Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Bir həyat hekayəti Əlisəfdər Hüseynov yazır

Bir həyat hekayəti Əlisəfdər Hüseynov yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əlisəfdər HÜSEYNOV

(Əvvəli qəzetimizin 26 avqust tarixli sayında)

Bu həyətin satılıq meyvəsi ilə bağlı fikirlərin gedib-gedib ümidsizliyə dirənməsi öz yerində, amma bir vedrə qızıl haqqında bu sözləri demək adamdan hünər istəyir axı. Kim gətirib bir vedrə qızılı kasıbın başına tökərdi? Əlbəttə, heç kim. Ələlxüsus da indi. İndi hamı öz hayındaydı. Hələ bir yolla başını girləyirdi. Toxun acdan xəbəri yox idi. Əslində elə həmişə belə olmuşdu. 40 qapılı karvansara tikdirən, hər qapıdan keçənə bir qızıl bağışlayan, ağıllı adamları özü ağırlığında qızılla mükafatlandıran səxavətli varlılar ömürlük nağılların yaddaşında qalmışdı. İndi ağıllı, savadlı adamların çoxu bazarda alver edirdilər, taksi sürürdülər.  Onda qalmışdı ki, kasıb ola. Bu bir vedrə qızıl haqqında həmin o cəfəngiyyatı da çox güman, camaatı kasıb-küsuba əl tutmağın mənasızlığına inandırmaqla öz xəsisliklərinə haqq qazandırmaq istəyənlər quraşdırmışdılar. Necə yəni bir vedrə qızılın ola, amma kasıb qalasan? Heç bir vedrə lazım deyil, həmin o küpəni tapıb ortaya qoysaydılar, kasıblığın daşını birdəfəlik atmazdılarmı? Əlbəttə, atardılar. Ev-eşiyi düzəldərdilər, uşaqların əyin-başlarını təzələyərdilər, gündə löyün-löyün xörək bişirərdilər, sələmlə borc verərdilər - indi çox adam belə edir, bu yolla yaşayır. Yaxud mal alıb satardılar. Bir sözlə, şıllaqları göz çıxardardı. Hələ gədənin işi. Hanı, qoyurlar ki? O dalısallaq ifritənin nəfsi it nəfsidir. Onun nəfsi keçən şeydən xeyir görmək olar? Axmaq qızı axmaq, kişinin heç qırxı çıxmamış, bölgü aparırdı: "Xar tutun tuşundan vızıllığa qədər mənimdir". Ay sən öləsən!

Bax, elə bu yerdə gəlinin ürəyi atlandı, beynində ildırım kimi çaxan fikrin gözlənilməzliyindən az qala bütün bədəni sirkələndi. Xar tut! Necə olub ki, indiyə qədər ağlına gəlməyib? Necə olub ki, o küpənin sorağı ilə xəyalları ilə bu həyətdə axtarmadığı dəlmə-deşik qalmayıb, amma bu boyda ağacı görməyib, ona fikir verməyib? Qurban kişinin ata evinin göbəyi həmin bu xar tutun bitdiyi yer olub. Yastı-yapalaq bir ev imiş, bunu Qurban kişi özü demişdi. Söküb indi oturduqları evi başlayanda köhnə evin göbəyindən bax bu tutu əkmişdilər. İsti yay günlərində Qurban kişi o tutun kölgəsində oturub çay içməyi xoşlayırdı. Gəlin indi o mənzərəni kino lenti kimi gözləri önündən keçirdi. Bu dəfə çay içə-içə təsbehini şaqqıldadan qayınatasının harasa məsul bir nöqtəyə zillənmiş gözlərində ayrı məna oxudu və tam əmin oldu ki, küp köhnə evin altında - tut ağacının yanında basdırılıb. Deməli, qaynı onlardan qabaq duyuq düşübmüş. Onun ağacın tuşundan vızıllığa qədər yiyə durmaq istəyinə başqa nə məna vermək olardı?

Özünün bu qəfil kəşfinin doğurduğu sevinc və həm də nigarançılıq ürəyini deşə-deşə gəlin iki gün gözlədi. Üçüncü gün dözə bilmədi, həyat-baca tamam boşalandan sonra  beli götürüb tuta yaxınlaşdı və tələsə-tələsə ağacın dibini qazmağa başladı. Yer yumşaq idi, asan qazılırdı, amma küp heç şübhəsiz ki, dərində idi. Gəlin ciddi-cəhdlə qazırdı və qazdığı çala dərindəşdikcə ürəyini qəribə bir xof bürüyürdü. Hər dəfə ayağını belin "qulağına" dirəyib güc verəndə o xof çoxalırdı. Gəlinə elə gəlirdi ki, küp indicə görünəcək, amma uzun müddət həsrətini çəkdiyi xəzinəyə bu qədər yaxın ola-ola ona sahib ola bilməyəcək, kimsə gəlib xəzinəni onun əlindən alacaq.

- Nə edirsən, az?

Əri idi. Təndirin yanında dayanıb təəccüb və heyrətlə ona baxırdı.

Gəlin diksinib beli əlindən buraxdı. O, ərinin bu naqəfil gəlişinə, bu sualına hazır deyildi. Lakin nəsə quraşdırıb demək, vəziyyətdən çıxmaq lazım idi.

- Axşam kişi yuxuma girmişdi - gəlin ağlına gələnləri dedi. - Dedi ki, tutun dibinə dua basdırıblar. Ona görə də evin ruzisi qaçıb. - Bircə anın içindəcə tapıb quraşdırdığı bu yalanın gözəlliyinə özü də heyran qaldı. - Qazıram ki, bəlkə, tapdım.

Əri bu yalana inanmalı idi və inandı da. Köhnə yaraları təzələndi. Dua-zad məsələsi yaddan çıxdı. Ciblərini eşəlləyib, əzik bir siqaret tapdı. Damağına qoyub odladı, sonra qayğılı-qayğılı, günahkarcasına.

- Kişi Yasinsiz köçdü bu dünyadan, - dedi. - Ruhu bizi bağışlamayacaq.

Daha sonra böyük oğlunu çağırıb bərk-bərk tapşırdı ki, günü elə bu gün babasının ruhuna bir Yasin oxusun.

İndi qayınanası da gedirdi. İyirmi gündənmi, bir aydanmı sonra - bunu bir Allah bilirdi. Onun da ruhuna Yasin oxuyacaqdılar. Bu, lazım idi,  Allaha xoş gələn savab işdi. Amma çifayda? Qayınanası ki, onların gözlədikləri sözləri deməyəcəkdi, deyə bilməyəcəkdi. Yenə də üç-dörd qoyunun qıydığı ağartının, yazqabağı əkilən xiyarın, pomidorun, turpun, iki-üç ağac armudun, dörd-beş ağac gilasın gətirdiyi qəpik-quruş. Əlbəttə, buna da min şükür.

- Gəlməmişdilər ki?  

Sütuna bənd edilmiş əlüzyuyanda yuyunan əri sualı elə verdi ki, elə bil nə cavab eşidəcəyini əvvəlcədən bilirdi və indidən o cavabın əzabını, təəccübünü, təlaşı ilə yaşayırdı.

- Kim?

Gəlin ərinin nə soruşduğunu, söhbətin nədən getdiyini bilirdi, amma özünü bilərəkdən qanmaz yerinə qoyurdu. Çünki niyyəti vardı - istəyirdi ki, qaynının, baldızının adını ərinin dilindən öz qulaqları ilə eşitsin.

- Kilimçi! Guya bilmirsən kimi deyirəm? - Əri bu cür məsələlərdə qazdan ayıq idi, işini ehtiyatla tuturdu. Qardaşını, bacısını gəlinin ayağına vermirdi:

- Nəsə, bugün görünmədilər.

Sütuna çalınan mismardan didik-didik olmuş, tiftikləri çıxmış, köhnə bir məhrəba asılmışdı. Əri məhrəbanı dartışdırırdı, amma mismardan çıxara bilmirdi - məhrəba deşilib mismara keçmişdi. Elə məhrəbanı dartışdıra-dartışdıra:

- Min dəfə demişəm ki, bu zəhrimarı mismardan asmayın! - dedi. - Mənim dilim qabar olub deməkdən, amma dəyirman öz bildiyini eləyir.

Bir neçə yerindən süzük-süzük olmuş məhrəba, axır ki, mismara keçdiyi yerdən cırıldı. Gəlin başa düşdü ki, əri hirslidir, işi nə isə düz gətirməyib. Ona görə də cırtqozluq edir.

Böyük oğlu kəllə otaqdan çıxıb, beçə xoruzlar kimi eyvana atıldı. Beyinə düşən kal səslə soruşdu:

- Papa, şam namazını qılaqmı?

Başqa vaxt olsaydı, papası cavabını yaxşı verərdi. Amma indi ortada  namaz söhbəti vardı. Ən yaxşı halda susmaq məsləhət idi. Əri boğazına dirənən sözləri geri qaytarmaq üçün dişlərini bir-birinə elə sıxdı ki, xırçıltısını üç addımlığında dayanmış arvadı da eşitdi:

- Zəvzək olma ə, görmürsən qapıdan indi girib?! - gəlin dedi. - Gözlə, xüftə ilə şamı bir yerdə qılarsınız.

Oğlu pərt olsa da, özünü o yerə qoymadı - necə gəlmişdisə, eləcə də çəkilib getdi.

Əri uşaqların bayaq eyvana çıxartdıqları mizin arxasına keçdi. Gəlin çörək doğradı, qızmaq üçün pilitənin üstünə qoyduğu tavanı əski ilə götürüb ərinin qabağına itələdi. Əri "bismillah" eləyən kimi, o da kətili çəkib oturdu. Gözünü ərinin nazik, rəngi qaçmış dodaqlarına dikib baxmağa başladı. Elə bil, tez-tez açılıb-yumulan o dodaqlar indicə bu dünyanın nə isə gizli bir sirrini pıçıldayacaqdı və gəlin də baxışlarını ona görə yayındırmırdı ki, birdən o pıçıltını eşitməz.

- Bir şey çıxara bildinmi?..

Əri başını qaldırıb baxdı və arvadı onun gözlərinə çökmüş nigarançılığın, narahatlığın ağırlığından bir balaca eyməndi.

- Mən çıxara bilmədim. Məni çıxartdılar. İşdə ixtisara saldılar, məni.

- Necə yəni ixtisara? - söz gəlinə  çatmadı.

- İşdən çıxartdılar da.

- Niyə axı?

- İxtisara düşdüm, demirəm? Maaş verməyə pul yoxdur. Ona görə də bir-bir işçilərin dalından dəyirlər. Deyirlər, xoş getdiniz...

- Sovsem?

Əri başı ilə təsdiqlədi.

- Sən də ağzına su alıb durdun, hə? Bəs demədin ki, ailəm, uşaqlarım var? Bəs soruşmadın ki, çörək pulunu hardan alacağam?

Əri çeynədiyi tikəni udub handan-hana cavab verdi...

- Fikrin köhnə əyyamlara getməsin. İndi belə şeyə fikir verən yoxdur. Quliyev dedi ki, day buradan havayı pul aldığınız bəsdir. İş yox, güc yox. Gedin, başınıza çarə qılın.

Gəlin qapqara qaralmışdı, sifətinə çırtma vursaydın, qan damardı. Doluxsunmuş uşaq kimiydi. Deyirdin, bu saat dodaqlarını büzüb ağlayacaq.

- Allah baisin başına özü boyda daş çalsın... Allah kasıba qıymayanın cəzasını versin. - Gəlin özünə də, ərinə də təsəlli vermək üçün başqa bir söz tapmadı. - Elə bilirsən, verməyəcək? Elə verəcək ki...

Eşitdiyi xəbərin ağırlığı içinə elə çökmüşdü ki, kətildən zorla qalxdı. Boş tavanı götürüb mətbəxə keçdi. Bir stəkan çay süzdü, geri qayıdıb ərinin qabağına qoydu və bir qədər alçaqdan soruşdu:

- Bəs gədənin işi nə oldu?

- Hə... Qulam kişini gördüm. Bir az söhbət elədik... Dedi ki, o məktəb indi dəbdədir. Yerindən duran ora qaçır. Obşim, orda da ara qarışıb, məzhəb itib. Kim tez tərpənsə, meydan onundur.

Gəlin bu qeyri-müəyyən danışıqdan bir şey anlamadı:

- Kim tez tərpənsə - yəni kim qabağa düşsə?

Əri yenə başı ilə təsdiqlədi.

- Onda bizim işimiz xoddu... Gədə şəkil çəkdirib, hazır qoyub. Qalıb bir-iki arayış, Allah qoysa, onları da düzəldərik. Gərək sən Qulam kişidən dəqiq öyrənəydin ki, sənədlərin qəbulu nə vaxtdır. Sonra gecikib eləyərik.

Əri gördü ki, arvadı onu düz başa düşməyib. Ona görə də hər şeyi bitdə-bitdə xırdalamağa məcbur oldu:

- Ay kütbaş, əvvəl bir qan gör nə deyirəm, sonra üyüdüb tök. Mən o qabağa düşməkdən demirəm e... Bu qabağa düşməkdən deyirəm! - baş barmağı ilə şəhadət barmağını bir-birinə sürtüb gəlinin gözləri qarşısında oynatdı. - molla Nəcəfqulu öz yanına şəyirdliyə pulla götürür.

- Nədir, yoxsa o pul istəyir? - gəlinin gözləri təəccübdən bərəlmişdi:

- Bəs yox?.. İndi pulsuz iş görmürlər. İki qarış qəbir torpağını da adama pulla satırlar, az bədbəxt.

Sonra ciblərini eşələyib, əzik bir "Astra" siqareti çıxartdı. Odlayıb sözünə davam etdi:

- Yoxsa sən elə bilirdin, Qulam kişinin oğluna havayı dərs keçib? havayı girib ora? Ay-hay, Qurana, çörəyə and içdi ki, mini öz əli ilə sayıb verib.

- Min, nə? Manat?

- Dollar, ay avamın qızı, dollar!

Bu xəbər gəlinə ərinin işdən çıxarılmasından daha pis təsir elədi. Tamam dilxor oldu. Bütün günü həsrətlə, intizarla gözlə, axırda da bu xəbər...

Bədənində yenidən bir süstlük, əzginlik duydu. Elə bil, içindəki bütün hisslər, ümidli həyəcanlar, həsrətində olduğu xəbəri gözləyə-gözləyə yaşadığı xoş əzablar çəkilib getdi, əvəzində böyük bir boşluq, havasızlıq yarandı. O boşluq o qədər sonsuz, o havasızlıq o qədər vahiməliydi ki, gəlinin ürəyi sancdı.

Bir müddət hər ikisi susdu. Əri çayını hörtdələyirdi və onun boğazından çıxan əcaib səslər gəlinin beynini deşirdi. Bəlkə də, o səslərə son qoymaq üçün axır ki, dilləndi:

 (Ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Sentyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see392

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see306

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see261

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see239

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see233

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see232

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see231

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see229

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see226

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see224

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see224

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see218

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see216

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see215

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see204

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see203

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see199

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see191

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see165

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri