Icma.az
close
up
RU
“Bir Gen, Min Hekayə Genetik Riskini Tanı!” layihəsi uğurla həyata keçirilib

“Bir Gen, Min Hekayə Genetik Riskini Tanı!” layihəsi uğurla həyata keçirilib

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Referans Medical Group-un tərəfdaşlığı ilə “Bir Gen, Min Hekayə – Genetik Riskini Tanı!” layihəsi həyata keçirilib. Layihə Referans Klinik Laboratoriya Mərkəzinin genetik mütəxəssisi Jalə Məmmədovanın Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”ndə qalib olması əsasında maliyyələşdirilib.

Layihənin əsas məqsədi gənclər arasında tibbi genetika, irsi xəstəliklər və genetik risklər barədə məlumatlılığı artırmaq, genetik xəstəliklərin erkən aşkarlanmasının əhəmiyyətini təşviq etmək, eləcə də müasir molekulyar diaqnostika və fərdiləşdirilmiş tibbi yanaşmalar haqqında biliklərin genişləndirilməsinə töhfə vermək olub. Xüsusilə qohum evliliklərində genetik skrininqin əhəmiyyəti, reproduktiv sağlamlıq və irsi xəstəliklərin profilaktikası layihənin əsas istiqamətlərini təşkil edib.

Layihənin əsas tədbiri 7 noyabr 2026-cı il tarixində Leyla Medical Center-in konfrans zalında təşkil olunan elmi-praktik konfrans olub.

Üç panel üzrə təşkil edilən konfransda genetik xəstəliklərin diaqnostikası, müasir müalicə imkanları və reproduktiv sağlamlıq sahəsindəki yeniliklər müzakirə edilib. Referans Medical Group-un həkim və mütəxəssisləri müxtəlif mövzularda təqdimatlarla çıxış edərək elmi bilik və praktiki təcrübələrini iştirakçılarla bölüşüblər.

Konfrans çərçivəsində qohum evliliklərində genetik skrininq, fərdiləşdirilmiş müalicə yanaşmaları, irsi xəstəliklərin molekulyar diaqnostikası, prenatal skrininq və IVF laboratoriyasının imkanları kimi mövzular əhatə olunub. Təqdimatlarla yanaşı, panel müzakirələri və interaktiv fəaliyyətlər vasitəsilə iştirakçıların mövzuya daha fəal cəlb olunması təmin edilib.

Layihənin davamı olaraq iştirakçılar arasında interaktiv bilik yoxlaması təşkil edilib. Nəticələrə əsasən seçilən üç qalib Referans Klinik Laboratoriya Mərkəzinin Genetika şöbəsinə dəvət olunaraq laboratoriya ilə tanış olmaq, müasir molekulyar-genetik müayinə proseslərini yaxından müşahidə etmək və mütəxəssislərlə ünsiyyət qurmaq imkanı əldə ediblər.

Layihə çərçivəsində keçirilən konfransda ümumilikdə 105 nəfər iştirak edib. Əsas hədəf qrupu tibbi genetika və müasir diaqnostika sahəsinə maraq göstərən gənclər və tələbələr təşkil edib.

Bununla yanaşı, bilik yoxlaması nəticəsində seçilmiş üç qalib üçün laboratoriya ziyarətinin təşkili nəzəri biliklərin praktiki mühitdə möhkəmləndirilməsinə imkan yaradıb.

Layihə çərçivəsində 105 iştirakçının tibbi genetika, irsi xəstəliklər, genetik risklərin müəyyənləşdirilməsi və müasir diaqnostika imkanları barədə məlumatlandırılması təmin edilib.

Üç qalibin Referans Klinik Laboratoriya Mərkəzinin Genetika şöbəsinə səfəri vasitəsilə gənclərin laboratoriya mühiti ilə tanışlığı, molekulyar-genetik müayinələrə praktiki marağının artırılması və nəzəri biliklərinin real iş prosesi ilə əlaqələndirilməsi üçün imkan yaradılıb.

Eyni zamanda, layihə mütəxəssislərlə gənclər arasında elmi ünsiyyət və təcrübə mübadiləsini təşviq edib, genetik maarifləndirmənin əhəmiyyətini ictimaiyyətin diqqətinə çatdırıb.

“Bir Gen, Min Hekayə – Genetik Riskini Tanı!” layihəsi sağlam gələcəyin formalaşdırılmasında genetik maarifləndirmənin rolunu ön plana çıxararaq gənclərin bu sahəyə marağının artırılmasına və cəmiyyətdə genetik sağlamlıq mədəniyyətinin təşviqinə töhfə verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Noyabr 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri