Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Bir küncə atılmış, toz basmış NƏRD: Unudulmağa qoymayaq! III YAZI

Bir küncə atılmış, toz basmış NƏRD: Unudulmağa qoymayaq! III YAZI

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gözümüzü dünyaya açandan ata-babalarımızın nərd oynadığının şahidi olmuşuq. Elə ki, bir qohum evinə yığışardıq, yayda həyətdəki ağacların altında, qışda isə evdəki otaqlardan birində kişilər yığışar, nərd oynayardılar. Bu zaman taxta üzərində atılan zərlərin, nərdtaxtanın üstünə çırpılan daşların səsi həyəti, evi bürüyərdi. Üstəlik oyunçuların zərlərin bəxtlərinə çıxardığı rəqəmləri ucadan söyləməsi də bu səslərə qarışardı.

Nədənsə bu oyunun əsas həvəskarları kişilər idi. Heç bir dəfə də qadının nərd oynadığının şahidi olmamışam. Bəlkə də oynayanlar olub. Lakin biz nərdin kişilərə məxsus olduğunu düşünmüşük, çünki gözümüzü dünyaya açandan onu yalnız kişilərin oynadığını görmüşük.

Zaman hər şeyin dərmanıdır, deyirlər, lakin yaşadıqca gördük ki, zaman heç də “ölüm ayağında” olan bəzi adət-ənənələrin, milli dəyərlərin dərmanı ola bilmir. Məsələn, elə bir zaman gəldi ki, həyatımıza internet, kompyuter, smartfon telefonlar, daha sonra sosial şəbəkələr daxil oldu, bütün bunlardan xəstələnmiş cəmiyyətə isə nədənsə zaman dərman ola bilmədi. Budur, sosial xəstəliyimiz hər gün bir qədər də ağırlaşır. Dəyərlərimizi, adət-ənənələrimizi, adət etdiklərimizi hər gün az-az sosial dünyanın qurbanına çeviririk. Elə illərdən bəri oynanılan nərd kimi.

Bu gün unudulan nərd oyunundan, onun artıq məhəllələrdən, həyətlərdən, evlərdən, çayxanalardan kəsilən səsindən danışaq. Danışaq, danışaq ki, unudulmağa qoymayaq.

Dünyanın ən qədim stolüstü oyunu

İranda meydana gələn və 5 min ildən öncə yarandığı ehtimal olunan nərd dünyanın ən qədim stolüstü oyunlarından hesab edilir. Araşdırmalar zamanı eramızdan əvvələ aid olunan 2 zər və 60 daşlı ibtidai nərd fiqurları bu oyunla bağlı ən qədim tapıntı hesab edilib.

Deyilənə görə, şahmat icad olunduqdan sonra, təxminən 610-cu ildə hind imperatoru onu fars hökmdarı Nevşiyana göndərir və yazır: “Kim daha çox düşünür, daha yaxşı bilir, kim daha çox irəlini görürsə, o qazanar. Bax, həyat budur”.

Fars hökmdarı isə vəzirinə şahmata qarşı yeni oyun ixtira etməyi əmr edir. Vəzir 10 gün içində nərdi icad edir. Fars hökmdarı yeni oyunu hind hökmdarına göndərir və zərləri nəzərdə tutaraq məktuba bu sözləri əlavə edir: “Amma bir az da şans gərəkdir. Bax, həyat budur”.

Nərd oyunu 24 xanalı lövhə nərdtaxta üzərində 15 ağ və 15 qara olmaqla, 30 daş və bir cüt zərlə iki nəfər arasında keçirilir. Buradakı qarşılıqlı 12 xana ilin 12 ayına, 15 ağ və 15 qara daş gecə və gündüzə, ümumi 24 xana isə günün saatlarına işarə edir. Zərdəki nöqtələr bir təxminə görə ulduzları, digərinə görə isə hər biri ayrı-ayrı mənanı kəsb edir.

Nərdin zərlərindəki rəqəmlər- yek (bir)-Tanrının təkliyinə, dü (iki)- fani dünyaya, sə (üç)-bitkilərə, heyvanlara, cahar (dörd)-od, su, torpaq və havaya, pənc (beş)-duyma, eşitmə, görmə, dadbilmə və iybilməyə, şeş (altı)-aşağı, yuxarı, sağ, sol, ön və arxaya işarədir.

Qədim farslar şahların gələcəkləri haqqında məlumat əldə etmək üçün nərddən istifadə edirdilər. Bu konteksdə nərdin oynanıldığı səth səma kimi nəzərdən keçirilir, ulduzlar kimi isə daşlar istifadə edilirdi.

Mənbələrə görə, bugünədək ənənəvi nərdtaxtada 101-ə yaxın oyun ixtira olunub. Onlardan ikisi üzrə isə dünya çempionatı keçirilir: “backgammon” və “longammon”. Azərbaycanda hələ qədimdən məlum olan və bir çox şair və yazıçıların əsərlərində adı çəkilən nərd oyununun 3 növü var: uzun, döymə, gülbahar. “Backgammon”a Azərbaycanda “döymə oyunu”, “longammon”a isə “uzun oyun” deyilir.
Bu gün nərd bir çox ölkədə fərqli forma və adlarla adlanır: Türkiyədə “tavla”, İtaliyada “tavola”, Avropanın digər ölkələrində isə “backgammon” adı ilə oynanılır.

Bu fakt daha maraqlıdır ki, 1934-cü ildə keçmiş SSRİ-də nərd ikinci Respublika Spartakiadasına daxil edilir. Azərbaycanı müsabiqədə təmsil edən Naxçıvan komandası qalib adını qazanır. 1947-ci ildə isə nərd üzrə ilk Respublika çempionatı keçirilir. Azərbaycanda qızıl zər turnirinin qaliblərinə təmiz qızıldan hazırlanan zərlər təqdim edilir.

İstinad etdiyim mənbələrdə belə maraqlı bir faktla da qarşılaşdım ki, dünyanın ən bahalı nərdtaxtasının qiyməti 387 min 890 dollar dəyərindədir. Çamadan formasında olan nərdin üzəri timsah dərisi ilə örtülüb. Nərdtaxta qızıl və brilliantlarla bəzədilib.

Telefona qurban verdiyimiz nərd oyunu

İllər, əsrlərboyu hər evdə, hər həyətdə, bütün çayxanalarda oynanılan, asudə vaxtın ən yaxın dostu olan nərdi də telefonlara qurban verdik. İndi qohumlar bir yerə yığışanda nərd oynadıqlarına təsadüfi hallarda rast gəlmək olar. Hər kəs bir yerə yığışsa da, hərənin əlində bir telefon başıaşağı öz işi ilə məşğuldur. Maraqlanmışam, çayxanalarda da artıq nərdtaxta masa üzərinə gətirilmir, Ona görə ki, arzu edən yoxdur. İndi bütün diqqətlər telefonlarda, başlar isə aşağı-telefona tərəf əyilmiş vəziyyətdədir.

Lakin axı canlı şahidi olmuşuq ki, nərd oynamaq bizim adətlərimizdən birinə çevrilmişdi vaxtilə. Toy, nişan, qonaqlıq mərasimləri olan evlərə yığışan qohumlar bu əlamətdar və gözəl günlərdə belə nərdsiz keçinmirdilər. Ümumiyyətlə, Azərbaycan ailəsində çay süfrəsi həmişə nərdin də oynanılması ilə müşahidə olunub.

Yayda xüsusilə nərd səsi daha çox eşidilərdi. Ağacların sərinliyində əyləşən kişilərin nərdinin səsi ətrafa yayılardı. Uduzan udana hələ bir çay qonaqlığı da verərdi. Maraqlı tərəfi bu idi ki, gənc, yeniyetmə oğlanlar da həmin nərd oynayanların başına yığışardı. Bu, onların da nərdə marağını artırar, onlar da bu oyunu oynamaqla nərdin ömrünü uzadardılar.

Ailəliklə harasa, təbiət qoynuna, kəndə, dağa istirahətə gedəndə belə, kişilərin ilk tapşırığı bu olurdu ki, nərdi götürməyi unutmayın ha... Baxardın ki, meşəni nərdin səsi bürüyüb. Ayrı-ayrı yerlərdə bəlkə 10 nəfər nərd oynayır. Nərdin daşlarının taxta üzərindəki səsi, zərlərin könül istəyən şəkildə düşməsindən yaranan sevinc səsləri meşədə əks-səda verərdi. Bundan istifadə edən qadınlar isə bir yerə yığışar, şirin söhbətə başlayardı.

İtirə-itirə gedirik

Adətlərimiz var ki, artıq itirə-itirə gedirik. Elə ki, həyatımıza internet daxil oldu, hər gün bir adətimizi itirməyə başladıq. Başımız elə qarışdı ki, bir-birimizə salam verməyi unutduq. Böyüyə yol, yer verməyi adətlərimizdən hesab etmədik. Sanki etinasız olduq, dünəndən bizə miras qalanları unutmağa başladıq, bu günə gətirə bilmədik.

Elə nərd oyunu da unutduqlarımız sırasında yer aldı. Bir də baxdıq ki, nərdi əzizlədiyimiz yerində- evimizin yuxarı hissəsindəki dolabın başındaca toz basıb. Aylardır, illərdir, nə oradan yerə endirilir, nə qapağı açılır, nə də oynanılır. Çünki onun üzərində gəzən əllər, barmaqlar indi telefonu tutur, onun nöqtələri üzərində gəzişir.

Lakin unutmayaq ki, nərdin zəkamıza verdiyi dəyəri telefonlar 100 il bundan sonra da verə bilməz. Nərd bizi sağlamlığa, asudə vaxtımızı səmərəli keçirməyə səsləyirdi, telefonlar isə xəstə ruhlu olmağa, sağlamlığımızı əlimizdən almağa səsləyir. Belə isə nə üçün bunu şüurlu şəkildə dərk etmirik? Nə üçün əsrlər öncədən bizə ata-babamızdan ərməğan qalan nərdi telefonlara, sosial şəbəkələrə qurban veririk? Eyni zamanda, bir gözəl, qədim adətimizin üzərindən xətt çəkir, bir maraqlı oyunun da sıradan çıxmasına səbəb oluruq?

Nə qədər ki, gec deyil, özümüzə qayıtmalıyıq. Özümüzə qayıtsaq, adət-ənənələrimizin, dəyərlərimizin, oyunlarımızın də dəyərini geri qaytara bilərik. Bir zamanlar əlimizdən düşməyən nərdi dolabların başından endirək, tozunu silək, qapağını açaq, oynayaq, unudulmağa qoymayaq. Yoxsa sabah gec olar...

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Yanvar 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see451

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see356

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see353

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see310

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see294

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see269

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see268

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see267

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see265

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see143

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see142

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see134

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see132

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see127

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see121

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see120

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

02 Dekabr 2025 00:58see119

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri