Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Məndən nə üçün dövlət sərhədini qanunsuz keçdiyimi soruşdular MƏHKƏMƏ

Məndən nə üçün dövlət sərhədini qanunsuz keçdiyimi soruşdular MƏHKƏMƏ

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan dövlət sərhədini pozmaqda ittiham olunan Naxçıvan sakini, 1997-ci il təvəllüdlü Elmin Məmmədlinin cinayət işinə baxılıb. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Elmin Azərbaycanın mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycana qanuni yolla gələ bilməyib. 
Bu səbəbdən o, ölkəmizə qayıtmaq məqsədi ilə bu ilin yanvarın 18-də, təxminən saat 23 radələrində Araz çayından üzərək İran İslam Respublikasından Azərbaycanın mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində yerləşən 2-ci sərhəd komendantlığının 9-cu sərhəd zastavasının xidməti sahəsindən qanunsuz olaraq keçib.
İstintaq orqanı tərəfindən Elminin barəsində Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, xəstəliyi ilə bağlı İran İslam Respublikasında müalicə almaq məqsədilə 2024-cü ilin sentyabrın 25-də Bakı şəhərindən Naxçıvana gəlib: “Naxçıvandan quru yolu vasitəsilə Türkiyənin İğdır şəhərinə, oradan isə Doğu Beyazıt gömrük sərhədindən keçərək İran İslam Respublikasının Təbriz şəhərinə getdim. Bakıda olarkən tanışım olduğu alış-verişlə məşğul olan İran vətəndaşı Məhəmmədrza adlı şəxsə İrana gələcəyimi bildirdim. Həmin tarixdə İrana gələrkən məni qarşılayaraq öz evlərinə apardı. Bir müddət onların evində qaldım. Evində qaldığım müddətdə Məhəmmədrza sənədlərimi götürdü. Ondan sənədlərimi geri istəyəndə Tural Novruzov adlı tanışının ona 75 min manat borcu olduğunu, Turalı tanıdığım üçün yalnız borcunu qaytardıqda sənədlərini geri verəcəyimi bildirdi. Nə qədər cəhd etsəm də, sənədlərimi geri ala bilmədim. Buna görə də Azərbaycanın Təbriz şəhərindəki konsulluğuna müraciət etdim və Məhəmmədrzanın sənədlərimi girov saxladığını, özümü də çölə çıxmağa qoymadığını bildirdim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, bu müraciətdən sonra ona köməklik edib və qayıdış şəhadətnaməsi verilib: “Lakin həmin şəhadətnaməyə xidmətin rəisi Məhəmmədrzanın tanışı olduğundan Təbrizdəki miqrasiya xidməti tərəfindən möhür vurmaqdan imtina edildi. Bu barədə yenidən konsulluğa müraciət etdim. Hətta Xarici İşlər Nazirliyi tərəfindən məktub ünvanlansa da, yenə də vəziyyətinə bir həll tapılmadı və 4 ay İranda qaldım. Məni konsulluğa gətirən taksi sürücüsü telefon nömrəsini verdi və bildirdi ki, çətinliyi olsa, kömək edə bilər. Bu səbəbdən ona zəng etdim, problemi barədə danışanda 500000 tümən qarşılığında kömək edə biləcəyini, Araz çayının yaxınlığında bir yerə gətirəcəyini, oradan isə çayı üzərək keçərək Azərbaycana gedə biləcəyimi dedi. Həmçinin tikanlı məftilləri ağacla qaldırmaq üçün mənə 2 ədəd ağac verərək çayı düz istiqamətdə üzərək keçməyimi bildirdi. Başqa çıxış yolu qalmadığından onun bu fikri ilə razılaşdım. Ona pul verdim və dediyi kimi hərəkət etdim”. 
Elminin ifadəsinə görə, yanvarın 18-də Araz çayını üzərək Şahtaxtı kəndinə gəlib: “Şahtaxtı kəndində hərbi xidmət etdiyim üçün kənd mənə tanış gəldi. Bu yolla Naxçıvana gələcəyimdən heç kimin xəbəri olmadı. Atam ilə əlaqə saxlamaq üçün Şahtaxtı kəndində 1 nəfərdən telefon istədim. Telefon vasitəsilə atam ilə əlaqə saxladım, ona öz kəndim olan Aşağı Buzqov kəndinə gəlmək üçün kömək etməyimi istədim. Atam da öz həmkəndlimə zəng edərək məni Şahtaxtı kəndindən götürməsini tapşırdı. Naxçıvanda yaşayan həmkəndlim Fərid adlı şəxs gəldi, məni götürərkən nə baş verdiyi barədə soruşdu. Söhbətin çox uzun olduğunu və sonra danışacağımı bildirdim. Kəndə çatanda əvvəlcə öz evimizə getmək istəsəm də, soyuq olduğundan, evdə yaşayış olmadığından məni öz evlərinə apardı. Həmin günün səhəri şəxsiyyət vəsiqəm olmadığından SİMA imza vasitəsilə bilet alaraq Bakıya gəldim. Bakı şəhərinə, yaşadığım ünvana çatan kimi vəziyyəti atama danışdım. Daha sonra isə Dövlət Sərhəd Xidmətinə gedərək təslim oldum. Məndən nə üçün dövlət sərhədini qanunsuz keçdiyimi soruşdular. Məcbur qaldığımı bildirdim və peşman olduğumu söylədim”.
Bu cinayət işinə Kəngərli Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmin 1600 manat miqdarında cərimə olunub.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:464
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 May 2025 05:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri