Bir ildir evsiz qalıblar Sakinlərin taleyi necə olacaq?
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Nərimanov rayonu Aşıq Qərib və Məmməd Arif küçələrinin kəsişməsində dəmir yolunun mühafizə zonasında tikilən 161 ailəyə məxsus evlər bir ildir ki, sökülüb. Lakin hələ də buna görə sakinlərə kompensasiya ödənilməyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “ATV”yə müraciət edən sakinlər bildirib ki, hər quruma gedib, müraciət ediblər: “Lakin bir cavab verilməyib. Heç bir qurum boynuna götürmür, bu, ora, o bu quruma yönləndirib”.
Evlər söküləndən sonra bəzi ailələrə 6 aylıq kirayə haqqı ödənilib. Sonra isə heç bir səbəb göstərilmədən bu ödənişlər də dayandırılıb. Sakinlər qeyd edib ki, bu barədə məhkəməyə də müraciət ediblər və məhkəmə onların xeyirinə qərar çıxarıb. Amma yenə də vəziyyət dəyişməz olaraq qalıb.
“Kompensasiya kimi hər kvadrat metrə görə 1800 manat vəd edilmişdi. Bizim evlərimiz qanunsuz tikilməmişdi, sənədlərimiz var idi, kommunal ödənişlər edirdik”, - sakinlərdən biri qeyd edib.
Digər sakin isə bildirib ki, yaşadıqları ərazidə poliklinikada qeydiyyatda belə olublar: “Yaşadığımız ünvandan məktəblərə arayış aparmışıq. İndi deyirlər ki, bizim evlər qanunsuzdur”.
Məsələ ilə bağlı “Azərbaycancan Dəmir Yolları” QSC-dən bildirilib ki, Nərimanov rayonu ərazisində yerləşən qanunsuz tikililərlə bağlı verilən qərarlar qurumun səlahiyyətində deyil: “Ərazidə mövcud olan tikililərin hüquqi statusu, habelə onlarla bağlı atılan addımlar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qurumlar tərəfindən qiymətləndirilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 15 Avqust 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















