Bir neçə dəfə “Lukoil” yanacaqdoldurma məntəqəsində firıldaqçılıqla rastlaşmışam Deputat
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Azərbaycanda fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrində vətəndaşların hüquqları ciddi şəkildə pozulur. Müxtəlif üsullarla maşınlara vurulan yanacağın həcmini azaldır və yaxud digər vaisətlərdən istifadə edirlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
"Şəxsən özüm bir neçə dəfə “Lukoil” yanacaqdoldurma məntəqəsində qanun pozuntusu firıldaqçılıqla rastlaşmışam. Ya benzini əskik vururlar, ya pulu əskik qaytarırlar, ya da aparatı dayandırıb, yenidən benzin vurmağa başlayır və həcm rəqəmini çaşdırmağa çalışırlar. Bu hüquq pozuntusu onilliklərdir ki, davam edir və bu gün də eyni pozuntular baş verməkdədir. Digər pozuntu isə müxtəlif yanacaqdoldurma məntəqələrində vurulan benzinin həcmi ilə bağlıdır. Bilirsiniz ki, indiki avtomobillərdə elektron sistemdir və dolu çənlə qət olunacaq məsafəni göstərir. Necə olur ki, ayrı-ayrı məntəqələrdə bu 60-90 km fərq edir? Çünki, benzin oğurlanır və bu rəqəm gündə on tonlarla ölçülür. Mən aidiyyatı qurumları bu sahədə nizam-intizam yaratmağa və vətəndaşların hüquqlarını qorumağa çağırıram", - deyə deputat bildirib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 07 Mart 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















