Məqsəd işğaldan azad edilmiş torpaqlarımızın rahat yaşayış məkanlarına çevrilməsidir ŞƏRH EDİLDİ
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Cənab Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur bölgələrinə mütəmadi səfərlər edərək bu ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini daim diqqət mərkəzində saxlayır. Hər bir səfər çərçivəsində dövlət başçısı görülən işlərin gedişi ilə yerində tanış olur, yeni istifadəyə verilən obyektlərin açılış mərasimlərində iştirak edir, eyni zamanda icrası nəzərdə tutulan iri infrastruktur layihələrinin gedişini qiymətləndirir və yeni layihələrin təməlqoyma mərasimlərini həyata keçirir". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə, bu səfərlər Prezidentin Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi prosesinə verdiyi xüsusi əhəmiyyətin bariz nümunəsidir:
"Ümumilikdə, cənab Prezident bu ərazilərin yenidən qurulması və bərpa olunması ilə bağlı həyata keçirilən tədbirləri yaxından izləyir, müvafiq qurumlara konkret tapşırıqlar verir və prosesin sürətləndirilməsi üçün zəruri göstərişlər səsləndirir. Məqsəd işğaldan azad edilmiş torpaqlarımızın qısa müddət ərzində müasir, dayanıqlı və rahat yaşayış məkanlarına çevrilməsidir. Dövlət başçısı Ağdərə rayonunun Çıldıran kəndinə səfəri zamanı burada aparılan yenidənqurma və abadlıq işləri ilə ətraflı tanış olmuş, görüləcək işlərlə bağlı öz tövsiyə və tapşırıqlarını vermişdir. Prezident İlham Əliyevə kənddə icra olunan infrastruktur layihələri, yaşayış binalarının bərpası, yeni sosial obyektlərin – məktəb, tibb məntəqəsi və digər ictimai binaların tikintisi, kommunal təsərrüfatın yenilənməsi, su, elektrik, qaz və rabitə xətlərinin bərpası, yol-nəqliyyat infrastrukturunun qurulması barədə geniş məlumat təqdim olunub.
Səfər zamanı cənab Prezident Çıldıran kəndinin timsalında işğaldan azad edilmiş digər kənd və şəhərlərimizin də kompleks şəkildə bərpasının vacibliyini vurğulamış, Böyük Qayıdış proqramının uğurla icra edilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd etmişdir. Dövlət başçısı bildirmişdir ki, bu ərazilərin bərpası yalnız fiziki infrastrukturun yenilənməsi deyil, eyni zamanda sosial-iqtisadi həyatın canlandırılması, insanların doğma torpaqlarına təhlükəsiz və layiqli şəkildə qayıdışının təmin edilməsi deməkdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 16 Yanvar 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















