Icma.az
close
up
RU
Virus uşaqlara necə təsir edir?

Virus uşaqlara necə təsir edir?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fəsil dəyişkənliyi böyüklərlə yanaşı, uşaqların səhhətinə də təsirsiz ötüşmür. Uşaqlarda mövsümi xarakter daşıyan respirator xəstəliklər əsasən fəsil dəyişən müddətdə, havanın soyuq keçdiyi dövrlərdə müşahidə olunur. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, tibb məsləhətləri bu dəfə bölgə xəstəxanalarında çalışan həkim-mütəxəssislər verirlər. Onlar hesab edir ki, uşaq kollektivlərində uşaqlar bir-biri ilə sıx təmasda olduğu üçün xəstəliyin ilkin əlamətləri çox zaman gözardı edilir:

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Sücəddin Əbdülov:  

“Yoluxma halında artım da çox zaman bu formada yayılır. Nadir hallarda kontakt yolu ilə başlayır. Uşaqlarda, xüsusilə körpələrdə və məktəbəqədər yaşda immun sistemi tam formalaşmadığı üçün uşaqlar viruslara daha tez yoluxurlar. 

Respirator virusun yaranma metodu, əsasən, hava-damcı yolu, çirkli əllər və əşyalar vasitəsilə uşağın burun, ağız və ya gözündə yerləşən selikli qişaya düşür, nəticədə virus burada çoxalır. Bu proses nəticəsində selikli qişada şişkinlik və qızartı yaranır, burun axıntısı, öskürək, boğaz ağrısı müşahidə olunur. İmmun sistem virusla mübarizə aparır, bu zaman qızdırma və halsızlıq yaranır”.

Soyuq, quru hava virusların daha uzun müddət havada qalmasına və yayılmasına şərait yaratdığını deyən Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Lamiyə Qədirovanın sözlərinə görə, uşaqları həddən artıq qalın geyindirmək də tərləməyə səbəb olur və tərli halda bədən tez soyuyur, immun sisteminin müdafiəsi zəifləyir:

“Uşağı uzun müddət evdə saxlamaq qapalı məkanda təmiz havanın azalmasına və virus konsentrasiyasının artmasına, immun sisteminin tənbəlləşməsinə səbəb olur. Təmiz hava isə ağciyərlərin ventilyasiyasını yaxşılaşdırır, virusların artmasının və yayılmasının qarşısını alır, uşağın iştahasını və yuxusunu yaxşılaşdırır”.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Sücəddin Əbdülovun sözlərinə görə, uşaqlarda infeksion və respirator xəstəliklər ən çox rast gəlinən sağlamlıq problemlərindəndir:

“Xüsusilə payız-qış mövsümündə virus infeksiyalarının artması uşaqların immun sisteminə əlavə yük yaradır. Bu xəstəliklərin qarşısının alınmasında əsas məqsəd infeksiyaya yoluxma riskini azaltmaq, uşağın immun-müdafiə mexanizmlərini gücləndirməkdir. Uşaqların infeksion xəstəliklərdən qorunmasında gigiyenik qaydalara riayət olunması mühüm rol oynayır”. 

Ümumiyyətlə, uşaqların mövsümə uyğun geyindirilməsi, üşütməyə və ya tərləməyə yol verilməməsi də profilaktik baxımdan əhəmiyyətlidir. Gigiyena qaydalarına riayət, peyvəndləmə, düzgün qidalanma, kifayət qədər yuxu və sağlam psixoemosional mühit immun sisteminin möhkəmlənməsində əsas amillərdir.

Mütəxəssislərin sözlərinə görə, müalicə simptomatik və antiviraldır. İlk olaraq, istirahət, bol maye qəbulu, qızdırmasalıcı dərman vasitələri istifadə edilməlidir. Əlavə olaraq isə həkim təyinatı əsasında vitaminlərlərdən istifadə edilə bilər. Əgər ağırlaşmalar müşahidə olunarsa, dərhal tibb müəssisəsinə müraciət edilməli, ehtiyac yaranarsa, infuzion və antibakterial terapiya aparılmalıdır.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Yanvar 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see409

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see323

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see317

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see276

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see257

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see253

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see228

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see200

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see194

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see190

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see182

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see180

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see177

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see176

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see174

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see165

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see160

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see156

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see146

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri