“Bir millət, iki dövlət” anlayışı hədəfə alınıb Ankaradan reaksiya
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycanla Türkiyə arasındakı münasibətləri hədəf alan qərəzli və məqsədli paylaşımların aşkarlandığını bildirib.
"AzPolitika" APA-ya istinadla xəbər verir ki, mərkəzin sosial şəbəkə hesabında yayılan açıqlamada qeyd olunub ki, bəzi beynəlxalq media qurumlarında və sosial şəbəkələrdə iki ölkə arasındakı sarsılmaz əlaqələri, strateji müttəfiqliyi və “Bir millət, iki dövlət” anlayışını hədəf alan materiallar müəyyən edilib.
Bildirilib ki, sözügedən paylaşımlar iki dost və qardaş ölkə arasındakı köklü münasibətlərə zərər vurmağa, regional sülh və sabitliyi pozmağa yönəlmiş açıq informasiya manipulyasiyası əməliyyatıdır.
“Türkiyə və Azərbaycan ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq təməlləri üzərində qurulan münasibətlərini bütün sahələrdə qarşılıqlı şəkildə davam etdirirlər. İki ölkə arasındakı strateji tərəfdaşlıq, atılan birgə addımlar və həyata keçirilən əməkdaşlıq layihələri fonunda manipulyativ açıqlamalarla ictimaiyyəti çaşdırmaq cəhdləri məqsədinə çatmayacaq”, – açıqlamada vurğulanıb.
Mərkəz ictimaiyyəti psixoloji müharibə məqsədi daşıyan bu cür materiallara etibar etməməyə və yalnız rəsmi qurumların açıqlamalarını nəzərə almağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 09 Oktyabr 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















