Icma.az
close
up
RU
Vətəndaşlar KaTV1 dən niyə narazıdır: “Bu, abunəçini aldatmaqdır, ələ salmaqdır”

Vətəndaşlar KaTV1 dən niyə narazıdır: “Bu, abunəçini aldatmaqdır, ələ salmaqdır”

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda ərazisində, xüsusən də Bakı, Sumqayıt kimi böyük şəhərlərdə fəaliyyət göstərən ən böyük rəqəmsal xidmət təminatçılarından biri olan “KATV1” - “AG Telekom” MMC son vaxtlar abunəçilərinə problemlər yaradır.

Bu barədə Bizimyol.info xəbər portalına şirkətin həm internet, həm də televiziya yayım xidmətindən narazı qalan abunəçilər məlumat verib.

Paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yaşayan Aytən Məmmədova bildirir ki, xeyli vaxtdır həm internet, həm də televiziya xidməti ilə bağlı ciddi problemlər var: “Oktyabrın 11-də səhər saatlarından axşama qədər nə internet oldu, nə də televiziya yayımı. Elə dövrdə yaşayırıq ki, uşaqların dərsləri, insanların işləri internetdən asılıdır. Şənbə günü idi, evdə istirahat edən insan ya televiza baxar, ya internetlə başını qatar. Bunların heç biri yox idi”.

Vətəndaşı ən çox narazı salan məqam isə şirkətlə heç cür əlaqə yarada bilməməkləri olub. Onun sözlərinə görə, “KaTV1” yalan məlumat yayır, abunəçilərini aldadır: “Şirkətin “Qaynar Xətt” nömrəsi “127”dir. Bu nömrəyə heç cür düşmək mümkün deyil, daim məşğul göstərir. 050 999 91 27 nömrəsini də Whatsapp nömrəsi kimi qeyd ediblər. Müraciət etmək istəyəndə məlum olur ki, bu nömrə ümumiyyətlə, “Whatsapp”da aktiv deyil. Bu, abunəçini aldatmaqdır, ələ salmaqdır. Abunəçi problemdən əziyyət çəkir, dərdini deməyə əlaqə vasitəsi də tapmır”.

Şikayətçinin sözlərinə görə, o, “Facebook” platformasının mesaj bölümündə narazılığını çatdırıb. Ona bildirilib ki, mikrorayon ərazisində qəza baş verib, bu səbəbdən həm internet, həm də televiziya yayımı kəsilib: “Nəhayət, sonradan “127” ilə də əlaqə saxlaya bildim. Oradan da operator qəza olduğunu dedi. Bildirdim ki, anlayışla qarşılayıram, hadisədir. Amma abunəçinin aldadılmasını başa düşə bilmirəm. Niyə şəbəkədə olmayan nömrəni sayta yerləşdirib, insanlar aldadılır? Normal şəkildə nömrə qoyulmalıdır, insanlar da lazım olanda zəng edib, mesaj yazıb, problemi desin, cavabını alsın. Dedilər ki, iradınızı çatdıracağıq”.

Oktyabrın 13-də KaTV1 abunəçiləri yenidən problemlərlə üzləşib. Onlar yenə də internetsiz qalıb. Əvvəlki günlərdə olduğu kimi, yenə də narazı vətəndaşlar şirkətlə əlaqə yaradıb, problemin səbəbini öyrənməkdə çətinlik çəkiblər. Çünki “127” daim məşğul olub, “Whatsapp” nömrəsi isə ümumiyyətlə, şəbəkədə olmayıb.

KaTV1-dən bildirilib ki, ərazidə ümumi nasazlıq var. Ərazidə işlər aparlır və probıemin qısa müddətdə aradan qaldırılması üçün addımlar atılır: “Müvəqqəti narahatçılıq üçün çox üzr istəyirik”.

Abunəçi bildirir ki, aylıq internet xidmətinə görə 18 manat, evdə iki televizorda yayıma görə isə KaTV1-ə 14 manat (ümumilikdə 32 manat) ödəyir.

Son günlər baş verənlərdən narazı qalan digər vətəndaş Nicat Əliyev əlavə edir ki, KaTV1 şirkəti bir sıra hallarda özbaşına qərarlarla da abunəçilərin hüquqlarını pozur: “Hansı kanal xoşuna gəlmirsə, onu paketdən çıxarır. Nəzərə almır ki, bu kanala abunəçilər vərdiş etmişdi, oradakı proqramlara daimi baxırdı. Yaxud da futbol kanalları paketdən çıxarıldı, onları əvəz eləmədilər. Bunlar abunəçinin hüquqlarının pozulmasıdır. Paketə dəyişiklik edilirsə, bundan abunəçinin xəbəri olmalıdır. Yoxsa biz bir də baxırıq ki, hansısa kanal artıq yoxdur”.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:390
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Oktyabr 2025 00:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri