Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Moskva Dəməşq xəttində yeni səhifə: Əl Şaraa Rusiyadan balanslı siyasət istəyir

Moskva Dəməşq xəttində yeni səhifə: Əl Şaraa Rusiyadan balanslı siyasət istəyir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Putinlə-Əl-Şaraa görüşünün mərkəzindəSuriya-Rusiya münasibətlərinin gələcək istiqaməti dayanacaq


Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada işgüzar səfərdə olacaq Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparacaq.

Bu barədə Kremldən bildirilib.

Qeyd olunub ki, dövlət başçıları ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və inkişaf perspektivlərini, həmçinin Yaxın Şərq gündəmini müzakirə edəcəklər.

Eyni zamanda "Reuters" və "Al Wakeel News" mənbələri məlumat yayıb ki, Suriya prezidenti Əhməd əş-Şaraa Putinlə görüşdə sabiq lider Bəşər Əsədin mümkün cinayətlər üzrə məhkəməyə çıxarılması üçün rəsmi olaraq ekstradisiya tələb etməyə hazırlaşır. 

Tərəflərin danışıqlarda həm ikitərəfli münasibətlərin gələcək istiqamətini, həm də Yaxın Şərqdə baş verən proseslərə birgə yanaşmanı müəyyənləşdirməsi gözlənilir.


Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a deyib ki, öncəliklə Ukrayna müharibəsinin Rusiyaya təsirini, həmçinin Yaxın Şərqdə baş verənləri də nəzərə almaq vacibdir:


"Əhməd əl-Şaraa hakimiyyətə gələndə çalışırdı ki, Moskvanın təsirlərini mümkün qədər azaltsın. Hətta Rusiyanın oradakı hərbi bazalarının fəaliyyətinin dayandırılması və ya minimallaşdırılması istiqamətində addımlar atıldı. Lakin sonrakı dövrlərdə regionda daha ciddi ocaqların yaranma riski üzə çıxdı. İsrailin növbəti addımları və Rusiyaya qarşı anti-Çin qüvvələrin fəallaşması Əl-Şaraa rəhbərliyini müəyyən mənada geri çəkilməyə məcbur etdi. Yeni Suriya hakimiyyəti başa düşdü ki, mərkəzləşdirilmiş sistem qurulmayana, ölkə vahid şəkildə mərkəzi hakimiyyətə tabe edilməyənə, daxildəki müstəqil qruplar aradan qaldırılmayana və xarici müdaxilələr -xüsusilə üçüncü ölkələrin təsirləri həddən artıq mövcud olduqca, Rusiyaya, Çinə və digər güclərə münasibətdə ehtiyatlı olmaq lazımdır. Bu güclər hələ də Yaxın Şərqin, xüsusən Suriyanın siyasi həyatının formalaşmasında mühüm rol oynayırlar. ABŞ-nin isə rolu aydındır. Rusiya isə Əsəd rejimi dövründə bağlanmış razılaşmalar və orada formalaşmış möhkəm mövqeyi ilə hələ də bölgədə əsas iştirakçılardan biridir. Çin də son illərdə Yaxın Şərqə daha aktiv daxil olub və İran kimi regional aktorları qərbə qarşı geosiyasi balansda dəstəkləyən əsas dünya güclərindən birinə çevrilib. Bu səbəbdən Suriyada və ümumiyyətlə Yaxın Şərqdəki reallıqları müzakirə edərkən bu amilləri nəzərə almamaq olmaz".


Analitik qeyd edib ki, Putinlə Əhməd Əl-Şaraa arasındakı görüşün mərkəzində məhz Suriya-Rusiya münasibətlərinin gələcək istiqaməti dayanacaq:

"Əl-Şaraa həm Bəşər Əsəd, həm də Hafiz Əsəd səviyyəsində bir lider olmayacaq. O, ölkəsinin müstəqilliyini qorumaq, beynəlxalq siyasətdə daha müstəqil və öz maraqlarını müdafiə edə bilən Suriya yaratmaq məqsədindədir. Lakin bunun üçün ilk növbədə terrorçuluqla mübarizə aparmaq, ölkəni vahidləşdirmək və mərkəzi hakimiyyəti bərpa edib gücləndirmək lazımdır. Məhz bu şərtlər təmin olunduqdan sonra Suriya regional rəqabətdə daha müstəqil mövqe tuta bilər. Bu kontekstdə Əl-Şaraa Rusiyadan ölkəsinə, Bəşər Əsəd dövründə olduğu kimi, müstəmləkə kimi deyil, müstəqil dövlət kimi yanaşma gözləyəcək. Həmçinin Suriyanın hüquq və maraqlarının tanınmasını tələb edəcək. Eyni zamanda o, həm müstəqillik, həm də balanslı xarici siyasət prinsiplərini qorumağa çalışacaq. Əgər Əl-Şaraa bunu bacararsa, Rusiya ilə münasibətlər zaman-zaman yeni hakimiyyətin maraqlarına uyğun şəkildə tənzimlənə bilər. Rusiya isə indiki geosiyasi reallıqlar fonunda Suriyada qurulacaq yeni modelin öz maraqlarına zidd olmasından ehtiyat edə bilər. Bu səbəbdən Moskva məsələlərə ehtiyatla yanaşır. Rusiyanın Suriyada maraqları arasında hərbi bazaların saxlanılması, xüsusən Aralıq dənizi sahillərindəki mövqelərin qorunması xüsusi yer tutur. Bu bazalar yalnız Suriyadakı maraqların təminatı üçün vasitə deyil. Eyni zamanda Rusiyanın Aralıq dənizi üzərindən Şimali Afrika və dolayısı ilə Afrika siyasətinə təsir göstərməsi, rus meyilli qüvvələri dəstəkləməsi və materiyalar silah, logistika və digər texniki yardımların daşınması üçün strateji əhəmiyyətə malikdir. Moskva, görüşdə öz şərti kimi Suriyadakı bazaların vəziyyəti ilə bağlı tələblər qoya bilər. Hansı məsələlərin razılaşdırılacağı və hansı mövzuların növbəti görüşlərə saxlanılacağı isə görüşdən sonra daha dəqiq məlum olacaq. Nəticə etibarilə, görüş regional və qlobal aktorların təsiri altında baş verən dinamikaları nəzərə almalıdır. Suriyanın daxili sabitliyi və mərkəzləşməsi, terrorla mübarizə və xarici güclərlə balanslı münasibətlər bu dialoqda əsas rol oynayacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see223

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see218

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see216

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see215

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see180

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see163

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see160

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see159

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see158

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see152

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see151

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see150

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see145

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see145

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see144

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see143

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see138

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri