Icma.az
close
up
RU
ÇÖRƏYİN faydaları nələrdir?

ÇÖRƏYİN faydaları nələrdir?

Icma.az, News24 saytına istinadən bildirir.

ÇÖRƏYİN faydaları nələrdir?Bəzi qidalanma mütəxəssisləri çörəyin ən böyük faydasının içində yox, məhz qabığında olduğunu bildirirlər. İddialara görə, bişirmə prosesi zamanı çörəyin qabığında kolon xərçənginin qarşısını almağa kömək edən yüksək səviyyədə antioksidantlar yaranır.

News24.az Baku.ws-ə istinadla xəbər verir ki, bu məsələyə aydınlıq gətirmək üçün Veçernyaya Moskva nəşri endokrinoloq və dietoloq Aleksey Kalinçev ilə danışıb.

Aleksey Kalinçev çörəyin qidalanmada mühüm rol oynadığını vurğulayaraq, onun "süfrənin əsas məhsulu" hesab edildiyini bildirib. Ancaq bu fikrin əsasən çovdar unundan bişmiş çörəyə aid olduğunu qeyd edib. Mütəxəssisə görə, çovdar çörəyi tərkibcə qarabaşaq yarması sıyığı ilə bənzərlik təşkil edir və uzun müddət toxluq hissi yaradır.

"Çörək istənilən fiziki fəaliyyət üçün enerji mənbəyidir. Lakin onun əsas məqsədinin qabığındakı antioksidantlar olduğunu söyləmək doğru olmaz. Çörək, ilk növbədə, qida məhsuludur və düzgün balanslaşdırılmış qidalanmanın bir hissəsi kimi istehlak edilməlidir", – deyə ekspert bildirib.

Sovet dövründə insanlar gün ərzində az yemək yesələr də, daha çox fiziki hərəkət etdiklərindən kifayət qədər enerjili olurdular. O dövrdə nahar zamanı ağ çörək, süd və ya kefirdən ibarət sadə qidalar geniş yayılmışdı. Kalinçevə görə, çörək orqanizmə enerji verir, lakin az hərəkət edən və çəki artımı problemi yaşayan insanlar onun istehlakını məhdudlaşdırmalıdırlar.

Qara çörək niyə daha faydalıdır?

Mütəxəssis çörək yeyərkən ağ undan hazırlanmış məhsullardan imtina etməyi, əvəzinə qara və çovdar çörəyinə üstünlük verməyi tövsiyə edib.

Bununla belə, o vurğulayıb ki, səhər yeməyini yalnız çörək və çayla əvəz etmək düzgün deyil. Sağlam qidalanma üçün karbohidratlarla yanaşı, zülallar və yağlar da balanslaşdırılmış şəkildə qəbul edilməlidir.

Çörək "şeytanlaşdırılmamalıdır"

Dietoloq çörəyin sağlam insanlar üçün zərərli hesab edilməsinin doğru olmadığını bildirib. Onun fikrincə, antioksidantlarla zəngin olan digər məhsullar da var və onları qida rasionuna əlavə etmək mümkündür.

"Çörək düzgün istehlak edildiyi halda faydalıdır. Onu şeytanlaşdırmağa ehtiyac yoxdur. Eyni zamanda, sağlam qidalanmanı qorumaq üçün balanslı qidalanmaya riayət etmək və hərəkətli həyat tərzi keçirmək vacibdir", – deyə ekspert əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Fevral 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see644

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see449

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see420

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see395

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see230

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see225

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see220

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see215

“Mirzə Əsgərov bizim üçün əziz dost, dəyərli ziyalı və nümunəvi vətəndaş idi” VÜQAR RƏHİMZADƏ

07 İyul 2026 16:50see214

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see202

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see184

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see182

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see168

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu FOTO

07 İyul 2026 19:08see167

İyulun 7 8 də Günəş aktivliyi artacaq

07 İyul 2026 19:30see161

Prezident yeni cərimələri TƏSDİQLƏDİ

07 İyul 2026 16:05see161

Azərbaycan ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə edildi

07 İyul 2026 19:13see155

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

08 İyul 2026 05:04see154

Geosiyasi gərginlik fonunda neft qiymətləri yüksəldi

08 İyul 2026 06:27see150

Rusiya Azərbaycana izahat verməlidir

07 İyul 2026 08:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri