Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Bir hilal, bir ulduz, üç rəng

Bir hilal, bir ulduz, üç rəng

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vurulmuş tərtəmiz alnından, uzanmış yatıyor

Bir hilal uğruna, ya rəbb, nə günəşlər batıyor...

(Mehmet Akif Ersoy)

Bəlkə də dünyanın hansısa ölkəsində bayraq sadəcə simvoldur, dövlət rəmzidir, amma bizim üçün onun yeri, anlamı, mahiyyəti başqadır. Bayraq, onun uğrunda ölən atalarımızın, ərlərimizin, oğullarımızın, qardaşlarımızın qanıdır. Azərbaycan bayrağı bizim tariximiz boyunca verdiyimiz qurbanların, döyüşdüyümüz savaşların, qazandığımız qələbələrin – ümumilikdə müstəqillik mübarizəmiz zamanı tökülən qanların simvoludur. Bayraq şərəfdir, ləyaqətdir, bölünməz Vətən deməkdir.

Bayraqları bayraq edən...

Elə dəyərlər var ki, insanları eyni məqsəd ətrafında birləşdirərək kütləni millət edir, fərdləri cəmiyyət edir. Elə dəyərlər var ki, “mən” anlayışını “biz” anlayışına çevirir. Əgər bu dəyərləri cəmiyyətdən uzaqlaşdırsaq, o cəmiyyət yenə kütlə olacaq. Tariximizə nəzər saldıqda bunu çox açıq şəkildə görürük, milli-dini dəyərlərimizi formalaşdıran, bizi “biz” edən bu dəyərlər, xalq olaraq bu günləri görməyimizi təmin edən ən mühüm ünsürlərdir.

Bu dəyərlər milli varlığımızın xəmiridir. Bizi millət olaraq yaşadan, yolumuzu işıqlandıran, böyük məqsədlərə çatmağımıza imkan verən, qələbə bəxş edən bu dəyərlərə sadiq olduğumuz üçün bu gün millət, xalq olaraq bir-birimizə bağlı qala bilmişik. Bunlardan məhrum olan xalq zaman keçdikcə millət kimi keyfiyyətini itirir, tarixdən yox olur. Bu dəyərlərə ürəkdən bağlı olmayan, lazım gələndə canını və malını belə vətəni, bayrağı qorumaq üçün qurban verməyə hazır olmayan bir cəmiyyət necə var ola bilər?

Bu yolda xalqımızın qəlbində dərin kök salan dəyərlərin ən başında vətən sevgisi, bayraq sevdası dayanır. Bayraq bizim qırmızı xəttimiz, alınmaz qalamızdır. Uğruna can verilən, yolunda qanlar tökülən 3 rəngli bayrağımız günümüzədək keçdiyi məşəqqətli yollardan sonra yenə əzəmətlə dalğalanır.

Vətən sevgisi elə bir hissdir ki, bu hiss təkcə insanlarda deyil, digər canlılarda da var. “Bülbülü qızıl qəfəsə saldılar, yenə vətən-vətən deyə nalə çəkdi” misalı boşuna var olmayıb. Xan qızının Cənnət Bağında inləyən bülbül hekayəsini xatırlayın... Vətənə sahib olmaq lazımdır, amma vətənin olması yetərli deyil. Vətəndə istiqlal, azadlıq olmalıdır. Vətən azad olmalıdır, o azadlıq üçün əsrlər, minilliklər boyu nə qurbanlar verdik, nə əzablar çəkdik...

Al qırmızı bayraqdan 3 rəngli yenilməzə...

İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib. Amma Cümhuriyyətin ilk bayrağı ay-ulduzlu, al-qırmızı bayraq idi. Bu bayrağı tariximizdə ilk dəfə Babək Xürrəmi qaldırmışdı. Babəkin qaldırdığı qırmızı bayrağı qəhrəman Azərbaycan oğulları tarix boyu daha bir neçə dəfə dövlət bayrağı kimi dalğalandırdılar. Bu bayraq Səfəvilər İmperiyası dövründə bir daha ucaldıldı, 1908-ci ildə Cənubi Azərbaycan inqilabından sonra yaranan Azərbaycan Dövlətinin bayrağı kimi qəbul olundu. Azərbaycan Xalq Cumhuriyyətinin ilk rəsmi dövlət bayrağı oldu. Və nəhayət 1923-cü ildə Mustafa Kamal Atatürk dünya tarixinin ən qədim və müqəddəs qırmızı bayrağını Türkiyə Cumhuriyyətinin dövlət bayrağı kimi əbədi olaraq rəsmiləşdirdi.

Sovet Azərbaycanının bayrağı əvvəlcə bütövlüklə al-qırmızı rəngdə idi. Bu bayraq Sovet Azərbaycanının rəmzi kimi ilk dəfə 1920-ci ildə qəbul edildi. Bayrağın sol yuxarı küncündə sarı aypara və ulduz vardı. 1937-ci ildə latın hərfləri ilə AzSSR qızıl oraq və çəkicin alt hissəsinə əlavə edildi, amma 1940-cı ildə latın əlifbası ilə yazılan hərflər Kiril əlifbası ilə əvəzləndi. Azərbaycan SSR-in bayrağının axırıncı versiyası 7 oktyabr 1952-ci ildə qəbul edildi. Bu, aşağı hissəsində horizontal göy zolaq olan SSRİ bayrağı idi. SSRİ süquta uğrayanadək bu bayraq Azərbaycanın rəsmi dövlət rəmzi oldu. 1991-ci ildə, müsətəqilliyimizin bərpasından sonra Azərbaycan Respublikasının dövlət bayrağı 3 rəngli hazırkı bayrağımız oldu.

3 rəng, 3 amal

Bayrağımız bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Bayrağın ilk rəngi olan mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, çünki mavi rəng türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng, həm də simvolik məna daşıyır. Göy rəng XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirirdi.

Əzəmətli bayrağımızın ikinci rəngi olan qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir. XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrildi. Bayrağımızdakı qırmızı rəng həm də bizim mübarizliyimizin, dönməzliyimizin, qorxmazlığımızın simvoludur. Bayrağımızın 3-cü rəngi olan yaşıl İslam sivilizasiyasına, islam dininə mənsubluğumuzu, həmçinin yenidən dirçəlişi ifadə edir.

Ayparanın tarixində Babək Xürrəmi izi

Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Babək Xürrəminin “göydə yeni aypara görünən zaman bizim üçün üsyanda qurtuluş gecəsi olacaq” sözlərini xatırlayın. Xürrəmilər, ayparanı yenidən doğulmaq, dirçəliş kimi xarakterizə edirdilər. Bəlkə də bayrağımızda onun təsviri tarixin həmin dərinliklərin qaynaqlanır.

Aypara həmçinin Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib. Bayrağımızın üzərindəki ayparanı buna görə türk xalqlarının simvolu kimi də xarakterizə edirlər. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır.

Tarixçilər həmçinin səkkizguşəli ulduzun mənasını belə açıqlayır: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilik. Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub və səkkiz guşə-səkkiz türk xalqının simvolu kimi tarixə işlənir.

Başqa bir izaha görə Ay (qəməri) təqvimi islam ölkələrində geniş istifadə olundığından Ay təqvimində tarixdə “Türk dövrü” kimi qalmış bir təqvim yaradılır. Ay fazalarının təkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5 və 7-ci illərdə) ilin axırıncı ayı olan Zilhəccəsinə 30-cu gün əlavə edilirdi. Bayrağımızdakı aypara işarəsinin buradan qaynaqlanma ehtimalı da istisna edilmir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği ” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 İyul 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see507

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see316

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see253

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see252

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see246

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see243

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see235

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see227

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see210

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see207

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see204

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see199

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see195

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see195

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see189

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see187

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see186

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see180

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see180

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri