Icma.az
close
up
RU
SALAMLAŞMA: unudulmağa qoymayaq! I YAZI

SALAMLAŞMA: unudulmağa qoymayaq! I YAZI

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Gözəl adətlər qorunub yaşadılmalıdır, unudulmalı deyil. Elə əsrlər boyu belə də olmuşdur. Biz azərbaycanlılar böyük bir xalq olaraq adət-ənənələrimizi elə qorumuşuq ki, onların hər biri dünəndən bu günə gəlib çıxa bilib. Bu qədər mühafizəkarlıq qarşısında bəzi adətlərimiz nə üçün unudulur, yoxa çıxır, bax, bu məsələ olduqca maraqlıdır.

Bu gün həmin unudulmuş adətlərdən biri-salamlaşma haqqında danışmaq istəyirəm. O salamlaşma ki, artıq illərdir, yavaş-yavaş azaldığı, salamın verilmədiyi, bəzən isə verildiyi təqdirdə alınmadığı müşahidə olunur.

Bizlərdən çoxu salam vermir, salam almır, salamlaşmadan ömrümüzü yaşayırıq. Görəsən bu, nə üçün belə oldu?

Salam Allahın adlarından biridir

Böyüklərimiz həmişə deyərdi ki, nə qədər çox salam verirsənsə, Allahın adını bir o qədər anmış olursan. Odur ki, əvvəlki illərdə insanlar salamlaşmanı vacib hesab edir və böyük sayğı kimi dəyərləndirirdi. Xüsusilə də rayon yerlərində qarşılaşan insanların hər biri salamlaşmadan keçməzdi. Bu gün böyük şəhərlərdə yaşayan insanların əksəriyyəti həmin rayonlardan bu şəhərlərə gəldiyindən onlar salamlaşmanın nə demək olduğunu da yaxşı bilirlər.

Məsələn, onu yaxşı bilirlər ki, yaşadığımız ərazidə yaxın-uzaq qonşuların hər biri ilə salamlaşardıq. Ağsaqqal, ağbirçəklər salamımızı alarkən hələ bir bizi əzizləyərdilər də. Salamın qarşılığında “salam verənin çox olsun, ay qızım”, “salam verənin çox olsun, ay oğlum”, “ay aleykumsalam”, yaşlı qadınlar qızlara “salam, gözəlim”, yaşlı kişilər oğlanlara “salam, igid” sözləri eşidilərdi. Bütün bunlar isə uşaq və gəncləri sevindirər, onlar bu sözlərdən qürrələnər, hər dəfə həmin sözləri eşitmək üçün salam verməyə can atardılar.

Salam vermək, Allahın adını tez-tez anmaq kimi öyrədilirdi uşaq və yeniyetmələrə. Eyni zamanda, hörmət və sayğının təməli olaraq aşılanırdı. Odur ki, hər kəsin oxuduğu məktəbdə, çalışdığı iş yerində, kollektivdə, mağazada, harasa daxil olduqda salam verməməsi mümkün deyildi. Hələ belə də olurdu ki, salam verirdik, ya adamın başı qarışıq olurdu və yaxud da utanıb salamı astadan verəndə qarşıdakı adam eşitməyib cavab verməyəndə sıxılırdıq, öz-özümüzə deyinirdik ki, niyə salamımızı almadı. Bəzən qarşıdakı adam verdiyimiz salamı eşitməyəndə, bizə “ay bala, salamın-sabahın harada qaldı?” deyəndə isə and içməyə başlayırdıq ki, ay xala, ay əmi, vallah, verdim ey, eşitmədiniz.

Beləliklə də beynimizə həkk olunmuşdu ki, hara getsək, ən birinci salam verməliyik: tanıdığımız qonşularla salamlaşmalıyıq. Məktəbdə və yaxud harada oluruqsa olaq, orada salamsız hər hansı fəaliyyətə başlamaq olmaq. Bu gözəl və qürurduyulası adətlərimizdən biri olaraq uzun illərdir ki, yaşadılıb bu günlərədək gətirilib.

Salam verdim, rüşvət deyildir deyə, almadılar

Lakin çox təəssüf ki, müasir dövrdə salamlaşmaq mədəniyyəti də digər əhəmiyyətli məsələlər kimi müasir insanlar tərəfindən artıq tarixin arxivinə göndərilməkdədir. Böyük Məhəmməd Füzuli, “salam verdim, rüşvət deyildir deyə, almadılar” kəlamını sanki bu gün üçün qələmə alıbmış. İnsanlar sanki salamın maddi deyil, hava olduğunu düşünərək onu boş bir şey hesab edir və verilən salamın alınmasını məsləhət bilmirlər. Bunu qonşuluqda da, iş yerində də, ümumiyyətlə, salam verməli olduğumuz hər yerdə müşahidə edirik.

Böyük şəhərlərdə insanlar bir-birini tanımadığından, əlbəttə, küçədə hər kəsə salam vermək olmur. Lakin qonşuluqda, iş yerində, kollektivdə, hər hansı təşkilata daxil olduqda bir-biri ilə qarşılaşan hər kəs təbii ki, salamlaşmalıdır. Lakin gəlin, görək, liftə daxil olur, salam verirsən, burada kiminsə səsi çıxırmı? Adam, vallah, utanır ki, salam verdim, bunlar yəqin məni anormal hesab edib salamımı almadılar. Və yaxud da iş yerində elə adamlar var ki, salam verirsən, səsi çıxmır. Sanki buna borcun varmış, salam verdin, həmin borc yadına düşdü, acıqlandı ki, salamını özünə saxla, borcunu qaytar.

Hansı ki, bu insanlar bir-birinə yad deyillər. Hər gün olmasa da, günaşırı qarşılaşırlar. Belə olan təqdirdə salamlaşmamaq necə mümkün ola bilər ki? Təbii ki, mümkün deyil. Salam bizim qədim adətlərimizdən biridir. Xalqımızın bir-birinə qarşı sayğısının, mədəniyyətimizin, etik qaydalara riayət etməyimizin göstəricisidir.

Bir də “üz-üzdən utanar” deyilən el misalı var. Tanıdığın demirəm, o, mütləqdir, yeni tanış olduğun və ya aradabir qarşılaşdığın adamın yanından necə salamsız keçmək olar? Axı insan özündə həmin an utanma hiss edir. Lakin görünür ki, bu, heç də hər kəsə aid deyil. Elə buna görə də utanmadan, sıxılmadan adamın yanından elə salamsız keçirlər ki, deyirsən bəlkə bu adam səni ömründə heç bircə dəfə də görməyib.

Bir salam bir münasibətdir

Düşünəndə, əlbəttə, salam yeni tanışlıqlara, münasibətlərin formalaşmasına şərait yaradır. Məsələn, illər öncə yaxın ərazilərdə yaşayan insanlar bir-biri ilə salamlaşırdı. Deməli, tanışlıqlar meydana çıxırdı. Münasibətlər yaranırdı. Sabahı gün məhəllə uşaqları bir-biri ilə dalaşanda, valideynlər o salamın xətrinə ağı-qaradan götürmürdü. Aradakı salam-sabahdan çəkinir, utanırdı. Və yaxud da kəndin başında bir xəstə olanda kəndin aşağı hissəsindəki adamlar yığışıb onu ziyarətə gedirdilər. Deyirdilər ki, aramızda salam-sabah var, hökmən getməliyik, sabah yenə üz-üzə gələcəyik.

Bunu görən uşaq-yeniyetmələr də bu ruhda böyüyürdü. Onlar da valideynlərinin bu münasibətlərini davam etdirirdi. Kiminsə sözü bir-biri ilə düz gəlməyəndə onu aradaki salama bağişlayir, salama görə söhbəti, necə deyərlər, dağa qaldırmırdı, arana endirirdi. Hələ iki nəfər qonşu dalaşanda belə bir ifadə də eşidərdik: səni qurban edirəm aramızdakı haqqı-salama. Və yaxud da “qurban olasan dədənlə aramızdakı salam-sabaha”, “səni keçirəm aramızdakı salama”.

Məktəbdə də, iş yerimizdə, bir sözlə, hər yerdə kim ki, salamlı-sabahlı olardı, ona qoyulan hörmət başqalarından fərqli idi.

Unudulmağa qoymayaq: bir-birimizə salam verək

Beləliklə, milli-mənəvi dəyərlər toplumuzdan hər gün bir dəyər silinib gedir. Biz artıq özümüzdən başqa hər kəsə oxşamağa başlamışıq. Həyatımız, dəyərlərimiz, davranışığımız hər gün bir qədər “müasirləşir”. Bu “müasirlik”, bax, belə insani keyfiyyətlərimizə də təsirsiz ötmür.

Salam verəndə, qarşındakı insanın “salam” deyə cavab verməsi nə qədər əziyyətlidir, nə qədər dil-ağıza yük düşür, bax, bunu hesablamaq bir qədər çətin gəlir insana. Odur ki, insanların bu davranışından sadəcə “salam vermə, almayacağam” qənaətinə gəlmək olur.

Və yaxud, bir dəfə ağzını açıb cəmi beş hərfdən ibarət salam vermək nə qədər əziyyətlidir ki? Vallah, heç bir əziyyəti yoxdur. Odur ki, şəxsən mən həmişə salam verəcəyəm. Çünki bu, həm mədəniyyət, həm etiket qaydası, həm də Allahın adını anmaqdır.

Bir də, istərdim biləm ki, mənim salamımı almırlar, yoxsa, hamıda belədir? Lakin mən bu qənaətdəyəm ki, min dəfə də bu fikrə düşən olsa ki, “yox, vermə, almayacam”, yenə də salam verək, sabahınız, axşamınız, hərvaxtınız xeyir, deyək. Bəlkə bir gün bu sözlərin qarşılığını eşitmiş olarıq. Odur ki, salam, əziz oxucular və hər kəs, hərvaxtınız xeyir olsun.

Gəlin, salamlaşaq. Əsrlərdən bəri qoruyub bu günədək gətirdiyimiz dəyərli adətlərimizdən olan salamlaşmanı unudulmağa qoymayaq!

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:376
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Yanvar 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri