ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 30 oktyabr, AZƏRTAC
ABŞ təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı vacib olmayan diplomatik heyətini və onların ailə üzvlərini ölkədən çıxarmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanına, o cümlədən mülki hava limanlarına və mühüm infrastruktura hücumlar həyata keçirirlər.
Dövlət Departamenti ABŞ vətəndaşlarını mümkün raket və dron hücumları, hava məkanının bağlanması, uçuşların ləğvi və nəqliyyatda yarana biləcək fasilələrlə bağlı xəbərdar edib. Vətəndaşlara krallıqdakı hava limanlarından istifadə edərkən son dərəcə ehtiyatlı olmaq tövsiyə olunub.
Həmçinin amerikalılara raket və dron hücumlarının, eləcə də onların düşdüyü ərazilərin foto və videolarını çəkməyin və yaymağın qadağan olduğu xatırladılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 30 Oktyabr 2026 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















