Icma.az
close
up
RU
Bir nəfəs, bir xalq, bir dönüş: Kölgədən işığa

Bir nəfəs, bir xalq, bir dönüş: Kölgədən işığa

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan xalqı əsrlər boyu zəhmətkeşliyi, qurub-yaratmaq eşqi və milli-mədəni dəyərlərə sədaqəti ilə tanınıb. Bu xalqın tarixində nə qədər ağır sınaqlar, çətinliklər olsa da, xalqın ruhu heç vaxt sınmayıb, əksinə, yeni zirvələrə doğru can atıb. Xüsusilə XX əsrdə Azərbaycanın yaşadığı sosial-iqtisadi, mədəni və siyasi hadisələr bu xalqın əzmini, zəhmətini və zəngin potensialını bir daha sübut etdi. Lakin tariximizin elə bir dönəmi var ki, bu mərhələdə xalqın içindəki enerjini ortaya çıxaran, onu sistemli inkişaf yoluna yönəldən böyük bir şəxsiyyət səhnəyə gəldi – bu, məhz Ulu Öndər Heydər Əliyev idi.

1960-cı illərin sonlarına doğru Sovetlər Birliyinin tərkibində olan Azərbaycan iqtisadi və sosial baxımdan tənəzzül dövrü yaşayırdı. Sənaye müəssisələrinin fəaliyyəti zəifləyir, kənd təsərrüfatı geriləyir, əhalinin sosial rifahı pisləşirdi. Bu dövrdə mövcud idarəetmə sisteminin səmərəsizliyi, müasir texnologiyaların tətbiq olunmaması və elmi-texniki tərəqqidən geridə qalmaq ölkənin potensial imkanlarının itirilməsinə gətirib çıxarırdı. Dünya isə texnoloji sıçrayış və modernizasiya mərhələsinə qədəm qoyurdu. Belə bir şəraitdə Azərbaycanın gələcəyi ilə bağlı ümidlər tədricən sönməyə başlayırdı.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Heydər Əliyev XX əsrin ortalarından etibarən Azərbaycanın inkişafında dönüş nöqtəsi yaradıb:

“Azərbaycan xalqı daim qurub-yaratmaq eşqi ilə tanınıb. Lakin 1960-cı illərin ortalarından etibarən respublikada iqtisadi dinamikanın zəifləməsi, sənaye və kənd təsərrüfatında geriləmələr ciddi narahatlıq doğururdu. Məhz belə bir dövrdə Heydər Əliyev siyasi səhnəyə qətiyyətlə daxil olaraq bu durğunluğun qarşısını almağa nail oldu”.

Deputatın sözlərinə görə, o dövrdə Azərbaycanın sosial-iqtisadi göstəriciləri ittifaq miqyasında geridə qalırdı və bu vəziyyət ölkə əhalisinin gündəlik həyatına da mənfi təsir göstərirdi.

“Heydər Əliyevin rəhbərliyə gəlişi ilə təkcə iqtisadiyyat deyil, bütün sahələrdə sistemli islahatlar başladı. O, xalqın yaradıcı potensialına söykənərək Azərbaycana yeni nəfəs verdi. Ən önəmlisi isə, bu islahatlar bir şəxsiyyətin deyil, bir xalqın inkişafına xidmət edirdi".

Deputat xüsusi vurğulayıb ki, Heydər Əliyev təhlükəsizlik orqanlarında çalışdığı illərdə belə, milli maraqlara sadiq qalaraq ciddi risklərə sinə gərdi:

“O, Dövlət Təhlükəsizlik Komitəsini milliləşdirmək, Azərbaycan övladlarını bu strukturlara cəlb etməklə repressiyaların qarşısını almaq kimi olduqca cəsarətli addımlar atdı. Bu, millətin əzmini dirçəltmək yolunda əsl qəhrəmanlıq nümunəsi idi".

Naqif Həmzəyev Heydər Əliyevin iqtisadi sahədəki fəaliyyətinə də toxunaraq bildirib ki, məhz onun dövründə Azərbaycanın sənaye və kənd təsərrüfatı yeni mərhələyə qədəm qoydu:

“Kimya sənayesinin qurulması, kənd təsərrüfatında mexanikləşmə və meliorasiya işlərinin genişləndirilməsi, yeni müəssisələrin və ali təhsil ocaqlarının yaradılması Heydər Əliyevin uzaqgörənliyinin bariz nümunəsidir".

Naqif Həmzəyev, Milli Məclisin deputatı

Deputat əlavə edib ki, Ulu Öndər sovet sisteminin çərçivəsində fəaliyyət göstərsə də, milli kimlik və dəyərləri qorumağı hər zaman qarşısına məqsəd qoyub:

“Ana dilinin idarəetmədə yer alması, ədəbi və mədəni mühitin canlandırılması, milli teatrların, muzeylərin, abidələrin qorunması və xalq sənətinə dövlət səviyyəsində diqqət göstərilməsi onun mədəni irsimizə verdiyi dəyərin göstəricisidir".

Sonda Naqif Həmzəyev vurğulayıb ki, Heydər Əliyev millətin taleyini öz taleyinə çevirərək, Azərbaycanın gələcəyinin möhkəm təməlini atıb:

“Bugünkü müstəqil, güclü və nüfuzlu Azərbaycanın təməlində məhz o uzaqgörən, iradəli və xalqına bağlı liderin – Heydər Əliyevin apardığı siyasət dayanır".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 İyul 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri