Bir daha Himnimiz haqqında
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Kamil Şahverdi
VII Yazı
ALLAH BU MİLLƏTƏ BİR DAHA İSTİKLAL MARŞI YAZDIRMASIN.
Mehmet Akif Ersoy.
Mehter destesi Avropada elə məşhurlaşmışdı hər dövlət öz ölkəsində belı bir orkestrin olmasını arzulaylrdı. 1720-ci ildə Polşa kralı II Avqust Türk sultanından Yeniçer hərbi orkestr musiqi alətlərinin komplektini hədiyyə allr. 1725-ci ildə Rus imperatrisası I Yekatrina İsranbuldan Türk hərbi orkestr gətizdirir.
1741-ci ildə yeniçer musiqi alətləri Avstriyada, daha sonra Prussiyada və digər Avropa ölkələrində istifadə olunmağa başlayır. "Ala Turca" bir janr kimi Avropada elə dəbə düşmüşdü ki, hər bir bəstəkar yazdığı əsərlərdə türk musiqi alətlətindən istifadə edərək mehter marşlarının səs tembr koloritini yatatmağa çalışırdı. Artıq Avropa simfonik orkestelərinin hamısında türk musiqi alətlərindən geniş istifadə olunurdu. Bu dövrdə Türk Yeniçer musiqisinin, mehter marşlarının Avropa simfonik və opera musiqisinə ciddi təsiri danılmazdır. Məşhur bəstəkarlar Haydn, Qlyuk, Motsart, Bethoven, List, Bize, Maler və digər dünya şöhrətli bəstəkarlar öz yaradıcılıqlarında türk musiqi ənənələrinə istinad edərək ondan geniş istifadə etmişlər.
1826-cı ildə II Mahmud dövrün tələblərinə cavab vermədiyini səbəb göstərərək Yeniçeri Ocaqlarını ləğv etdi. Yeniçeri Ocaqlarının ləğvi ilə bərabər bütün Mehterhanelər də qapadıldı. Çünki Mehterhanelər Yeniçeri Ocaqlarının tərkibində fəaliyyət göstərirdilər.
Tarixdə bu hadisə "Vaka-i Hayriye" (Xeyirli hadisə) adı ilə tanınır. 16 iyun 1826-cı ildə İstanbulda Osmanlı Padişahı II Mahmutun əmri ilə Yeniçeri Ocaqları topa tutularaq yox edilmiş və sağ qalanlar isə 16-17 iyunda edam edilmişdir.
Belə bilgilər də var ki, Mehterhanelər qapadıldıqda yüzillərlə formalaşan böyük marş külliyatı da yox edilmişdir. Bu barədə "Parlak Jurnal" saytında qeyd olunur:
"Tarix 1826-nı göstərirkən 2-ci Mahmut, əvvəlki padişahların düşünüb də yapa bilmədikləri bir şeyi bacaracaqdı. Osmanlının qərbləşməsi uğrunda və modernləşmək məqsədiylə Yeniçeri Ocaqlarını qapatmışdı. Təbii ki, bununla bərabər Ahi, Bektaşi Ocaqları və Mehteran Bölügü də eyni taleyi yaşayacaqdı. II Mahmut Mehteran Bölügünü qapatarkən oradakı marşlar və güfteler ( mətnlər, sözlər-K. Ş.) də bölüklə birlikdə kül olub uçdu. Bizim bir çoxumuzun qədim əsrlərdən qaldığını sandığımız Mehter Marşları əslində 2-ci Məşrutiyyənin elanı ilə birlikdə 1908-ci ildən sonra bəstələnmişdir. 1914-cü ildə Enver paşanın əmrləri ilə mehter marşları yenidən bəstələnməyə başlanmışdır.
Mehter bölügünün qapadılırkən bəstə və güftelərin də ortadan qaldırılmasının səbəbi, II Mahmutun modernləşmə təşəbbüsü idi. Yeniçeri ocağını qapatan bir padişah, əski ordunu xatırladan heç bir şeyi həyatla əlaqələndirmək istəməmişdir. Bu bir qədər anlaşılandır. Daha sonra Osmanlıda millətçilik əhvalının yüksəlməsiylə birlikdə bu marşlarım gücü kəşf ediləcək və Osmanlı marşları təkrardan xatırlanacakdır." ("Mehter Marşları ve Gerçek". Parlak Jurnal İnternet Dergisi. 17 avqust 2017)
Osmanlı imperatoru II Mahmut
II Mahmut mehter təşkilatı yerinə Avropa dövlətlərindəki hərbi orkestrlərinin bənzəri olan "Musika-i Hümayun" adında saray orkestri yaratdı. 1828-ci ildə bu orkestrə rəhbərlik etmək üçün İtaliyadan bəstəkar və dirijor Giuseppe Donizetti dəvət olundu. O məşhur İtaliya bəstəkarı Gaetano Donizettinin böyük qardaşı idi, Napoleonun ordusunda hərbi orkestrdə xidmət göstərmişdi. İstanbula dəvət olunan Giuseppe Donizetti (1788-1856) II Mahmutun sarayında Avropa tipli orkestr yaradaraq ömrünün sonuna qədər Osmanlı dövlətində xidmət etmişdir. Paşa titulu ilə mükafatlandırılan Giuseppe Donizettinin II Mahmutun şərəfinə bəstələdiyi "Mahmudiye Marşi" on bir il, II Mahmutun ölümündən sonra taxta çıxan oğlu Sultan Abdülmecit üçün bəstələdiyi "Mecidiye Marşı" da (1839)
22 il boyunca Osmanlı Dövlətinin marsı olarak ifa edilmişdir.
20-ci yüzilliyin əvvəllərində Osmanlıda milli oyanış zəminində mehter musiqisi gündəmə gəldi. Ənvər Paşa mehter musiqisinin türkçülüyü gücləndirəcəyi düşüncəsi ilə yenidən mehter dəstəsi yaratmaq fikrinə gəldi. Lakin dövlətdən dəstək olmadığı üçün Ənvər Paşa istəyini lazımi səviyyədı həyata krçirməyə nail ola bilmədi. Baxmayaraq ki, bir çox nüfuzlu hərbçilər və düşüncə sahibləri Ənvər Paşanın təşəbbüsünə qoşularaq bu movzunu gündəmdə saxlaya bilmişdilər. Nəhayət 1914-cü ildə İstanbuldakı Askeri Muzenin (Hərbi muzeyin) nəzdində Mehterhane-i Hakani adı ilə yeni bir Mehter dəstəsi yaradıldı. "Mehterhane-i Hakanın mehterbaşılığına Eyyubi Ali Riza Bəy (Şengel) getirildi; həftədə iki gün konsert verməyə başladı" (Erhan Tekin, Nilgün Doğrusöz. (7 yanvar 2018). "Yirminci Yüzyılda Kültürel Bellek ve Gelenegin Yeniden İhyası Bağlamında Mehterhane-i Hakani". Elektron Sosyal Bilimler Dergisi. 17 (65): 317-336.)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 18 Avqust 2026 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















