Icma.az
close
up
RU
Bir inci saflığı varsa da... Su içməyin ZƏRƏRLƏRİ

Bir inci saflığı varsa da... Su içməyin ZƏRƏRLƏRİ

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Yay aylarında həm havaların isinməsi, həm də arıqlamaq istəyənlərin sayı artdıqca, suya olan maraq da artır. Bir tərəfdə günvurma və susuzluq qorxusu, digər tərəfdə isə “su pəhrizi” ilə tez nəticə əldə etmək istəyənlər....

Ancaq həkimlər xəbərdarlıq edir, həddindən artıq su içmək bəzən bədəni sağlamlaşdırmaq əvəzinə zəhərləyə bilər.

Sfera.az bildirir ki, mütəxəssislər bu vəziyyəti “su zəhərlənməsi” və ya tibbi adı ilə “hiponatremiya” adlandırırlar. 

Bu zaman orqanizmdəki natrium – yəni duz balansı pozulur, bədəndəki maye səviyyəsi qeyri-təbii şəkildə artır və hüceyrələr su ilə dolaraq şişməyə başlayır. Xüsusilə beynin şişməsi huşun itməsi, baş ağrısı, ürəkbulanma, qarışıqlıq və hətta komaya qədər aparan ağır nəticələrə səbəb ola bilər.

Son illərdə internetdə yayılan “3 günlük su pəhrizi” və ya “7 gündə su ilə 5 kq arıqlayın” tipli çağırışlar bir çox insanı yanlış istiqamətə yönəldir. Arıqlamaq və detoks məqsədilə gün ərzində yalnız su içərək yeməkdən imtina etmək, ilk baxışdan sadə və sağlam görünə bilər. Amma bu cür pəhrizlər zamanı orqanizmin enerji, vitamin və elektrolit balansı tamamilə pozulur. Həkimlər bildirir ki, suyun öz-özlüyündə təmizləyici təsiri olsa da, qida qəbul etmədən uzun müddət yaşamaq bədən üçün ciddi təhlükədir.

Belə ki, yayda su içmək vacib olsa da, bu, ifrata varmamalıdır. Normal şəraitdə gün ərzində 2–2,5 litr su bədən üçün yetərlidir. Ancaq bu suyun miqdarı bir anda deyil, gün ərzində bərabər şəkildə paylanmalıdır. İnsanlar elə düşünür ki, nə qədər çox su içsələr, orqanizm o qədər təmizlənəcək. Əslində isə suyun həddindən artıq qəbulu bədəndəki duzların səviyyəsini kəskin azaldır və bu, baş gicəllənməsi, zəiflik və ürək ritmində pozulmalara yol aça bilər.

Bir çox hallarda su zəhərlənməsi ilk baxışdan adi susuzluq və yorğunluqla səhv salınır. Ancaq bu vəziyyət gec fərq edildikdə nəticələr ölümcül ola bilər. Tibb tarixində marafon qaçışlarında və ya isti havalarda çoxlu su içərək bədənini sərinlətmək istəyən insanlar arasında ölüm hallarına da rast gəlinib.

Həkimlərin tövsiyəsi sadədir: su həyat mənbəyidir, amma yalnız ehtiyac qədər içildikdə. Bədənimiz öz ehtiyacını bildirmək üçün siqnallar verir – susadıqda içmək, doyduqda dayanmaq bu siqnallardan biridir. Yay aylarında bol maye qəbul etmək önəmlidir, amma bu mayenin tərkibi və miqdarı balanslı olmalıdır. Ən yaxşısı  su içməyi vərdişə çevirmək, amma ekstremal üsullardan uzaq durmaqdır.

Unutmayın, sağlam olmaq üçün su içmək vacibdir, lakin hər şeyin artığı zərərlidir – hətta suyun da.

Firuzə Əliyeva
Sfera.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 İyun 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri