Icma.az
close
up
RU
Bir mahnıya düşən kölgə: “Çırpınırdı Qara dəniz”in erməniləşdirilmə ssenarisi VİDEO

Bir mahnıya düşən kölgə: “Çırpınırdı Qara dəniz”in erməniləşdirilmə ssenarisi VİDEO

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Azərbaycan zəngin musiqi ənənələrinə, muğamdan tutmuş xalq mahnılarına qədər unikal musiqi mədəniyyətinə sahibdir. Təəssüfki, bu zəngin irsimiz zaman-zaman mənimsəməvə plagiat cəhdləri ilə üzləşib. Belə halların ən təəssüf doğuran nümunələrindən biri də “Çırpınırdı Qara dəniz” mahnısı ilə bağlıdır. Bu mahnı bədnam ermənilərin mənimsəmə dalğasının hədəfinə çevrilən ən məşhur bəstələr sırasında yer alır.

Erməni sənətçilərindən bəziləri zaman-zaman bu mahnını öz dillərinə uyğunlaşdıraraq səsləndirməyə və hətta bir sıra hallarda onun "erməni xalq mahnısı" olduğunu iddia etməyə cəhd göstəriblər. Sosial şəbəkələrdə və bəzi musiqi platformalarında yayımlanan bu “ifalar” tarixdən xəbərsiz izləyicilərdə təhrif olunmuş təəssüratlar yaradır.

Azərbaycana məxsusu “Çırpınırdı Qara dəniz” mahnısı təkcə bir musiqi əsəri deyil, Türk dünyasının azadlıq və birliyə çağırışı, qardaşlıq mesajıdır. Musiqisi görkəmli bəstəkar Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan mahnı, Azərbaycanla Türkiyə arasında tarixi, mədəni və emosional bağların ən güclü simvollarından biri olaraq qalır. 

Müasir dövrdə bu mahnının ən yaxşı ifaçıları arasında Azərbaycan muğənniləri Azərin, Araz Elsəs, Şəmistan Əlizamanlı kimi sənətçilər var.

“Çırpınırdı Qara dəniz” şeiri 1914-cü ildə Əhməd Cavad tərəfindən Gəncədə yazılıb. Üzeyir Hacıbəyli isə 1918-ci ildə bu şeirə musiqi bəstələyib. 1920-ci ildə Azərbaycanın Rusiyanın işğalına məruz qalması və bu mahnı müəlliflərin də pantürkçülükdə ittiham oluna biləcəyi səbəbinə görə, onu uzun müddət ölkəmizdə səsləndirməyiblər. Nəhayət Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra bu mahnı ictimaiyyət qarşısında 1993-cü il martın 10-da indiki Heydər Əliyev Sarayında Əhməd Cavadın anadan olmasının 100 illik yubiley gecəsində səsləndirilib.


Dahi bəstəkar Üzeyir Hacıbəylinin bu mahnını yazmasının konkret tarixi, səbəbi və məqsədi olub. 1918-ci ildə Türkiyənin Qafqaz İslam Ordusunun Azərbaycan əsgərləri ilə birlikdə Gəncəni, Bakını, Qarabağı, Şamaxını, Naxçıvanı, Dərbəndi, Qubanı, Xaçmazı, Göyçayı, Ağsunu, İsmayıllını və başqa bölgələrimizi daşnak-bolşevik hərbi dəstələrindən, onların qarşıdakı işğal, terror, soyqırımı planlarından xilas etməsi Ü.Hacıbəylini “Çırpınırdı Qara dəniz” mahnısını bəstələməsinə səbəb olub. Bu mahnını məzmun və ideyasına görə tarixi və siyasi mahnı kimi səciyyəndirmək olar. Üzeyir Hacıbəyli bu mahnını Türkiyənin Qafqaz İslam Ordusunun Azərbaycandakı tarixi qəhrəmanlığına, Türk əsgərinin Azərbaycanın azadlığı uğrunda şəhidliyinə, xalqımızı qarşıdakı erməni terrorlarından qurtarmasına ithaf edib.  

Araşdırmalar göstərir ki, bu mahnı yazıldığı ilk vaxtlardan qardaş Türkiyədə maraq doğurmuş, populyarlaşmışdı. Hətta deyilənlərə görə, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk də bu mahnıdan təsirlənmiş, onu dəfələrlə dinləmişdi. Sonradan mahnı xüsusilə milliyyətçi ziyalılar, sənətçilər arasında, orduda rəğbət qazandı. Həmin dövlərdə Üzeyir bəyin mahnısı o qədər populyarlaşmışdı ki, müəllifinin kimliyi tədricən unudulmuşdu. “Çırpınırdı Qara dəniz” Türkiyədə və Avropada mühacir həyatı yaşayan Azərbaycan siyasət və mədəniyyət xadimlərinin də sevmlisi mahnısı olmuşdu. Onlar bir yerə toplaşanda bu mahnını birlikdə qürurla oxuyurdular.

Yuxarıda qeyd etdiyimiz kimi, bu mahnı yazılandan sonra, təəəsüf ki, Azərbaycanda az ifa olundu. Bunun da real siyasi səbəbləri var idi. Çünki 1920-ci ildə fərqli siyasətə və ideologiyaya malik olan SSRİ adlı imperiya yaranmışdı və Azərbaycan bütün yaradıcı şəxsiyyətləri, sənət, elm, mədəniyyət irsi, milli-mədəni dəyərləri ilə birlikdə bu “qırmızı imperiya”nın tərkibinə daxil olan respublikalarından biri idi. 

Qara dənizin bir hissəsi Türkiyənin və bir hissəsi SSRİ-nin sərhədlərinə məxsus idi. “Çırpınırdı Qara dəniz, baxıb Türkün bayrağına” mahnısının – Türk İslam Ordusunun xilaskarlığına, qəhrəmanlığına həsr olunmuş musiqinin səhnə, efir, konsert ifası artıq mümkün deyildi. Çünki tarix də, tarixə münasibət də, millətin gələcəyinə yönələn siyasət də kökündən dəyişmişdi. Artıq sovet xalqlarının dostluğu siyasəti həyata keçirilirdi, “proletar mədəniyyəti və incəsənəti” qurulurdu. Siyasi məramlı mahnılar, rəqslər, şeirlər, romanlar, dramlar, kitablar, operalar, kantatalar, oratoriyalar, simfoniyalar, kamera əsərləri yalnız və yalnız kolxozu, sənaye quruculuğunu, pambığı, mazutu, komsomolu, nefti, taxılı, sovet xalqını, əmək qəhrəmanlığını, sovet qardaşlığınıtərənnüm etməli idi. SSRİ-də Qara dəniz Türkün yox, bolşevik partiyasının, sovet dövlətinin bayrağına baxıb çırpına bilərdi. Buna görə də yaradıcı şəxsiyyətlərimizi, milli ziyalılarımızı bu yeni siyasi və dövlət quruculuğunun hər cür təxribatlarından, repressiylarından, siyasi təhdidlərindənqorumaq lazım idi... Beləcə, keçmiş SSRİ-nin mövcud olduğu illərdə “Çırpınırdı Qara dəniz” mahnısı Azərbaycanda ifa olunmadı... Ermənilər isə bur fürsəti fövtə verməyiblər.


Azərbaycan musiqisinə qənim kəsilən ermənilər “Çırpınırdı Qara dəniz” mahnısına da dil uzatdılar, onu mənimsəyərək “YouTube” internet portalında və digər sosial şəbəkələrdə sözləri guyaXVIII əsrin erməni aşığı Sayat Novaya məxsus “Kamança” mahnısı kimi təqdim etdilər. Bu azmış kimi, Üzeyir Hacıbəylinin erməniləşdirilmiş musiqisi 2018-ci ildə Ermənistanda “ilin mahnısı” elan olundu. 

Bu gün “YouTube” platformasında qondarma “Kamança” mahnısı bir sıra erməni müğənnilərin ifasında təqdim edilir ki, onlar arasında da ən məşhuru rusiyalı müğənni Avraam Russodur.

Bəs necə oldu ki, Üzeyr Hacıbəylinin milli qürur və vətənpərvərliklə, səmimi duyğu və sevgi ilə yazdığı bu mahnı birdən-birə ermənilərin uydurduğu “Kamança” mahnısına “çevrildi”? 


Bununla bağlı araşdırma aparmış Bakı Musiqi Akademiyasının mərhum dosenti Ariz Aduləliyev yazır:

“Üzeyir Hacıbəyli həm müsəlman Şərqində ilk demoktatik respublikanın, həm də müstəqil Azərbaycan Respublikasının dövlət atributlarından olan Dövlət Himninin müəllifidir. Erməni musiqiçiləri tərəfindən Üzeyir Hacıbəylinin yaratdığı əsərlərin “erməniləşdirilməsi”nin bir səbəbi elə budur.  

Bu mahnının Sayat Novaya məxsus olmadığını sübut eləmək üçün dərin nəzəri təhlillərə ehtiyac yoxdur.  Əvvəla, XVIII əsrdə yaşayan, erməni ədəbiyyatşünaslarının yazdığı kimi, təhsili və savadı olmayan, əlyazılarında çoxlu qramatik və orfoqrafik səhvlərə yol verən, üstəlik də Azərbaycan musiqiçilərindən kamança çalmağı öyrənən bu şair-musiqiçi iki yüz əvvəl (!) belə melodik quruluşda və üslubda, belə melodik inkişaflımahnı yarada bilməzdi. Mahnının lad-məqam quruluşu da XVIII əsrin ənənəvi musiqi-melodiya tiplərinə, lad məntiqinə uyğun deyil. Əgər ermənilər Sayat Novanı aşıq kimi təqdim edirlərsə, “Kamança” mahnısı XVIII əsrdə Zaqafqaziyada təşəkkül tapan Azərbaycan aşıq sənətinin havalarına da uyğun deyil. Bu mahnıda XVIII əsr üçün səciyyəvi olan Şərq, Qafqaz musiqi üslubu və bu dövr üçün tipik olan vokal, instrumental melodiya tərzi, ifa manerası və musiqi forması yoxdur və deməli, onun XVIII əsrdə yazılması tamamilə mümkünsüzdür.

Bu baxımdan, XX əsrdə yaşamış Üzeyir Hacıbəylinin mahnı və melodiya üslubunu, konkret mahnısını XVIII əsrdə yaşayıb-yaratmış Sayat Novanın yaradıcılığına zorla yapışdırmaq ən azı məsuliyyətsizlik, savadsızlıq, saxtakarlıq və vicdansızlıqdır, həm də aşığın özünə qarşı hörmətsizliklidr.

Onu da nəzərə alaq ki, erməni musiqişünası R.Atayanın “Erməni xalq mahnısı” kitabında Sayat Novanın mahnılarının həm XVIII əsr Tiflis ənənəvi musiqisindən, həm də aşıq musiqisindən qaynaqlandığı qeyd olunur. Amma “Kamança” mahnısı üslub cəhətdən bu ənənələrin də heç birinə uyğun deyil. Mahnını dinlədikdə nisbətən yaxın musiqi tarixinin məhsulu olduğu açıq-aydın sezilir. Bu həqiqətə baxmayaraq, ermənilər sənətdə oğurluğa və yalana könüllü gediblər, çünki məqsədləri olub.   

Üzeyir Hacıbəylinin “Çırpınırdı Qara dəniz” mahnısının ermənilər tərəfindən Sayat Novanın “Kamança” adı ilə oxunmasını, mahnının Ermənistanda “2018-ci ilin mahnısı” elan olunmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Türkiyənin Qafqaz İslam Ordusu tərəfindən Azərbaycanın növbəti erməni təxribatlarından, terror və soyqırımı planlarından xilas etməsinin 100 illiyinə qarşı ermənilərin düşünülmüş siyasi aksiyası və informasiya müharibəsi kimi qiymətləndirirəm”.

Xalq artisti, professor Faiq Sücəddinovun bu məsələyə dair rəyində bildirilib: “Erməni mənşəli Avraam Russonun ifa etdiyi “Kamança” mahnısı Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdı, Qara dəniz” mahnısı ilə tamamilə üst-üstə düşür”.


Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin “Çırpınırdı, Qara dəniz” mahnısı ilə bağlı bəyanatında deyilir ki, XVIII əsrdə yaşamışerməni aşığı Sayat Novanın şeir-mahnılarının, nəğmələrinin 70 faizə qədəri türk-Azərbaycan dilində yaradılıb və yayılıb:

“Müasir erməni ədəbiyyatının banisi Xaçatur Abovyan bunları etiraf edərək yazıb ki, “... ermənilər ancaq türkcə oxuyurlar”, “ermənilərin mahnı ilə dastanları yoxdur”. Tanınmış erməni ədəbiyyatşünası S.Palasanyan isə əlavə edib ki, “...biz (ermənilər) hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik” (S.Palasanyan “Erməni nəğmələri”, S.Peterburq, 1868, erməni dilində). Erməni mənimsəmələrini təsdiqləyən digər erməni sənətşünas M.Nalbandyan isə xüsusi vurğulayıb ki, “...əksər musiqi və nəğmələr türklərdən götürülüb. Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitməmişəm...” (N.Nalbandyan, “Qədim şeirlər və nəğmələr haqqında”, Seçilmiş əsərləri külliyyatı, c. 1).

Sayat Novanın yaradıcılığı ilə bağlı aparılmış araşdırma da göstərir ki, onun əsərlərinin siyahısında “Çırpınırdı Qara dəniz” adlı şeir yoxdur.

Bundan başqa, 1982-ci ildə “Sovetskiy pisatel” nəşriyyatının Leninqrad bölməsində nəşr olunmuş “Саят Нова. Стихи” kitabında da qeyd edilib ki, Sayat Novanın bu adda və ya məzmunda şeiri yoxdur. Sayat Novanın “Kamança” şeiri Valeri Bryusov tərəfindən rus dilinə tərcümə olunub. “Kamança” ilə bağlı qeyd etmək lazımdır ki, ermənilər tarın və kamançanın azərbaycanlılara məxsus olduğunu dəfələrlə etiraf ediblər. Dini xadim, folklor toplayan və naşir Trdat Balean bu barədə deyib: “Aşıq alətlərinin adları türkcədir - saz, santur, kaman, yaxud kamança, bağlama” (Aрмянские ашуги. Собиратель ТридатБалеан. I Том, Издательство Мамурян, 1911, стр, 9, на армянском языке)”.

Beləliklə, “Çırpınırdı Qara dəniz” mahnısının mənimsənilməsi təkcə musiqi oğurluğu deyil, həm də mənəvi bir təcavüzdür.

Ermənilərin bu və buna bənzər plagiatlıq əməlləri dəfələrlə dəlil-sübutlarla ifşa olunub, amma indiyə qədər oğurluğu nə boyunlarına alıblar, nə də Azərbaycan xalqından hansısa şəkildə üzr istəyiblər.

Onlar dünən də oğurlayıblar, bu gün də oğurlayırlar və heç şübhəsiz, sabah da oğurlayacaqlar.  

Ermənilərin belə əməlləri təkcə sırf musiqi marağı ilə deyil, siyasi və ideoloji məqsədlərlə həyata keçirilir. Məqsəd - türklərin və azərbaycanlıların zəngin mədəni mirasını öz adlarına çıxmaqla onların tarixdəki rolunu silmək, mədəniyyət sahəsində saxta üstünlük qazanmaqdır. Mədəni plagiat isə sadəcə bir oğurluq deyil, bu həm də bir xalqın yaddaşına və kimliyinə qarşı yönəlmiş xain hücum, təcavüzdür.

Bu məqamda görkəmli rus şairi Aleksandr Puşkinun bədxah qonşular haqqında dediyi məşhur ifadə yerinə düşür: “Sən köləsən, sən qorxaqsan, sən oğrusan, sən ermənisən!”


A.Zeynalov

Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.  

   
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 May 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri