Icma.az
close
up
RU
Bir dön kəndin yoluna bax...

Bir dön kəndin yoluna bax...

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Söhbət Xaçmazın Həsənqala kəndindən gedir

Abad kənd yolundan tanınar, – deyiblər. Xaçmazın Həsənqala kəndi abad olsa da bu sözü onun yolu barədə demək olmur. Sakinləri illərdən bəridir ki, magistral xətdən ayrılan yolun dağılıb bərbad vəziyyətə düşməsindən əziyyət çəkirlər. 600-dən çox ailə təsərrüfatı, geniş əkin-biçin fəaliyyəti olan kəndə aparan 2 yolun asfalt örtüyü sıradan çıxıb, maşınların normal və rahat hərəkətinə imkan vermir. Bu azmış kimi, kəndə elektrik verilişi dirəkləri də sıradan çıxıb, təhlükə və qəzalar törədir.

Həsənqalalılar problemi dəfələrlə rayon rəhbərliyinin diqqətinə çatdırıblar. Hətta 2024-cü ilin parlament seçkiləri zamanı kənddə əhali ilə görüş keçirən rayon rəhbərləri yaranmış vəziyyəti öz gözləri ilə görüblər. Bu görüşdə sakinlər kəndə gələn yolun bərbadlığını və orta məktəb binasının əsaslı təmirə ehtiyacı olduğunu rayon rəhbərliyinin nəzərinə çatdırıblar. Aradan aylar keçməsinə baxmayaraq, verilən vəddən bir səs-soraq yoxdur. Gözləri yollarda, qulaqları səsdə olan sakinlər çıxış yolunu “Xalq qəzeti”nə məktub yazıb verilən vədi rayon rəhbərliyinə xatırlatmaqda görüblər. Məktubu imzalayanlar arasında Vətən yolunda qurban vermiş şəhid ailələri, diqqət və qayğıya haqlı ehtiyacı olan qazilər də var. Onlar yazırlar ki, sonuncu dəfə 37 il əvvəl – 1988-ci ildə əsaslı təmir olunan, asfalt döşənən kəndin yolu indi tamamilə yararsız hala düşüb. Yerli sürücülər bu yolda avtomobillərin sürətlə sıradan çıxdığını söyləyirlər. Xaçmaz və Xudatın taksi sürücüləri isə Həsənqalaya müştəri aparmağı xatalı, faydasız iş hesab edib yaxalarını kənara çəkirlər. Payız-qış aylarında kəndə gələn yollarda nəinki nəqliyyatın hərəkəti, piyadaların gediş-gəlişi də müşkülə dönür.

Məktubda qeyd edilir ki, Azərbaycan hökumətinin bu gün işğaldan azad olunmuş Qarabağa, Qərbi Azərbaycana Böyük Qayıdış kimi nəhəng, ümummilli layihələrin icrası ilə mütəmadi məşğul olduğu onlara yaxşı məlumdur. Aydın məsələdir ki, ilk növbədə, bu bölgələrin yolları çəkilməli, problemləri həll edilməlidir. Bunlar böyük maliyyə vəsaiti tələb edən işlərdir. Elə buna görə də Həsənqala kimi bir kəndin kilometryarımlıq yolunu yerli imkanlar hesabına da təmir etmək mümkündür. Bunun üçün xeyriyyəçiləri işə cəlb etmək, yerli fermer və iş adamlarının yardımından yararlanmaq olar. Bu baxımdan imkanlı iş adamları, sahibkarları ilə tanınan rayonlarından biridir. Şübhəsiz, onlar rayon rəhbərliyinin müraciətini cavabsız qoymazlar.

Məktubda daha sonra deyilir ki, son 10–15 ildə yerli bələdiyyə kənd sakinlərinin köməyindən də istifadə etməklə bir neçə dəfə yolun çox dağılmış hissələrinə çınqıl töküb. Lakin bu, vəziyyəti o qədər də dəyişməyib.

Həsənqalalıların məktubu ilə bağlı bildirək ki, kənd yolu təkcə sakinlərin gündəlik gediş-gəlişi, ətraf aləmlə rahat əlaqəsi deyil, həm də sosial-iqtisadi inkişaf amilidir. Rahat yol olmadan nə turizmi, nə də kənd təsərrüfatını inkişaf etdirmək mümkündür. Yeri gəlmişkən, Həsənqala kəndi gözdən-könüldən iraq, ucqar dağ kəndi deyil. Kənd dünyaca məşhur, yay mövsümündə minlərlə xarici turistin üz tutduğu Nabran istirahət zonasına aparan magistralın düz üstündə yerləşir. Yəni, göz qabağında olan ərazidir.

Görünən odur ki, bəzi kənd yollarının mövcud durumu və onların təmiri yerli məmurları o qədər də narahat etmir. Elə buna görə də Həsənqala sakinləri məktubda xatırladırlar: “Prezident İlham Əliyev bir il əvvəl hökumətin iclasında “regionlarda daha çox kəndin yeni yollarla təmin ediləcəyini, bu prosesin bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmayanadək davam edəcəyini” dedi.

Həsənqala sakinlərinin göndərdikləri fotoşəkilləri yazıya əlavə etməklə ümid edirik ki, redaksiyamızın nəzarətdə saxladığı bu ürəkağrıdan vəziyyət tezliklə kökündən dəyişəcək. Redaksiyamız isə kəndə çəkilmiş yolun istifadəyə verilməsindən hazırladığı materialla oxucularımızı məlumatlandıracaq.

İmran BƏDİRXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 May 2025 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see321

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see285

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see217

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see199

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see196

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see191

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see188

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see185

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see185

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see181

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see173

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see171

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see163

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see160

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see157

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see155

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see154

Meyvə şirəsi zərərlidir? Açıqlama

19 May 2026 20:38see152

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see148

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri