Icma.az
close
up
RU
“Bir insanı tanımaq üçün 47 dərəcə, 28 sm lazımdır”

“Bir insanı tanımaq üçün 47 dərəcə, 28 sm lazımdır”

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sənə elə şeylər danışaram ki, yuxuların qaçar. Gecə yata bilməzsən. Həyat çox çətindir, çox. Bəzən bu peşəni öyrəndiyimə peşman olmuşam”.

Bu sözləri Bakuplus.az-a müsahibəsində Azərbaycanda fizioqnomika elmi ilə məşğul olan yeganə şəxs – Rəşad Əhmədov deyib.

Onunla müsahibəni təqdim edirik:

– Fizioqnomika nədir və insanlar arasında bu sahəyə qarşı hansı stereotiplər var?

– Mən fizioqnomika elmi ilə məşğulam. Bu elm insanın xarakterini zahiri sifət cizgilərindən öyrənir. Fizioqnomika ilk dəfə qədim Çində təşəkkül tapıb. Daha sonra Avropa ölkələrinə yayılıb.

İnsanlar bir-biriləri ilə əlaqə quranda birinci sifət cizgilərinə baxır ki, bu kimdir. Fizioqnomika əsasən güc strukturlarında geniş istifadə edilir.

– Rəşad müəllim, bunun səbəbi nədir?

– Çox gözəl sual verdiniz. Çünki bəzən insan çalışır ki, öz çirkin əməlini ört-basdır etsin. Adətən güc strukturlarında olur belə hadisələr. Cinayət törətmiş şəxslər öz əməlini gizlətməyə çalışır. Amma bu elm hər bir insanın, xüsusən cinayətkarın üz cizgilərindən, davranışlarından bunu öyrənə bilir.

– Bəs sizin bu sahə ilə tanışlığınız necə baş verdi? Marağınız necə yarandı?

– Bir təsadüf nəticəsində oldu. Bir gün gecə 12-yə qalmış Nərimanov metrosunun yaxınlığında idim. Gözdən əlil bir şəxslə tanış oldum. O adam danışığı, dediyi fikirləri ilə məni özünə cəlb etdi. Başladım onunla söhbətə. Mənim haqqımda elə fikirlər dedi ki, çox təəccübləndim. Düşünün, gözdən əlil olasan, gözün görmədiyi halda bunları biləsən. Zamanla bu elmi tanıdım və daha dərindən öyrənməyə başladım.

– Sizə inanmayan olubmu?

– Sənə elə şeylər danışaram ki, yuxuların qaçar. Gecə yata bilməzsən. Həyat çox çətindir, çox. Bəzən bu peşəni öyrəndiyimə peşman olmuşam.

Adlarını çəkməyəcəm. Yaxın iki dost olub. Övladlarını evləndirmək istəyirdilər. Oğlana baxan kimi dedim ki, evləndirmə. Məndən incidilər. Uşaqlar ailə həyatı qurdu, 6 ay davam etmədi. Boşandılar.

– Bu illər ərzində dost-tanış arasında bildiyiniz, amma deməyə çəkindiyiniz bir hadisə olubmu?

– Qonaq getməyi sevmirəm. Bir dəfə yaxın şəxsin evinə dəvət aldım. Həmin oğlanın yoldaşı yaxşı biri deyildi. Danışığından, davranışından həmən dəqiqə hiss etdim. Dedim, kaş gözlərim kor olardı, bunu hiss etməzdim. Oğlanla münasibətim çox yaxşı idi, ona görə deyə bilmədim.

– Sizcə, insanın xarakteri dəyişir?

– İnsanın xarakteri dəyişmir, sadəcə formalaşır. Bu formalaşma şəxsin olduğu ətrafdan, işlədiyi peşədən asılıdır. El arasında belə bir deyim var: “Bəxti verən Allahdırsa, taleyi bəndə özü seçir”.

İnsan pullanır, qudurur, qarşısındakıları əzir. Bu xarakterdir. Əlinə fürsət keçən kimi özünü büruzə verir. Ona görə deyiblər ki, insanı vəzifədə tanı.

– Yalanı müxtəlif dərəcələrə bölmək olur? Yoxsa yalanların hamısı eynidir?

– Yalansız həyat olmaz. Yalanın iki növü var: islah olunan və təkzib edilməz yalanlar. Bəzən elə anlar yaranır ki, insan yalan danışmağa məcbur qalır. Məsələn, həkim pasiyentinin ölüm ayağında olduğunu bilsə də, bunu deyə bilmir. Ona ümid verir.

Araşdırmalara görə, insanın gün ərzində danışdığı sözlərin 18%-i yalandır. Kimsə evə qonaq gəlir, çay təklif edirsən. Deyir, bu dəqiqə içib gəlmişəm. Bunun özü də yalandır.

– Qarşındakı insanı daha yaxından tanımaq üçün nəyə diqqət etmək lazımdır?

– Fizioqnomika elmi deyir ki, bir insanı yaxşı tanımaq üçün öncə tərəflər arasında məsafə 28 sm olmalıdır. Bununla bərabər, insanı tanımaq üçün 47 dərəcə bucaq altında oturmaq lazımdır. Çünki göz kəsimi ilə qulaq kəsimi arasındakı məsafə nə qədər üst-üstə düşərsə, insanın intellekt səviyyəsinin ən yüksəkdə olmasından xəbər verir.

Bu faktı deyim ki, insan doğulandan ölənə qədər bütün orqanları dəyişir. Tək dəyişməyən bədən üzvü qulaqdır. Yaranışdan ölümə qədər eyni quruluşda qalır.

– Bəs tanımaq üçün nə qədər müddət lazımdır?

– Bunun üçün konkret vaxt məhdudiyyəti yoxdur. Amma operativlik nöqteyi-nəzərindən 2 dəqiqə 36 saniyə kifayət edir. Yəni, insana baxanda 60-70% təxəyyülündə fikir formalaşır. Üz nahiyəsində hər hansı bir əməliyyat isə şəxsin xasiyyətini tanımağımıza təsir göstərmir. Çünki insan özünü sadəcə bir müddət  süni apara bilir, ondan sonra isə artıq hər şey bəlli olmağa başlayır. Mütəxəssis artıq bu zaman xasiyyət analizi apara bilir. Gözlər hər zaman satqın olur. Göz oynaması, onun bir yerə fokuslanmaması onun yalan danışdığını göstərir.

– Bu dövrdə estetik əməliyyat etdirən şəxslərin sayı günü-gündən artır. Üz quruluşunda dəyişiklik edənləri fizioqnomika elmi tanıyır?

– Xarakter prinsipləri üz cizgilərin dartmaqla, estetik əməliyyatla dəyişmir. Ümumiyyətlə, xarakter dəyişmir. Düzdür, bəzən qaş, alın prosesdurlarında üz cizgiləri dəyişir. Amma daxildəki xasiyyət nə qədər əməliyyat olsa da, dəyişmir.

– Yəqin ki, bu ümumi anlayışdır. Hər kəsə aid deyil.

– Xarakteri tək gözlə anlamırlar. Burun, göz, üz cizgilərinin hamısını təhlil etdikdən sonra anlamaq olar. Onu deyim ki, bir insanın xarakterini 100 faiz öyrənmək qeyri-mümkündür.

– Deyirlər ki, göygöz insanların gözdəyməsi çox olur. Bu doğrudur?

– Bu sübut olunub. Məsələn, deyirlər ki, göygöz, rəngi sarı, dişi seyrək adamlarla ehtiyatlı olmaq lazımdır. Amma bu, bütün hallara aid deyil.

– Fikrinizcə, gözlər qəlbin aynasıdır?

– Əlbəttə. Gözlərin rəngi, forması, baxışı daxildən xəbər verir. Məsələn, göy gözlü insanlar soyuqqanlı, açıq qonur gözlülər zəhmətkeş, dözümlü, iradəli olurlar. Və ya tünd qara gözlü insanlar özləri üzərində həmişə çalışırlar. Qabarıq gözlü insanlarda küsəyənlik olur.

– Rəşad müəllim, insanları bir-birindən necə ayırmaq olar?

– Saçı yumşaq olan adamlar çox həssas, müəyyən bir şeyi analiz etmək, tez qavramaq kimi xüsusiyyətlərə malik olurlar. Çox saçlı insanlarda tərslik, höcətlik kimi əlamətlər müşahidə olunur. Elə regionlar var ki, orada bir qrup insanlar çoxluq təşkil edir və bu da milli xüsusiyyətə çevrilir. Bu kimi şeylər insanların qəriblikdə tanınmasında başlıca amillərdən biridir. Sizə bir fakt deyim. Xarici ölkələrdə gözdən əlil insanlardan xüsusi xidmət orqanlarında istifadə edirlər. Yəni, ağır cinayətlərin açılmasında onların instinktiv cəhətlərinə ehtiyac duyulur. Hissiyyat güclü olur.

Məsələn, ailə qurulmasında insanların bir-birini tanıması əsas götürülür. İnsanı tanımaq üçün isə diqqətli olmaq, vaxt ayırmaq lazımdır

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:487
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Aprel 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri