Icma.az
close
up
RU
Bir neçə il əvvəl Xankəndinə baxırdıq, indi isə orada qlobal forum keçirilir MÖVQE BİLDİRİLDİ

Bir neçə il əvvəl Xankəndinə baxırdıq, indi isə orada qlobal forum keçirilir MÖVQE BİLDİRİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ata vəsiyyəti Azərbaycanın milli birlik və dövlətçilik ənənələrinin möhkəmlənməsində əsas dayaqlardan biridir. Cənab Prezidentin Şuşanın azad edilməsi zamanı etdiyi çıxış bu vəsiyyətin həyata keçirilməsinin rəmzi kimi qiymətləndirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin sözləri həm xalqımıza, həm də dünyaya Azərbaycanın əzmkarlığını, qətiyyətini göstərdi: "Bir neçə il əvvəl Xankəndinə Cıdır Düzündən baxarkən illüziya kimi görünən məsafələr bu gün qlobal forumlarda müzakirə mövzusu olan reallıqlara çevrilib. Bu, Prezidentin rəhbərliyi altında həyata keçirilən strategiyanın, xalqın və dövlətin birliyinin, eləcə də milli hədəflərin gerçəkləşməsinin nəticəsidir. Ata vəsiyyətinin yerinə yetirilməsi Azərbaycanın zəfər yolunda nəinki tarixi ədalətin bərpası, həm də regionda sülh və sabitliyin təmin olunması üçün önəmli bir addımdır. Bu uğurlar Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl yaradır və dövlətimizin dünya arenasında mövqeyini daha da gücləndirir".

Mövzu ilə bağlı politoloq Polad Mehdiyev isə bildirib ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar təkcə hərbi zəfərlə ölçülmür, həm də tarixi yaddaşın, milli vəsiyyətin yerinə yetirilməsi ilə dəyərləndirilir: "Prezident İlham Əliyevin ata vəsiyyətini yerinə yetirdiyini bəyan etməsi, bu prosesin sadəcə siyasi deyil, həm də dərin mənəvi və tarixi mahiyyət daşıdığını göstərdi. Bu, həm lider məsuliyyətinin, həm də xalqla mənəvi bağın təcəssümüdür. Bu gün Azərbaycanın regionda güc mərkəzinə çevrilməsi, strateji təşəbbüsləri irəli sürməsi və sabiq münaqişə zonasını diplomatik dialoqlar üçün platformaya çevirməsi təsadüfi deyil. Bu reallıq ölkənin siyasi iradəsinin, planlı yanaşmasının və güclü milli həmrəyliyin nəticəsidir. Azad edilmiş ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın yeni mərhələyə qədəm qoyduğunu sübut edir – artıq bu torpaqlarda sülh, inkişaf və gələcəyə baxış hakimdir.

Bütün bu uğurların kökündə həm siyasi liderliyin ardıcıllığı, həm də xalqın öz dövlətinə inamı dayanır. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər sübut etdi ki, milli iradəyə söykənən strategiya nəinki qələbəyə, həm də uzunmüddətli sabitliyə gətirib çıxarır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 İyul 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri