Icma.az
close
up
RU
Menu

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

Rusiya və İrana gedən siyasətçi həbs edildi

İnstaqramı döndəriblər ginekoloji stola

AFB Bank bayrağımızı təhrif edib FOTO

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

Məşhur atlet boksçudan ayrıldı

İspaniya La Liqası: Madrid derbisində darmadağın

Skuterdə sürəti aşdı, başı svetafora girdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

“Tramp dilemma qarşısında: Ukraynaya dəstək və Rusiyanın enerji bazarı arasında seçim“ “The Wall Street Journal“

Haber Global : İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib

Balakəndən keçən İnterçaydan sel keçir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

Bir həyat hekayəti Əlisəfdər Hüseynov yazır

Bir həyat hekayəti Əlisəfdər Hüseynov yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Əlisəfdər HÜSEYNOV

(Əvvəli ötən cümə sayımızda)

"Mənim rəhmətlik dədəm çox məğrur, qabağından yeməyən kişilərdən idi. Şura hökumətinin ilk günlərindən ona düşmən çıxmış, dağlara çəkilmişdi. Bir müddətdən sonra gəlib yeddi ətraf kəndin özü kimi kişilərini ayağa qaldırmışdı, torpağını, mal-qarasını, qoyunlarını qaytarmaq istəyənlərdən, onların tərəfdarlarından çoxlu qızıl yığmışdı. Fikri bu idi ki, dəstə düzəldib son və qəti hücuma başlasın. Qızılları doldurduğu o küpü öz gözlərimlə görmüşdüm - bir gecə xarala yığıb gətirmişdi ki, cijim gizlətsin. Üstündə xırda naxışlar da vardı".

Kişi bu sözləri deyib söhbətinə ara verdi, gözlərini məchul bir nöqtəyə zilləyib bir xeyri fikirə getdi və gəlin o gözlərin dərinliklərində həsrətəmi, kədərəmi oxşar duyğuların sayrışdığını gördü. "Bəs sonra nə oldu, baba? Necə  oldu o qızıllar?" Kişi qeyri-müəyyən cavab verdi: "Kişini pusquya salıb atdılar. Dəstə-filan hamısı getdi işinin dalınca. Məlum oldu ki, hamısı boş şeydir, xam xəyaldır. Hökumətlə hökumətlik etmək olar?" Sonra kişi yenə susdu, yenə gözlərini bayaqkı nöqtəyə zilləyib təsbehini çevirdi və handan-hana illərin isti-soyuğu hopmuş, görüb götürmüş yorğun səsi ilə öz-özünə danışırmış kimi söhbətini yekunlaşdırdı: "Şeytanın murdar nəfəsi ilə lənətlənib o sarı dəmirlər. Elə şər qüvvə var ki onlarda - xərcləməyə qıymırsan, atmağı bacarmırsan, verməyə ürəyin gəlmir, qalıb öz nəhs işlərini görür, atanı oğula, qardaşı qardaşa düşmən edir".

Doğrudanmı dururdu o küp? Doğrudanmı Qurban kişi o küpün harada basdırılığını bilə-bilə uzun illər susmuşdu? Belə idisə bəs bu son xəbərdarlıq nəyə lazım idi?" 

Gəlin bu suallara cavab tapa bilmirdi, amma hər gün bir küp qızılın basdırıldığı həyətdə o tərəfə-bu tərəfə addımlayıb bir qarnı ac, bir qarnı tox yaşaması ilə barışa bilmir, min fikrə düşür, dağı alana, aranı dağa qatırdı. Küpün yerini dəqiq-dürüst bilsəydilər, yenə də bir əncam çəkmək olardı,  hara lazımdır, oranı da qazardılar. Amma bəla da burasında idi ki, küpün dəqiq yeri məlum deyildi.  Ona görə də gəlin axır nəhayətdə belə qərara gəlmişdi ki, bu söhbəti bilmərrə yadından, başından çıxarsın. Bu da mümkün olmasa, barı cari qayğıların siyahısından silsin. Onsuz da kişi keçinəndə yanında kənar adam-zad yox idi. Deməli, narahat olmağa dəyməzdi. Oturub əməlli-başlı fikirləşməyə, ağıllı bir tədbir tökməyə - elə bir tədbir ki, nə şiş yanaydı, nə də kabab - macal vardı.

Amma...

Kişinin qırxı çıxandan üç gün sonra eltisi ilə tutaşdı.

Əhvalat belə oldu.

Gəlin eyvanda oturub qızının donun yamayırdı. Bir də gördü budur, baldızıynan eltisi həyətə girdilər. Gəlin ayağa qalxdı, eltisinin cavab verməyəcəyini bildiyinə görə üzünü baldızına tutub xala xətrin qalmasın "xoş gəldin" elədi, amma heç baldızı da cavab vermədi. Saymazyana yuxarı qalxıb zor girdilər arvadın otağına. Yarım saata qədər nə xoşunlaşdılar, nə pıçıldaşdılar, bir allah bilir. Marağın gücündən gəlinin az qalırdı ürəyi partlasın,  amma özünü ələ aldı, içi doğransa da, eltisinin, baldızının bu saymazlığına birtəhər dözdü. Lakin içəridən çıxan eltisinin səliqə ilə büküb qoltuğuna vurduğu xalçanı görəndə dözə bilmədi. Əldə toxunmuş həmin xalça bu evin bəlkə də ən qiymətli əşyası idi. İlmələri usta əli ilə vurulmuşdu, naxışlarında yalan olmasın 100 çalar vardı.  Gəncədən gələn köhnə xalçaaxtaranlar bu xalça üçün dəfələrlə ilan dili çıxarmış, əvəzində pul, 2-3 Gəncə xalçası təklif etmişdilər, amma Qurban kişi verməmişdi, demişdi ki, rəhmətlik anamın yeganə yadigarıdır. İndi eltisi qayınanasının saqqızını oğurlayıb - ilanın yuvasından çıxaran dillər vardı onda - xalçanı dədəsinin malı kimi büküb aparırdı və doqqaza  gedən yolla bu evdən uzaqlaşdıqca gəlinin içindəki tarazlığı saxlayan tellər də bir-bir qırılırdı. O tellərin ən sonuncu da qırılanda gəlin dözə bilmədi, doqqaza beş addım qalmış onları haqlayıb, Ərəb Zəngi kimi qabaqlarını kəsdi. "Həzrət Abbas haqqı səni cırıq-çırq eləyərəm" - dedi. - "Əlim-ayağım dəyməmiş apar xalçanı qoy götürdüyün yerə". Eltisi sırtıq-sırtıq güldü, dedi özünu cırsan da, xeyri yoxdur, uje xalçanı qayınanam verib mənə. Gəlin gözlərini bərəldib dediklərini bir də təkrar elədi, eltisi dubarə güldü,  bu dəfə də qayıtdı ki, hələ çox belə şeylər görüb bağrın çatlayacaq, cızdağın çıxacaq. Gəlin  eyni sözləri üçüncü dəfə təkrar eləyəndə eltisi dişlərini it kimi qıcadıb atıldı üstünə, sol əlində tutduğu xalçanı böyrünə sıxıb sağ əli ilə gəlinin saçını əlçimdədi və var gücü də özünə tərəf dartdı. Gəlin bu qəfil həmlədən çaşsa da, ağrıya fikir vermədi, başını dik saxlayıb iki əli ilə eltinin cağalarından yapışdı.

Hay-həşir qopdu, söyüş söyüşə calandı. Baldızı araya girib guya onları adalayırmış kimi əl-ayağa  düşdü, amma əslində eltisinə qahmarlıq edir, hərdən gəlinin saçından yapışıb dartışdırırdı. Beləcə bir neçə dəqiqə yonuşdular. Eltisi axır ki, rahat əl-qol açmaq üçün xalçanı buraxdı. Gəlinin həyət tərəfdən qaçıb gələn qızı bu dəhşətli mənzərəyə dözə bilmədi, qıyya çəkib qonşularıgilə qaçdı.  Şöyüb kişinin arvadı Güllü arvad özünü yetirəndə gəlin eltisini yerə yıxıb çökmüşdü sinəsinə, baldızı da arxadan az qala gəlinin belinə çıxıb yumruğu dürtməyə, dürtməni yumruğa calamışdı. Güllü arvad allaha, imama and verib onları birtəhər aralaşdırdı.

Eltisi və baldızı gedəndən sonra  gəlin ovucunda qalmış bir əlçim tükə baxdı, amma ürəyi soyumadı, çünki göstərdiyi bütün səylərə, inadkarlığa, qeyri-bərabər döyüşə  baxmayaraq, xalçanı qaytara bilməmişdi.

Əri axşam gəlinin həyəcanla, ağlamsına-ağlamsına danışdığı bu əhvalatı çox sakit qarşıladı: "Əşi,  bir xalçadır da, itaparan olsun" - dedi. Ertəsi gün baldızının əri rayondan ismarış yolladı ki, o həyasıza deyin özünü yığışdırsın, mənim arvadım ona uşaq-muşaq deyil. Gəlin, əlbəttə ki, bu xəbəri heç danızına da almadı, ürəyində dedi ki, sən yönnü kişi olsaydın, arvadın belə haqsız işdə o dalısallağa züy tutmazdı. Amma o,  haradan biləydi ki, iş nə yerdədir, külək haradan əsir.

Bu hadisədən iki gün sonra qayını gəldi. Gəlin elə bildi ki, qayını o xalça həngaməsinə görə şurub gəlib bu həyətə. Özünü o yerə qoymadı, yenə də irəli yeriyib xoş gəldin elədi, hətta qabağına çay apardı, amma qayının göy gözlərinin dil açıb oxuduğu  təlaşdan, səksəkədən hiss etdi ki,  onu bura gətirən tamam başqa şeydir. Qaynı bir az ordan danışdı, bir az burdan basıb bağladı, bu həyətdə, bu evdə onun da payı olması barədə əvvəli axırı  bilinməyən uzun bir nitq izhar elədi və axırda da qayıtdı ki, bəs əlqərəz, həyətə ələm gətirmək istəyir. Gəlin o saat barmağını dişlədi, bildi ki, iş qayınanasından keçib və bu ocağın gəlini olduğu müddətdə ilk dəfə ürəyində qayınanasını söydü.

Kiçik qardaş çaşqın halda gah arvadının, gah da böyük qardaşının üzünə baxır, əgər cavab verəcəkdirsə, o cavabı axtarıb tapa bilmirdi. Bax həmin o məqamda gəlin deyəcəyi sözlərin bütün məsuliyyətini öz üzərinə götürüb sinəsini verdi qabağa: "Mənim qapımdan heç it də addamayacaq".  Qaynı da açdı gül ağzını: "Sən mumla. Səndən soruşan yoxdur ayın neçəsidir. Bir də sən kimsən ki, özünü bu qapının, bu həyətin yiyəsi sayırsan? O həyətdə bitən alaq kimi bir şeysən sən". Gəlin də söz altında qalmadı: "Sənin kimi kişinin palçıqdan gündə üçünü hörərəm. Bəli, şəriətnən də, hökumətnən də bu qapının yiyəsi indi mənəm". "Bah, yavaş elə, boğasında qalar" - qaynı dedi və çevrilib qardaşını elə nifrətlə  baxdı ki, daş da o baxışların qabağında tam gətirə bilməzdi, parka-parça olub tökülərdi. -  "Sənin kimi arvadımızın arvadı nəinki bu həyətə, üstəlik, bu kəndə də ağalıq edəcək. Sən niyə kişi olursan?"

Qaynının hikkəsi, iddiası gəlini ona görə haldan çıxarmışdı ki, içinin bütün xıltı sifətinin nahamar cizgilərində soyuq, kinli baxışlarında bərq vuran bu adam tamahkar, onun-bunun qismətinə ən uzadan idi və yəqin ki, indi o küpü əldə eləmək, onun içindəkilərə ən azı ortaq olmaq üçün altı baş ailənin sığındığı bu yarımçıq evi yerlə-yeksan eləyər, axtardığını tapana qədər lap həyətin altını üstünə çevirər, heç "uf" da deməzdi.

Qaynı gedəndən sonra gəlin qalib görkəmi alıb ərinə üz tutdu: "Görürsən də, hüzürə qonaq kimi gəlib, qonaq kimi gedirdi, heç bir meşok qənd də qıymadı atasına.  İndi gör necə gur-gur guruldayır". Əri də üçcə kəlmə ilə onun bu qalib görkəmini sındırdı: "Az çərənlə, az!"

Üç gündən sonra baldızı gəldi, baldızın qardaş arvadına deyə biləcəyi ən yağlı sözləri döşədi qabırğasına: "Özünü yığışdır ha. Sən bu ocağa haram qata, onu dağıda bilməzsən. Sən pis adamsan, paxılsan. Fərli adam olsaydın, anamı bu kökə salmazdın, qardaşımı vaxtsız qocaltmazdım və sair və ilaxır. Gedəndə də anasını yığışdırıb apardı. Gəlin əvvəlcə bu incə gedişin mahiyyətinə varmadı, amma sonra qandı ki, artıq iyrənc bir oyun başlayıb və bu oyunda məqsəd qayınanasının xəstəliyindən yaralanaraq gəlini  kənddə, qonum-qonşu arasında hörmətdən salmaq, əskiyə  döndərməkdir.

Bir həftə sonra qayınanasını qaytarıb qoydular evə və o da aldığı təlimata uyğun olaraq oğluna dedi ki, allahın işidir, bilmək olmaz, birdən o da Qurban kişi kimi böyrünü qatlayar, ona görə də tədbirli tərpənmək, vəsiyyətnaməsini yazıb möhürlətmək istəyir, daha doğrusu, vəsiyyətnaməni yazdırıb, qalır onun möhürlətmək. Sonra paltarının hansı deşiyindənsə dörd qatlanmış bir kağız çıxartdı. O kağızda əyri-üyrü xətlə - çox güman ki, nəvələrindən birinin xətti idi - yazılmışdı ki, mən filankəs filankəs qızı Qurban Əhəd oğlundan qalan mülkü filan, filan adlı övladlarım arasında üç yerə bölürəm".

Gəlin bir şeyi heç cür anlaya bilmirdi: baldızı ilə qayını arvadın saqqızını oğurlayıb onu bu oyuna razı sala bilmişdilərsə, arvad niyə sonda kiçik oğluna gənəşirdi? Axı, bu, vəsiyyətnamədir, nədir onu rəsmiləşdirmək üçün qayınanasını da götürüb elə birbaşa rayon mərkəzinə - notariusa getmək kifayət idi.  Görünür, burada gəlinin bilmədiyi nəsə ayrı bir mətləb vardı.

Oğlu kağıza baxdı, çox güman bu kağızın, yaxud orada yazılanların arxasında dayanan məkrli plandan birxəbər olduğu üçün bir az saymazyana, bir az da ərklə dedi ki, ay arvad, sən də uşaq kimi oynamağa iş tapdın da. Sonra kağızı arvada qaytardı, başını bulaya-bullaya getdi iş-gücünün dalınca.

(Ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Avqust 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see165

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see151

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see151

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see146

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see134

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see132

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see132

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see129

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see128

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2025 16:55see128

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see128

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see128

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see126

“Tramp dilemma qarşısında: Ukraynaya dəstək və Rusiyanın enerji bazarı arasında seçim“ “The Wall Street Journal“

27 Sentyabr 2025 13:39see124

Haber Global : İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib

27 Sentyabr 2025 16:58see124

Balakəndən keçən İnterçaydan sel keçir

27 Sentyabr 2025 13:35see124

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

27 Sentyabr 2025 13:12see123

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see123

Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

27 Sentyabr 2025 16:45see122

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri