Bir gecədə 8 maşını və 6 evi soydular Mütəşəkkil dəstə ƏLƏ KEÇDİ
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonu Ceyranbatan və ətraf qəsəbələrin ərazisində 8 avtomobildən akkumlyator, maqnitafon və digər dəyərli əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Qüdrət Bayramov saxlanılıb.
Bölmə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə Saray qəsəbəsi ərazisində müxtəlif ünvanlarda yerləşən 6 evdən oğurluq edən 26 yaşlı Sadiq Hadılı və 32 yaşlı Məhəmməd Sadıqlı da saxlanılıblar.
Qeyd edək ki, saxlanılan şəxslər avtomobil və ev sahiblərinə ümumilikdə 12 min manatdan artıq maddi ziyan vurublar.
Faktlarla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 20 Fevral 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















