Bir etiraf, bir xəbərdarlıq... Məşhur simanın xəstəliyi elektron siqaret təhlükəsini üzə çıxardı
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Pekkan açıq etirafında bildirib ki, vaxtilə “daha az zərərli” kimi təqdim olunan elektron siqaretlər ona ciddi zərər vurub. Onun sözlərinə görə, bu cihazlar ilk dövrlərdə təhlükəsiz və adi bir vərdiş kimi görünürdü, lakin illər sonra real fəsadlar ortaya çıxıb. “Başladığım zaman normal görünürdü, zərərini bilmirdim, amma indi zərərlərini aydın görürəm” fikri, əslində minlərlə insanın yaşadığı, lakin bəzən etiraf etmədiyi acı həqiqəti əks etdirir.
Son illər elektron siqaretlər xüsusilə gənclər arasında sürətlə yayılıb. Reklamlarda və sosial mediada bu məhsulların klassik siqaretə nisbətən “daha təhlükəsiz”, “daha az zərərli” olduğu iddia olunur. Halbuki mütəxəssislər dəfələrlə xəbərdarlıq edirlər ki, elektron siqaretlər nikotin asılılığını azaldan deyil, əksinə, onu daha da dərinləşdirən vasitədir. Tərkibindəki kimyəvi maddələr ağciyər, ürək-damar sistemi və immunitet üçün ciddi risklər yaradır.
Semiramis Pekkanın yaşadıqları elektron siqaretlərin təhlükəsiz alternativ olması ilə bağlı formalaşdırılan yanlış təsəvvürün nə qədər təhlükəli olduğunu bir daha sübut edir. Xəstəlik illər sonra üzə çıxsa da, səbəbi çox vaxt illər əvvəl atılan “zərərsiz” addımlarla bağlı olur.
Bu məsələ hazırda Azərbaycanda da aktualdır. Ölkəmizdə elektron siqaretlər və tütün məmulatları ilə bağlı qanunvericilikdə dəyişikliklər aparılır, nəzarət mexanizmləri sərtləşdirilir. Məqsəd xüsusilə gəncləri bu məhsulların təsirindən qorumaq, onların reklam və əlçatanlığını məhdudlaşdırmaqdır. Çünki problem təkcə fərdi sağlamlıq deyil, uzunmüddətli perspektivdə cəmiyyətin ümumi sağlamlığına təsir edən ciddi təhlükədir.
Ajda Pekkanın bacısının etirafı həm məşhurlar, həm də adi insanlar üçün açıq mesajdır ki, elektron siqaretlər təhlükəsiz deyil və gec-tez ağır nəticələr doğura bilər. Bəzən bu nəticələr illər sonra üzə çıxır, amma zərərin izi çox daha əvvəl atılmış addımlarda gizlənir. Bu cür nümunələr cəmiyyət üçün bir xəbərdarlıq olmalı, “daha az zərərli” adı altında təqdim olunan vərdişlərə daha tənqidi yanaşma formalaşdırmalıdır.
Leyla Mirzə, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 26 Dekabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















