Icma.az
close
up
RU
Bir kəndin iki faciəsi

Bir kəndin iki faciəsi

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Ağdaban qətliamından 34 il ötür

Tarixin bu günündə daha bir faciə yaşamışıq. Söhbət 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlı dəstələri tərəfindən törədilən növbəti vəhşilikdən - Ağdaban faciəsindən gedir.

Artıq həmin faciədən 34 il ötür. İllər bizi Ağdaban və digər bu qəbildən olan qətliamlardan uzaqlaşdırsa da, biz tariximizin kədərli səhifələrini heç vaxt unutmamalıyıq. Bu bizə ən azından belə faciələri bir daha yaşamamaq, təhlükəsiz gələcəyimizi qurmaq üçün lazımdır.

Erməni vandallarının çoxsaylı müharibə cinayətləri

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində xaricdəki havadarlarının dəstəyi ilə torpaqlarımızı işğal altına alan ermənilər özləri barədə “qəhrəman xalq, yenilməz ordu” mifi uydurmuşdular. Reallıqda isə onların sərgilədikləri əməllər və davranışlar tamam fərqli idi. Otuz illik işğal dövründə ermənilər tərəfindən çoxlu sayda müharibə cinayətləri törədilib. Belə ki, ərazilərimiz minalanıb, keçmiş təmas xəttindən uzaqda yerləşən şəhər və kəndlərimizə raketlər atılıb, mülki infrastruktur məqsədli şəkildə hədəfə alınıb, günahsız insanlar xüsusi amansızlıqla qətlə yetiriliblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri cinayətlər sırasında xüsusi amansızlığı ilə fərqlənir. Həmin qanlı tarixdə keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan ediblər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.

Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb.

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycana məxsus vertalyot ermənilər tərəfindən xaincəsinə vurulub. Bu terror aktı nəticəsində vertalyotda olan görkəmli Azərbaycan ziyalıları və dövlət xadimləri, ümumilikdə 22 nəfər həlak olub.

Dünyaya özlərini “mədəni və qəhrəman xalq”  kimi sırımağa çalışan ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri belə müharibə cinayətlərinin siyahısı çox uzundur. Bu siyahıda Ballıqaya, Malıbəyli, Daşaltı və digər faciələrimiz də yer alır. Ermənilər sərhəd tanımayan müharibə cinayətlərini İkinci Qarabağ müharibəsi günlərində daha amansız şəkildə  davam etdiriblər. Belə ki, döyüş meydanlarında sarsıdıcı məğlubiyyət açısı yaşayan düşmən bunun qisasını keçmiş təmas xəttindən uzaqda yerləşən Gəncəyə, Bərdəyə, Mingəçevirə Biləsuvara və digər ərazilərimizə qadağan olunmuş silahlardan atəş açmaqla almağa çalışıblar. Ancaq güclü Azərbaycan Ordusu təxribatlara uymayaraq ermənilərin cavabını bilavasitə döyüş meydanlarında verir və ədalətli müharibə aparırdı.

Ağdaban qətliamı və Kəlbəcərin işğalı

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində ermənilərin sərhəd tanımayan müharibə cinayətlərinin növbəti ünvanı Kəlbəcər rayonunun Ağdaban kəndi olub. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri keçmiş Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum ediblər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara qaçmaq məcburiyyətində qalıb.  Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırıblar. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. Həmçinin 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər isə girov götürülüb.

Faciənin ağır müsibətlərini yaşamış, evləri viran qoyulmuş ağdabanlılar doğma kəndlərini tərk etməyiblər. Onlar meşələrdən geri qayıdıblar və ev-eşiklərini bərpa edərək doğma yurd yerlərində yaşamağa başlayıblar. Lakin 1993-cü il mart ayının 27-də erməni separatçıları Kəlbəcər rayonuna hücum edən zaman yenidən Ağdaban kəndinə soxulublar. Beləliklə də, ağdabanlılar ikinci dəfə faciə yaşayıblar. Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprel ayının 2-dək erməni silahlı birləşmələri tərəfindən tamamilə işğal edildi. 

Ağdaban faciəsi törədilmə spesifikasına və xarakterinə görə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında” Konvensiyanın müddəalarına tam uyğundur. Ona görə də bu faciə beynəlxalq hüquq əsasında soyqırımı cinayəti aktı kimi qiymətləndirilməli və Ağdaban kəndinin dinc əhalisinə qarşı törədilən bu qırğın soyqırımı cinayəti kimi dünya ictimaiyyəti tərəfindən tanınmalıdır.

Qisas qiyamətə qalmadı

Düşmən nə qədər məkrli olsa da, faciələrimizin qisası qiyamətə qalmadı. Dövlətimiz, xalqımız işğal faktı ilə heç vaxt barışmadı. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması məsələsi ölkə gündəliyinin mərkəzində saxlanıldı, lazımi hazırlıqlar görüldü, istənilən vəzifəni uğurla yerinə yetirməyə qadir olan müasir ordu formalaşdırıldı.

Nəhayət, 2020-ci il sentyabrın 27-də düşmənin keçmiş təmas xətti boyunca törətdiyi növbəti təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi Qələbə qazanmaqla özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. 2023-cü il sentyabrın 19-20-də aparılan uğurlu antiterror əməliyyatının nətcələrinə uyğun olaraq isə Qarabağda separatizm yuvası dağıdıldı, suverenliyimiz tam bərpa olundu. Beləliklə də, Müzəffər Ordummuz Ağdaban, Xocalı və digər faciələrimizin qisasını bilavasitə döyüş meydanında almış oldu.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Aprel 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see276

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see242

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see232

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see232

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see230

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see227

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see226

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see219

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see210

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see210

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see207

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see207

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see205

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see202

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see192

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see184

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see177

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see173

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see173

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri