Bir həftədə 5 qəza enişi Rusiya mülki aviasiyasının vəziyyəti ağırlaşır
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiyanın iFLY aviaşirkətinə məxsus Airbus A330-300 təyyarəsi texniki nasazlıq səbəbindən Xabarovskda qəza enişi edib. “AzPolitika” xəbər verir ki, bu barədə “Moskva Tayms” məlumat yayıb.
Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi - “hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma” ilə istintaqa başlayıb.
Bu, artıq son həftə ərzində Rusiya aviaşirkətlərinə məxsus təyyarələrin məcburi enişlə bağlı beşinci hadisəsidir. Əvvəllər qəzalar Azur Air, S7 Airlines və Aeroflot təyyarələrində qeydə alınıb. Bəzi hallarda mühərrik, digərlərində şassi problem yaşanıb.
Rusiya mülki aviasiyasının vəziyyəti texniki xidmət və ehtiyat hissələrinə çıxışı məhdudlaşdıran sanksiyalar səbəbindən getdikcə daha çox pisləşir. 2024-cü ilin ilk 11 ayında Rusiyada 208 aviasiya hadisəsi baş verib ki, bu da 2023-cü illə müqayisədə 25 faiz çoxdur. Mart ayında “Rostec”-in baş direktoru Sergey Çemezov bildirmişdi ki, yaxın illərdə ən azı 200 xarici istehsallı mülki təyyarə istismardan çıxarılmalı olacaq.
“AzPolitika.info”
Baxış sayı:101
Bu xəbər 20 May 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















