Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər Deputatdan xəbərdarlıq
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
"Şəkidə və Qaxda çox sayda qazlaşmayan kəndlər var. Əvvəllər qazlaşma prosesi üçün büdcədən vəsait ayrılırdı, həmin vəsait sürətlə kəndlərin qazlaşdırılmasına gətirib çıxardı. Sonra həmin xərclər ixtisar olundu. İndi bu proses bütövlükdə aidiyyəti qurumundur. Orada ayrılan vəsait ilə yaxın onilliklərdə qazlaşmayan kəndləri qazlaşdırmaq mümkün deyil".
"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
O, bu məsələnin mümkün nəticələrindən danışıb:
"Əgər proses 10 il gecikdiriləcəksə, həmin müddətdə Azərbaycan meşələrinin qırılması, ekologiyaya vurulan zərbənin rəqəmləri, bir də kəndlər qazlaşdırılmır deyə, oradan əldə edilən qənaətin bir-biri ilə müqayisə olunması formasında hesablama varmı? Bu, hesab edirəm ki, indiki dövrdə regionların inkişafı, regionlardan nəzərdə tutulan əlavə proqram tədbirlərinin həyata keçirilməsinin mühüm tərkib hissəsi kimi çox vacibdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 04 Noyabr 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















