Icma.az
close
up
RU
BİR NAZİRLİKDƏ İKİ NAZİR Agentlik rəhbəri Məcnun Məmmədovun göstərişlərinə əməl etmir

BİR NAZİRLİKDƏ İKİ NAZİR Agentlik rəhbəri Məcnun Məmmədovun göstərişlərinə əməl etmir

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Son günlər Kənd Təsərrüfatı Nazirliyində baş verən yeyintilərlə bağlı “Hurriyyet TV”-də açıqlanan faktlar qurumun rəhbərliyini hərəkətə gətirib.

Hurriyyet.az-a daxil olan məlumata əsasən, nazir Məcnun Məmmədovun göstərişi ilə müvafiq komissiya yaradılaraq, müxtəlif rayonların baytarlıq idarələrində yoxlama aparılmasına cəhdlər olunub. Məqsəd dövlət tərəfindən alınan vaksinlərin təyinatı üzrə istifadə olunub-olunmamasını üzə çıxarmaq olub. Bu səbəbdən də ilk olaraq anbarlarda qalan vaksinlərin sayılması qərara alınıb.

Lakin bəzi rayonlarda nazirlik əməkdaşlarının baytarlıq idarələrində yoxlama aparılmasına imkan yaradılmayıb. Maraqlıdır ki, komssiya üzləri nazir Məcnun Məmmədovun göstərişi əsasında yoxlama aparmaq məcburiyyətində olduqlarını bildirsələr də, baytarlar nazirlik əməkdaşlarına açıq şəkildə dirəniş göstəriblər. Onlar Aqrar Xidmətlər Agentliyi rəhbərliyinin göstərişini yerinə yetirdiklərini bildiriblər.

Onu da qeyd edək ki, nazirlik əməkdaşları daha sonra müxtəlif kəndləri gəzərək, heyvandarlıqla məşğul olan sakinlərlə söhbət ediblər. Bu zaman sakinlər ciddi çəkilə irad bildiriblər ki, vaksin vurulmadığı üçün heyvanları müxtəlif xəstəliklər səbəbindən tələf olur.

Komissiya üzvləri sakinlərin çoxsaylı şikayətlərini dinləyərək, yerindəcə aktlaşdırma aparıblar. Amma yekunda heç bir baytar həmin aktlara imza atmayıb. Onlar yenə də Aqrar Xidmətlər Agentliyindən belə bir göstəriş aldıqlarını və bu qurumun razılığı olmadan heç bir sənədə imza atmayacaqlarını bildiriblər.

“Hürriyyət”

P.S. Bütün bunlar onu deməyə əsas verir ki, Kənd Təsərrüfatı Nazirliyində “ikihakimiyyətlilik” hökm sürür. Aqrar Xidmətlər Agentliyinin rəhbəri hər kimdirsə, görünür, özünü ya nazir hesab edir, ya da Məcnun Məmmədova dirəniş göstərəcək qədər “arxalıdır”.

P.P.S. Mövzu ilə bağlı araşdırmamızı davam etdirəcəyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see210

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see184

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see182

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see159

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see144

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see140

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see139

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see138

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see138

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see137

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see129

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see124

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see122

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri