "Lavaş, katırma, jupka, yufka – nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" adlı təqdimat verilib. Bu təqdimat çoxmilli nominasiya kimi (Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Türkiyənin ortaq mirası kimi) UNESCO-nun UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Bu, erməni tərəfinin lavaşa iddialarını təkzib edən faktdır. Araşdırmalar göstərir ki, hətta Sovet dövründə nəşr olunmuş erməni kulinariya kitablarında belə lavaşdan geniş bəhs olunmur. Bu da o deməkdir ki, lavaş erməni xalqının deyil, gəlmə ermənilərin region xalqlarından öyrəndiyi bir çörək növüdür.
Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı bürünc dövrünə aid olan və lavaşın hazırlanmasında istifadə olunan məmulatlara rast gəlinib. Bu isə hələ 4 min il əvvəl Azərbaycan ərazisində sac üstündə lavaş bişirildiyini sübut edir. Lavaşın hazırlanma üsulu əsrlər boyu dəyişilməz qalıb. Həmçinin bu fakt Azərbaycan xalqının öz çoxəsrlik ənənələrinə sadiqliyinin təcəssümüdür.
Ermənilər bu gün də lavaşa saxta iddialarını sürdürürlər. İnternet resurslarında bununla bağlı saysız-hesabsız məqalələr yayımlayıblar, yenə də davam edirlər. Kor tutduğunu buraxmayan kimi...
Lavaş məsələsi sadəcə bir çörək mübahisəsi deyil – bu, mədəni kimliyin qorunması mübarizəsinin bir hissəsidir. Ermənilərin bu istiqamətdəki təxribatlarına qarşı həm ictimaiyyət, həm də rəsmi qurumlar həssas və prinsipial mövqe sərgiləməlidir. Biz öz dəyərlərimizi müdafiə etməsək, başqaları onları saxtalaşdırmaqdan çəkinməyəcək.
A. Zeynalov
Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyul 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Analitik baxış verilişində Əbu Dabi görüşü müzakirə edilib

11 İyul 2025 01:24see202

Tokayevdən rüsumların tətbiqi ilə bağlı Trampa CAVAB

10 İyul 2025 13:13see165

“Komedixana”nın aktrisasının ailəsində sevincli GÜN FOTO

10 İyul 2025 16:25see150

Bakıya karbon qazını udan süni “ağac” lazımdır?

10 İyul 2025 16:22see125

Taksilərə nəzarət artırılır Süni intellektin rolu nədən ibarət olacaq?

11 İyul 2025 01:36see125

Afranı Saraçoğlunu seriala çəkmək baha başa gəldi

10 İyul 2025 13:28see123

Hacı Əliyev: Çalışıram ki, Azərbaycan güləşi daim zirvələrdə olsun AÇIQLAMA

10 İyul 2025 16:25see123

Cica “Qarabağ”dan ayrıldı yeni klubu da məlumdur

10 İyul 2025 21:14see122

Bugünkü döyüşü uduzduq, amma hələ müharibəni uduzmamışıq Sabah ın baş məşqçisi

10 İyul 2025 23:02see121

ABŞ da aqrar proqramlarda irq və cinsiyyət amilləri artıq nəzərə alınmayacaq

10 İyul 2025 16:26see119

Sabah dan güclüyük Riera

11 İyul 2025 01:40see118

Bu, xərçəng riskini 40 % azaldır

10 İyul 2025 16:09see118

Ermənistanda terror aktına hazırlıq: 7 nəfər saxlanılıb Hədəfdə siyasətçilər olub

10 İyul 2025 14:12see116

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see116

12 oldular, bəy! “Kəpəz”dən daha bir lider getdi

11 İyul 2025 01:03see113

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see113

“Putin hər şeyi korladı və Trampla münasibətlər pozuldu” “The New York Times” KONKRET

10 İyul 2025 22:01see112

İranlı rəsmidən Trampa təhdid: “Dron onu vura bilər”

10 İyul 2025 21:09see112

Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu Dabi görüşü uğurlu olub

10 İyul 2025 23:51see111

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri