Icma.az
close
up
RU
Bir ildə Rusiyanı 24 milyarder tərk edib İlginc adlar açıqlandı

Bir ildə Rusiyanı 24 milyarder tərk edib İlginc adlar açıqlandı

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynada müharibə başlayandan sonra Rusiyadan qaçan milyarderlərin ümumi sərvəti təxminən 110 milyard dollardır.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatı “Moskow Times” öz hesablamalarına əsasən yayıb.

Müəlliflər qeyd edirlər ki, “Forbes”in yenilənmiş dünya reytinqində ötən ilki siyahıda adı olan 24 rusiyalı iş adamı indi başqa ölkələrin nümayəndələri kimi qeyd olunub.

Belə ki, sərvəti 7,5 milyard dollar dəyərində qiymətləndirilən Rusiyanın “Alfa Group” maliyyə və investisiya konsorsiumunun həmtəsisçisi Aleksey Kuzmiçev fransalı milyarderlər siyahısındadır. Eyni zamanda Alfa-Bank-ın keçmiş prezidenti Petr Aven (4,7 milyard dollar) Latviyanı təmsil edir.
Yandex-in yaradıcısı Arkadi Voloj israilli milyarder adlanır. Rambler Group-un keçmiş həmsahibi Alexander Mamut da bu ölkə ilə əlaqəlidir.

Yeni reytinqdə ölkəni dəyişən ən çox milyarder indi İsveçrənin nümayəndələri kimi görünür. Bunlar xüsusən, Mixail Proxorov, Yeqor Kulkov və Aleksandr Mixalskidir.

Ölkəni dəyişən milyarderlər arasında Moskvanın keçmiş meri Yuri Lujkovun dul arvadı Yelena Baturinanı da görmək olar. İndi o, britaniyalı iş qadını sayılır.

“Forbes”in yeni reytinqinə ümumilikdə 15 rusiyalı oliqarx, o cümlədən “Alkor and Co” qrupunun sahibi Tatyana Volodina daxildir.
2025-ci ilin ən zəngin rusiyalı iş adamı Lukoil-in ortaq sahibi Vahid Ələkbərov hesab olunur. Ekspertlər onun sərvətini 28,7 milyard dollar qiymətləndiriblər.

Bu yaxınlarda məlum olub ki, onlarla rusiyalı oliqarx özlərinə qarşı sanksiyaların ləğvinə nail ola bilib. Söhbət Moskva ilə bütün əlaqələrini kəsən, yaşayış yerini dəyişən, həmçinin Rusiya Federasiyasında bizneslə məşğul olmadıqlarını sübut edən iş adamlarından gedir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Aprel 2025 00:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri