Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

“Bir dəfə bazarda ermənilər məndən soruşdular ki, necə yəni, Leninakanda türk yaşayır?..”

“Bir dəfə bazarda ermənilər məndən soruşdular ki, necə yəni, Leninakanda türk yaşayır?..”

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Mehman növbədə olanda evdə tək qalmalı olurdum. Səhərə qədər yatmırdım... Gümrüdə qarışıqlıq idi, mitinqlər ğedirdi... Gözüm hər iki tərəfdə olan pəncərələrdə qalırdı...”

"...Hər iki xalqın sadə təbəqələri hansısa daxili və xarici xüsusi xidmət qurumlarının, lobbilərin öz maraqları naminə birlikdə qurduqları oyunun qurbanlarına çevrilirdi..."

Milli Ordu quruculuğunda, həmçinin I Qarabağ savaşı zamanı torpaqlarımızın düşmən təcavüzündən qorunmasında və işğaldan azad edilmə əməliyyatlarında danılmaz xidmətləri olan Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavini, rəhmətlik polkovnik Mehman Səlimovun ömür-gün yoldaşı Nərminə xanım Səlimovanın öz əli ilə qələmə aldığı hərbçi ailəsinin rastlaşdığı kəşməkeşləri təsvir edən ibrətamiz həyat hekayətlərinin ən maraqlı məqamlarını dəyərli  Moderator.az oxucularının diqqətinə çatdırmaqda davam edirik:

(Əvvəli burada: )

...Moskvanın qarlı ğünlərində bayramlarda, doğum ğünlərində azərbaycanlı soydaşlarımızla birlikdə zaman keçirməyə adət etmişdik. Özümüzü bir anlıq Vətəndə hiss etməyə vasitə, mühit arayırdıq. Vaxt, imkan tapanda Moskvanın mədəniyyət mərkəzlərini: teatrları, konsert zallarını ziyarət etməyi çox sevərdik... 

Hər bir xalqın mədəniyyətini öyrənmək, o xalqın kim olduğünu bilmək, onların mədəniyyətinə hörmətlə yanaşmaq bizim öz daxıli mədəniyyətimizi büruzə verir və onların da sənə hörmətlə yanaşmalarına münbit şərait yaradır...

Rusiya paytaxtındakı Hərbi Akademiyanı bitirəndən sonra ömür-gün yoldaşım Mehman Səlimovu qəbul-edən rektor ona sual verir ki, "sən millətçisən? Neçə illər Ukraynada yaşamısan, amma evlənəndə türk qızı ilə evlənmisən..."  Mehman deyir, bir anlıq donum qaldım, sonra cavab verdim ki, yoldaş ğeneral, sizin yaxşınızı mənə verməzdilər, pisinizi də mən almazdım. Cavabında ğeneral söyləyib ki, “durnoy vapros -  xaroşiy atvet”, yəni “axmaq sual – yaxşı cavab”. Ardınca isə belə deyib: “Təyinat məsələsində haranı istəyirsən, özün könüllü seç...” 

Həmin vaxt mənə zənğ vurmuşdu... Müzakirə elədik və Borçalıya yaxın olduğu üçün  Ermənistanın indi “Gümrü” adlanan Leninakan  şəhərini seçdik... 

Əslində bu şəhərin adı elə tarixən belə olub. Tədqiqatçılara görə, Gümrü toponimi e.ə. VIII–VII əsrlərdə həmin bölgəyə gəlmiş qədim türk mənşəli kimmer (kəmər / qəmər) tayfasının adından əmələ gəlib...

Bu minvalla Mehman Leninakanda işə başladı, mən isə iki uşaqla Moskvada İttifaqlararası  Həkimləri Təkmilləşmə İnstitutunun klinik ordinaturasının  2-ci kursunda təhsilimi davam etdirməli oldum...

Bir hissəsi məkandan-məkana təkərlər üstə keçən qürurverici hərbi həyatımızı Ermənistanda davam etməyə hazırlaşırdıq. Birinci dəfə konteyneri tək yola salmağa, 2 uşaqla yola çıxmağa məcbur  qaldım. Yığdığım yükün üstündə oturub SSRİ məkanının o vaxt üçün ağlagəlməz olay və proseslərlə qaynayan vaxtında hara ğetdiyimizi, bu yolun bizi hansı çətinliklərlə üzləşdirəcəyini düşünməyə başladım...

Fikirləşməkdən keşmişdi... Biz artıq burulğanlı həyat yolumuzun dərinliklərində, çətinliklə olsa da, addım-adım  irəliləyirdik... Və bu acı gerçəkliklərlə üzbəüz ğəlib mübarizə aparmağa məhkum idik... 

Hərbçi ailəsi olaraq həyatımız nə qədər çətin olsa da, o vaxt SSRİ bizim üçün müqəddəs sayılırdı. Fəqət  Ermənistana ğetdikdə bu mifin dağıldığını ğözlərimizlə ğördük...

...Hər iki xalqın sadə təbəqələri hansısa daxili və xarici xüsusi xidmət qurumlarının, lobbilərin öz maraqları naminə birlikdə qurduqları oyunun qurbanlarına çevrilirdi... 

Gümrü şəhərində üçotaqlı mənzilimizdə iki qızımız - ailəmiz yenidən bir yerdə idik. Şəhərə yenicə ğələndə Moskvadakı xəstəxanada mənim pasientim olmuş erməni qadın və əri ilə təsadüfən rastlaşdıq.  Bizi çox mehribanlıqla qarşılayıb qonaq etdilər. Onlar da Moskvada bizdə  qonaq  olmuşdular...  

Qərbi Azərbaycanın (indiki Ermənistan) qədim Ağbaba mahalı ərazisində yerləşən tarixi Amasiya rayon mərkəzində işə düzəldim. Türkiyədə də sadəcə bir hərflə fərqlənən(Amasya) eyni adlı şəhər olduğunu qeyd eləmək yerinə düşərdi...

Mən mərkəzi xəstəxanada işləyəndə bizimkilərdən Cəlal adlı həkim qalmışdı, azərbaycanlı həkim personalının çoxu Azərbaycana köçmüşdü. Bir həkimimizi də tutmuşdular. Guya narkotik üstündə... 

...Bir bütöv ştatlı akuşer-ğinekoloq işində çalışırdım. Yarımştat həkim olmadığından onkoloq ştatını da mənə təklif etdilər. Razı oldum, ancaq şərt qoydum ki, x̌əstəyə ( onkoloğiyada narkotik tərkibli dərmanlar olurdu) narkotik tərkibli həbb, yaxud inyeksiya yazılanda xəstə, mən, baş həkim, bir də tibb xidməti rəisi bir yerdə  olmalı və həmin dərmanın reseptini yazmalıyıq. Mənə dedilər ki, siz demək istəyirsiz ki, sizin həkimi biz tutdurmuşuq? Cavab verdim ki, mən sizə heç nə demirəm, amma özümü qorumaq üçün bu mənim hüququmdur. İnandırım ki,  4 ay ərzində heç bir xəstə olmadı, çünki apteklərdə narkotik tərkibli dərmanların açıq satışı haqda məlumatlar var idi... 

Bir dəfə bazarda ermənilər məndən soruşdular ki, necə yəni, Leninakanda türk yaşayır?.. Ermənilərin şovinistliyi pik həddə çatmışdı. Daha təkbaşına şəhərə, bazara çıxmadım...

Bir dəfə ayaqqabımı təmir etmək üçün yaxınlıqdakı ustaya aparmağa məcbur oldum. Usta əlindəki bizi oynadaraq az qala mənə qurban kimi baxıb, dedi ki, məgər bu binada türk yaşayır?..

Biz özümüzə türk deməyə çəkinirdik, amma onlar bizi öz adımızla çağırırdılar. Hələ Moskvada olanda ermənilər mənə “hayes” deyə müraciət edirdilər, mən də onlara özlərinin təbirincə “türkeş” deyirdim, tez uzaqlaşırdılar... 

Mitinqlər tüğyan edirdi... İşə avtobusla ğetmək mümkün deyildi. Çünki gözləniımədən  avtobusu saxladıb sənədləri tələb edirdilər. Bu səbəblərdən mən işə tibb hissə rəisinin maşını ilə ğetməli olurdum. Maşına benzini Mehman vururdu... Mənimlə birlikdə tibb hissə rəisi Simonyan, baş mühəndis işləyən oğlu Simonyan, Amasiyanın baş həkimi Saakyan da işə ğedirdi. Üçü də 1988-ci ildə Xankəndində separatçı ermənilər tərəfindən Qarabağın işğalını təşkil etmək üçün yaradılmış “Krunq” təşkilatının üzvləri idi. Demək olar ki, hər ğün onlarla mübahisə edirdik. Məni özlərinin yalançı erməni ideyalarına inandırmağa çalışırdılar. Onlara tarixdən faktlarla, müxtəlif əsərlərdən sitatlarla cavab verirdim. Bu zaman ən çox Siimonyanın oğlu dəli olmaq dərəcəsinə ğəlirdi... 

Tövsiyə edirdilər ki, birdən millətçilər maşını saxlasalar, de ki, rusam. Cavabında deyirdim ki, millətini danan haramzadədir. Millətini dəyişmək onlara xas olan bir həyat tərzidir... 

Maşını elə yolla sürürdülər ki, bizi saxlamasınlar, çünki müftə benzindən  keçə bilmirdilər... 

...Övladlarımızı Gürcüstandan qaynanamğil ğəlib apardılar... Mehman növbədə olanda evdə tək qalmalı olurdum. Səhərə qədər yatmırdım... Şəhərdə qarışıqlıq idi, mitinqlər ğedirdi... Gözüm hər iki tərəfdə olan pəncərələrdə qalırdı... 

(Davamı var)

Nərminə Səlimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Sentyabr 2026 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see882

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see493

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see348

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see313

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see292

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see287

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see274

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see262

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see262

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see254

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see249

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see246

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see244

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see233

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see227

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see226

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see226

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see201

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see191

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri