Icma.az
close
up
RU
Bir günlük əməliyyat onilliklərə çatan nəticə

Bir günlük əməliyyat onilliklərə çatan nəticə

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı yalnız hərbi əməliyyat deyil, həm də regionun siyasi reallıqlarını dəyişən, onilliklər boyu davam edən münaqişəyə nöqtə qoyan hadisə kimi tarixə düşdü. Bu əməliyyat Azərbaycanın dövlət suverenliyinin tam bərpası və regional təhlükəsizlik sisteminin formalaşması baxımından həlledici mərhələ oldu.

Əməliyyatın başlanmasının əsas səbəbi Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərində mövcudluğu, mina terroru və ardıcıl hərbi təxribatlar idi. 2023-cü ilin sentyabrında baş verən partlayış nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak oldu. Bu, Azərbaycanın artıq gözləmə mövqeyindən çıxaraq öz suveren hüquqlarını təmin etmək üçün qəti addım atmasını labüd etdi.
Bundan başqa, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına görə bütün qeyri-qanuni silahlı dəstələr bölgədən çıxarılmalı idi. Lakin Ermənistan tərəfi bu öhdəliyə əməl etmədi. Azərbaycan isə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq antiterror tədbirlərinə başladı.

Əməliyyat 19 sentyabr saat 13:10-da başladı və cəmi 23 saat 50 dəqiqə davam etdi. Azərbaycan Ordusu müasir silah və texnologiyalardan istifadə edərək düşmənin mövqelərinə zərbələr endirdi, müxtəlif istiqamətlərdə sürətli irəliləyişlər əldə olundu. Əsas diqqət hərbi obyektlərin məhv edilməsinə yönəldildi. Bu, mülki əhalinin təhlükəsizliyinə verilən önəmin göstəricisi idi. Əməliyyat nəticəsində qanunsuz erməni silahlı dəstələri tərk-silah edildi, mühüm strateji yüksəkliklər və nəzarət məntəqələri Ordumuzun nəzarətinə keçdi.

Əməliyyat Azərbaycanın suverenliyinin tam bərpasını təmin etdi. İllərdir danışıqlar yolu ilə həllini tapmayan məsələ qısa müddətdə hərbi-siyasi yolla aradan qaldırıldı. Bu, Azərbaycanın dövlət iradəsinin və güclü ordusunun real nəticələr doğura biləcəyini sübut etdi. Prezident İlham Əliyevin xalqa müraciətində vurğuladığı kimi, məqsəd bölgədə dayanıqlı sülhün təmin olunmasıdır. Əməliyyat nəticəsində Qarabağda “iki hakimiyyətlilik” anlayışı aradan qalxdı və regionda vahid hüquqi-inzibati sistem bərpa olundu.

Bir günlük əməliyyat Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Ermənistan uzun illər davam edən separatçı siyasətinin iflasa uğradığını qəbul etmək məcburiyyətində qaldı. Azərbaycan isə regional güc mərkəzi kimi öz mövqeyini daha da möhkəmləndirdi. Bu əməliyyat göstərdi ki, beynəlxalq hüquq normalarına əsaslanan dövlət siyasəti ilə hərbi gücün uzlaşdırılması Azərbaycanın milli maraqlarına xidmət edən effektiv modeldir.

19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı bir günlük hərbi əməliyyat olsa da, nəticələri onilliklərə uzanan siyasi, sosial və geosiyasi dəyişikliklər yaratdı. Bu əməliyyat Azərbaycanın müasir dövlətçilik tarixində suverenliyin bərpası və ədalətin təmin olunması baxımından mühüm mərhələdir.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see301

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see267

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see253

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see247

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see244

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see237

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see235

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see232

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see231

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see230

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see230

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see225

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see223

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see222

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see201

“Biz və bizim dağlar”: Sənət əsəri, yoxsa separatizmin simvolu?

19 Sentyabr 2026 20:47see193

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see186

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see186

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see180

Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? Video

20 Sentyabr 2026 04:07see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri