Bir müddət əvvəl səhhətində problem yaranan Flora Kərimovanın SON DURUMU
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Flora Kərimovanın səhhəti yaxşıdır, daim nəzarətdədir".
Bu sözləri Bizim.Media-ya açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut İmanova sənətkarın sağlamlıq vəziyyəti, müalicəsiylə bağlı bildirib.
O qeyd edib ki, Xalq artistinin müalicəsi hazırda evində davam edir.
"Vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə həftədə bir dəfə “Liv Bona Dea” klinikasından həkimlər evə gəlir və Flora xanıma baş çəkirlər. Həmçinin Mehriban xanımın tapşırığı ilə hansı dərmanlar lazımdırsa, bitibsə, həkimlər həmin dərmanları xəstəxanadan götürürlər. Flora xanımın qanı, qanında maqneziumu, kalsiumu, qan azlığı, şəkəri ayda 2 dəfə yoxlanılır. Onun səhhəti yaxşıdır, həkimlər tərəfindən nəzarət altındadır".
Xatırladaq ki, Xalq artisti Flora Kərimova bir müddət əvvəl səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilmişdi. Sənətkarın müalicəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Nəzrin Mirzəyeva, Bizim.Media
Baxış sayı:65
Bu xəbər 21 Avqust 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















