Icma.az
close
up
RU
Bir daha Himnimiz haqqında

Bir daha Himnimiz haqqında

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kamil Şahverdi

V yazı

(əvvəli BU LİNKDƏ)

Xəyal deyil Turan

Kardeş Selamı - Azərbaycan Marşı
Hilal artık söndü diye
Sevinmişti düşman niyə?
Hilal birken iki oldu
Selam bizden ikinciye!
Azerbaycan, Azerbaycan
Alkışladık seni candan.

Anamız bir, babamız bir
Azerbaycan öz kardeştir.
Zaten biriz, fakat yarın
Bütün bütün birleşilir!
Azerbaycan, Azerbaycan
Bildik hayal değil Turan!
Tarixçi-alim Firdovsiyyə Əhmədovanın üzə çıxartdığı bu sənəddə qeyd olunmuş şeirin əvvəlcə Nəriman Nərimanova aid olduğu bildirilirdi. Çünki, tapılmış sənəddə şeirin müəllifi göstərilməyib. Ona görə də Nəriman Nərimanova məxsus sənədlərin arasında tapıldığına görə ona aid olduğu iddia olunurdu. Bu hal 2020-ci ilə qədər davam etmişdi. Nəhayət 2020-ci ildə jurnalist Rəşad Sahil türkiyəli araşdırmaçı Atilla Oralın "Nuri Killigil" adlı kitabında (Atilla Oral, "Nuri Killigil" səh. 121) həmin şeirə rast gəlir. Burada şeirin müəllifi İsmayıl Zühti göstərilir. (əslində İsmayıl Zühtü Bəy olmalıdır). Atilla Oral şeirin istinadı kimi "Yeni Kafkasiya" dərgisini göstərir. Bunu görən Rəşad Sahil tarixçi-alim Firdovsiyyə xanımla əlaqə saxlayır və Nəriman Nərimanova aid hesab edilən şeirin başqa müəllifə aid olduğu haqda ona məlumat verir. Firdovsiyyə xanım da "Yeni Kafkasiya" dərgisini nəşrə hazırlayan türkiyəli alim, professor Yavuz Akpınarla əlaqə saxlayaraq dərgidə belə bir şeirin olması barədə sorğu göndərir. Bir müddət sonra Yavuz Akpınar Bakıya gəlir və Firdovsiyyə Əhmədova Rəşad Sahillə birlikdə türkiyəli alimlə görüşürlər. Bu görüş haqqında Rəşad Sahil 26.02.2020-ci ildə "admiral.az" saytında yazı dərc edir. Yavuz Akpınar və Firdovsiyyə Əhmədova ilə aparılan müsahibədən məlum olur ki, bu şeirin müəllifi İsmayıl Zühtü Bəydir. Yavuz Akpınar "Yeni Kafkasiya" dərgisinin 28 may 1925-ci il tarixli sayından sitat gətirir: -Sizə "Yeni Kafkasiya" dərgisindən bir yazı oxuyum. Dərginin 28 may 1925-ci il tarixli sayında İsmayıl Zühtü ilə bağlı çox aydın şəkildə yazılıb: "Yuxarıda dərc etdiyimiz şeir məşhur bəstəkar, izmirli mərhum Zühtü bəyindir. Azərbaycanımızın istiqlalı elan olunmasından cuşə gələn qiymətli sənətkar, bu şeiri yazaraq bəstələyib. Bəstəni də İzmirdə və Anadolunun müxtəlif yerlərində öz tələbələrinə öyrədib."
Yavuz Akpınarın bu müsahibəsindən sonra Azərbaycanda bu şeirin İsmayıl Zühtü Bəyə aid olması təsdiqini tapmış oldu. Türkiyə mənbələrinin çoxunda da "Yeni Kafkasiya"ya istinad olunaraq şeirin İsmayıl Zühtü Bəyə aid olması mübahisə doğurmurdu.
Əslində isə İsmayıl Zühtü Bəy bu şeirə musiqi bəstələyərək "Azərbaycan Marşı"nı yazmışdı. Şeirin müəllifi isə böyük Türk yazıçısı, ədəbiyyat tarixçisi, ədəbiyyatşünas, jurnalist, siyasətçi İsmayıl Həbib Sevükdir.
Mən uzun müddət İsmayıl Zühtü Bəyin "Azərbaycan Marşı" ilə bağlı məlumatları araşdırmaqla məşğul olmuşam. Bu əsərin notlarını hələ də əldə edə bilməsəm də, marşın söz müəllifinin tanınmış ədəbiyyatçı İsmayıl Həbib Sevükün olması haqqında danılmaz faktlar toplamışam.
İsmayıl Həbib Sevük bu əsər haqqında öz xatirələrində yazır:
"1920-ci ilin ilk ayları. Müzəffər Müttəfik Dövlətlər, Türk Azərbaycan Cümhuriyyətinin istiqlalını elan etdilər.
Qatı qaranlıqda bir kibrit işığının belə bir lampa parıltısından daha qüvvətli görünməsi kimi, işğal altındakı İzmirdə də bu xəbər bizi bəlkə də öz mahiyyətinin haqqı olan səadət payından qat-qat çox sevindirmişdi.
Hələ daima coşğun yaşayan İsmayıl Zühtü; xəbəri nərə çəkən bir əda ilə hayqıraraq liseydəki otağıma girdiyi zaman, ustadı, ruhu qanadlanaraq ayaqları yerdən qalxmış sanmışdım. Xoş-beşə belə vaxt buraxmadan "Haydı mənə dərhal bir marş sözləri yaz" dedi. "Nə marşı?" deyirəm. "Azərbaycan üçün canım" deyir. "Sənə mənim şeir yazdığımı kim söylədi? Mən şair deyiləm." Ustadda partlayıcı bir qəzəb: Vay, qırx ildə bir kiçik xahişdə bulunmuş, zatən hiz... Baxdım söyüşləri sıralayacaq, "Yaxşı, yaxşı" deyirəm. Marşın sözləri səkkiz hecalıq iki qitədən mürəkkəb olacaqmış, misralar çox uzun olarsa marşa gəlməzmiş; hər iki qitənin nəqərat mahiyyətində ayrıca birər beyti də tapılacaq. "Dərziyə ölçülü-biçili paltarmı sifariş edirsən?" deyirəm. Boşboğazlığı burax" deyir. Can adamı qırmaq əlimizdə deyil. "Bunun adı nə olacaq?" dedim. "Qardaş salamı canım, anlamadınmı?" dedi. Bu söz yazılacaq şeyin bütün ruhunu ilhamlandırmışdı:
Hilal artıq söndü deyə / Sevinmişdi düşmən niyə? / Hilal birkən iki oldu / Salam bizdən ikinciyə!
Gerisinə lüzum yox. "Allah səni həməncik müvəffəq etdi, məni də inşallah bir həftəyə edər" deyərək kağızı qapdığı kimi çıxıb getdi.

seeBaxış sayı:203
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 İyun 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri