Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Bir fransız, bir ingilis, bir alman

Bir fransız, bir ingilis, bir alman

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Söyüşün əlindən zara gəlmişik. Söyüş söyənlərin əlindən boğaza yığılmışıq. Söyüşü söydürənlərin əlindən lap xirtdəkdəyik. Ha deyirsən uzaq durasan, görməyəsən, eşitməyəsən, olmur ki, olmur.
Müxtəlif soial şəbəkələrdə, müxtəlif adlarla, sifətlərlərlə “hoppanıb” qarşına çıxırlar. İzlədin-izləmədin, maraq göstərdin-göstərmədin gəlib çıxır qabağına. “Daş atmaq əvəzinə ilk dəfə söyüş söyən insan mədəniyyətin (sivilizasiyanın) əsasını qoymuşdur.”-deyən Freydin özü bu dəqiqə bunların əlindən qəbrində dörd dövrə vurur. Hər şey kimi, Freydin sözlərini də səhv başa düşüblər, elə bilirlər söyməklə “mədəniyyət”i yenidən yaradırlar.
Beləsinə necə qandırasan ki, Freydin dediyi o sivilaziya çoxdan yaranıb, indi daş atmaqdan da, söyüş söyməkdən də daha sivil yollar var.
Kimə deyəsən, necə deyib, necə başa salasan bu hüceyrə yığınını?
Söyüş məsələsində eşitdiyim ən “unikal” həll yolunu danışım, sonra öz “həll variantı”mı izah edəcəm. 
Kəndlərin birində kənd meydanında tez-tez dava-şava, davaların fonunda da söyüşmə olurmuş. Kənddə yaşayanlar yaxşı bilir, adətən meydan kəndin mərkəzində olduğundan, çox yaxınlıqda evlər yerləşir. “Əmoğlu” ləqəbli kənd sakininin evi də düz meydanın böyründə olduğundan, vaxtaşırı kənd meydanında bir-biri ilə “kozlarını paylaşan” kəndçilərin söyüşləri istər-istəməz bu kişinin evindəymiş. Qapı bağlamaq, pəncərə örtmək də kara gəlmirmiş. “Əmoğlu” xasiyyətcə çox sakit, mülayim adam imiş, nə dalaşmaqla, nə söyüşməklə işi olarmış. Di gəl, hər şeyin də bir həddi olar axı.
Günlərin bir günü, meydandakı davanın şirin vaxtı “Əmoğlu” həyət qapısından çıxır, gəlir durur söyüş söyənlərin düz qarşısında və deyir:
- Məni indiyəcən meydanda söyüş söyən görmüsüz, ay sizin var-yoxunuzu...
Yox, “əmoğlu” mənim kimi nöqtələr qoymur, müvafiq ifadələri sonacan işlədir və sonda da “bəyanat” verir:
-Bundan sonra meydanda söyüş edənin gəlib düz pəncərəsinin altında eyni söyüşləri birnəfəsə söyüb gedəcəm. Vəssalam. O olur, bu olur, daha meydanda söyüş eşidən olmur. Problemin həllinin “əmoğlu variantı”ndan çıxış edərək mənim də öz layihəm var. Bu layihəni uğurla həyata keçirmək üçün də çox şey lazım deyil.
Mənə lazımdır bir fransız, bir ingilis bir dənə də alman.
Yaxşı olar ki, fransız “sarı jiletli”lərdən olsun.
2018-də elə indiki söyüşcüllərin xeyli hissəsinə öz ölkəsində şərait yaradan, başı “arvad qapazlı” Macronun müxtəlif sahələrdəki qiymət artımına etiraz edərkən xeyli dubinka yeyən, zorakılıq görən sarı jiletlilərdən. Ya da, elə həmin il “təhsil reform”larına qarşı çıxdığına görə Mantas-la-Jolie əyalətində həbs edilən 140 tələbədən biri də olsa olar. Gətirirsən bu müsyönü Bakıya, evin eşiyin verirsən, bir iki də telefon, lazımi avadanlıq aldın, internetini də təmin elədinmi, sonra otur, Macron ailəsi haqda “fransızın şirin dili ilə” söyülən söyüşlərdən həzz al.

Macronun nə özü qalsın, nə arvadı, nə uşağı. Orası da ayrı mövzu ki, arvadına edilən söyüşlər Macronun özünün də ürəyindən tikan çıxarmış ola bilər.  Nə də olsa “ilandan quyruq yarası” kimi, bunda da “qapaz yarası” bir ömür çətin sağala.


Sonra da dayanmırsan a, fransızın yol pulunu verib göndərirsən beynəlxalq tədbir keçirilən ölkələrdən birinə və ya Macron həzrətlərinin səfər etdiyi hansısa ölkəyə. “Jurnalist blogger” kimi akkreditasiya olunan “fransız qaqa”, Macronu görən kimi başlıyır bağırıb hesabat tələb etməyə.
Məsələn , soruşur ki:
“Cənab Macron,  Condé-sur-Sarthe penitensiar müəssisəsində məhbuslara qarşı qeydə alınan zorakılıq və alçaldıcı davranışlar nə zaman bitəcək?” Sonra da üzünü döndərir Ədliyyə Naziri Jerald Darmanəndən ki : “Nədi, yalan deyirəm? Kan şəhəri İnzibati Məhkəməsinin təcili işlər üzrə hakimi sənə o gün göstəriş vermədimi bu zorakılıqlar dayandırılsın???”  
Di hı, cavab versinlər?
Sonra da, mövzunu “mətbuat azadlığı” söhbətinə gətirib, qışqıra-qışqıra soruşur ki, “Annesi şəhər meriyasının üzvləri bələdiyyə sədrinin birinci müavini ilə bağlı zorakılıq iddiası barədə məlumatın yayılmasının qarşısını niyə almağa çalışırlar? Utanmırlar? “Sərhədsiz Reportyorlar Təşkilatı” özü şəxsən bu barədə araşdırma aparıb və bu addımı kobud və uğursuz senzura əməliyyatı kimi qiymətləndirib.”  
Buyur, cənab Macron, di cavab ver. Elə bilirdin başqa ölkədən qaçmış küçə uşağı səviyyəsində, işsiz gücsüz insanlara qucaq açıb, şərait yaradıb öz ölkəsini onlara söydürmək yaxşı şeydi?
Empatiyan olsun, heç olmasa 25 qram! Bu da kişilik deyil ki, səndə tapılmaya
Gələk ingilisə. İngilis qadın olsa yaxşıdır, nə olsun ki, söyüş söyəcək?
Onların qadınları da elə kişi kimi söyə bilir, narahat olmayın. Əsas odur ki, sabah beynəlxalq tədbirə göndərəndə İngiltərədə son illər durmadan artan qadın zorakılıqları ilə bağlı sualı tutarlı olsun. Axı biz qadını elə seçəcəyik ki, həmin zorakılıqlardan əziyyət çəkən biri olsun. Söyəndə də ürəknən söysün də.
Bizim bəslədiyimiz “  Miss blogger-jurnalist”  İngiltərə dövlət adamlarının hansını harada tutdusa, soruşsun ki, “ Niyə ingiltərədə qadınlara qarşı zorakılıq durmadan artır?
Məsələn, 2022-2023-cü illərdə qadınlara qarşı zorakılıq Böyük Britaniyada polisə bildirilən bütün cinayətlərin 20 faizini təşkil edib. 2023-2024-cü illərdə cinsi təcavüzə məruz qalanların nisbəti 3,4 faizdən 4,3 faizə yüksəlib. Eyni dövrdə polisə bildirilən zorlama və cinsi zorakılıq hadisələrinin 34 mindən 123 minə yüksəldiyi bildirilib.” Qarşısındakı dövlət rəsmisi gözlərini döyəndə, “bizimki” əlavə eləsin ki, “ Nə baxırsan? Bəlkə yalan deyirəm? Bunlar hamısı Milli Audit Ofisinin (NAO) dərc etdiyi hesabatda deyilir.”
Hələ yazığım gəlir, çox üstlərinə gedilməsini istəmirəm, yoxsa deyərdim azyaşlı qızlara qarşı illərlə davam edən cinsi istismar işi üzrə 20 nəfərə verilən ümumilikdə 277 il azadlıqdan məhrum etmə hökmü ilə bağlı da suallar versin, biyabır eləsin ingilis hökümətini.
Gələk almana.
Məncə almanı çox da seçib-seçmələmək lazım deyil, onlar onsuz da söyüş söyməkdən yana ölürlər. Üstəgəl nəyinki indiki höküməti, hələ Merkelin cavanlıq vaxtındakı lüt-üryan şəkillərini də ekrana qoydurub tarixdə görünməmiş söyüşləri söydürmək olar.
Pivələrini bol elə, vəssalam. Xarici tədbirlərdə də qarşısına keçən dövlət yetkilisinə veriləcək xeyli sual var. Bu barədə maşallah, bütün Avropa ölkələrindəki kimi Almaniyada da “bolluqdur”.  Təsəvvür edin, elə keçdiyimiz günlərdə Ankaradakı NATO toplantısının hər hansı bir tədbirində uzaqdan Almaniya Kanslerini görən bizim “Herr (frau da ola bilər)  bloger jurnalist” qışqıraraq soruşur : “2025-ci ildə ölkə üzrə ötən il partiya nümayəndələrinə və üzvlərinə qarşı yönəlmiş 5.140 cinayət əməli haqda nə deyə bilərsiz?”
İşti-şayət kansler bu artımı 2025-ci ilin əvvəlindəki seçki kampaniyası zamanı yaranmış gərginliyə bağlasa, “söyüşcül herr” tez soruşur ki, “ Onda bəs, 2024-cü ildə siyasi motivli cinayətlər statistikasında yer alan 3.690 cinayətə nə deyirsən?”  
Bütün bu sualları verəndə də ofisinə basqın edilərək, şəkli düz ortasından güllələnmiş Almaniya Sosial Demokrat Partiyasının üzvü, siyasətçi Lars Düsterhöftun elə o güllələnmiş şəklini başı üzərinə qaldırıb saxlayır.
Sonra bu müsyö, madam və herr bolgger jurnalistlər  yenə qayıdır Bakıya, keçir kamera qarşısına və qaldıqları yerdən davam edirlər. Hə, necə layihədi? Sadəcə pul lazımdır. Çox yox e, bir az. Görüm kimdə var?
Bilirəm, deyəcəksiniz ki, layihəni dövlətə niyə təqdim etmirsən? Bizim dövlət belə işlərlə məşğul olmur. Olsa idi, bu dediklərim indi çoxdan baş vermişdi...
Çingiz Özgür

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Avqust 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see745

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see417

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see289

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see282

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see265

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see264

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see262

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see257

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see244

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see231

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see225

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see224

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see223

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see221

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see220

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see217

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see208

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see203

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see203

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri