Icma.az
close
up
RU
Bir nəslin həyatını alt üst edənlər kimlərdir? Rəvan Cavid

Bir nəslin həyatını alt üst edənlər kimlərdir? Rəvan Cavid

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Rəvan Cavidin yeni yazısını təqdim edir.

XX yüzildə meydana çıxan Soyuq Müharibə vəziyyəti sənət müstəvisində də xüsusi dəyişikliklərə səbəb oldu. Soyuq Müharibə həm də estetika (incəsənət) baxımından mücərrəd ekspressionizm (Amerika modernizmi) və sosialist realizmi arasındakı qarşıdurmadır. Amerikanın rəsmi sənəti elan edilən Abstrakt Ekspressionizminin Avropa ölkələrində muzeylərə qəbulu məcburi hesab edilirdi. Bu,"Marşal planı" çərçivəsində həyata keçirilib.

Marşal Planı (1948-1951) ABŞ-ın antikommunist məqsədləri olan 16 ölkəyə təqdim etdiyi iqtisadi yardım paketidir. Soyuq Müharibə (1947-1991) ABŞ-ın rəhbərlik etdiyi Qərb Bloku ölkələri ilə Sovet İttifaqının rəhbərlik etdiyi Şərq Bloku ölkələri arasında davam edən beynəlxalq siyasi və hərbi gərginlikdir. Digər plan ABŞ-da Ford Fondu tərəfindən verilən incəsənət qrantıdır. Bu təşəbbüsün əsas məqsədi fərqli sənət meyllərini ram etmək və onlara nəzarət altına almaqdır. İncəsənət qrantının başqa bir forması SCCA (Soros Müasir İncəsənət Mərkəzi) tərəfindən verilir. SCCA 1990-cı illərdə Şərqi Avropa və Mərkəzi Asiyanın on səkkiz post-sosialist ölkəsində tətbiq edilmişdi.

1990-cı illərdə SMİM-nin bəzi ölkələrdəki ofislərində yeni bir sənətkar növü doğuldu: sahibkar-rəssam. Bu cür konturları olan Müasir İncəsənət ABŞ-ın kapitalist yanaşmaları ilə formalaşır. Göründüyü kimi, imperializm kapitalist siyasətinin müəyyən üsuludur. O, zorakılığa əl atmadan müxtəlif üsullarla müxtəlif mədəniyyətləri istismar edə bilər. Müasir İncəsənət indiyə yönəlib, gələcək planı yoxdur, amma bazarın gələcək planı var, müasir muzeylər və biennalelər gələcəyə sərmayə yatırmaq məqsədi daşıyır. Bundan əlavə, Müasir İncəsənət ilə sənaye binaları, fabriklər, anbarlar, depolar, qazometrlər və qatar stansiyaları və sair kimi çoxölçülü və nəhəng əsərlərin nümayişi üçün geniş ərazilərə ehtiyac duyulurdu. ABŞ-da "The Temporary Contemporary" Los-Ancelesdə, "Klivlend Müasir İncəsənət Mərkəzi" Ohayoda, "Mass MOCA North" Adamsda, "Museed Orsay" Parisdə, "Hamburger Bahnhof" Berlində qatar stansiyasında, "Hailen Fürer" Bahnhofda, Sşaffiledə, "Tayland Faktoru"isə Taylandda keçmiş elektrik stansiyasının binasında fəaliyyət göstərirdi. Türkiyədə də İstanbul ətrafında qazometrlər, fabriklər, qatar stansiyaları, anbarlar, kəsimxanalar, elektrik stansiyaları və məktəblər Müasir İncəsənət Məkanlarına çevrilib və bienallara ev sahibliyi edib. Bakıda isə buna sadəcə hələ ki "YARAT"ı misal göstərə bilərik.

Qərbdə İntibah dövründən bəri iki məkan - saray və kilsə üçün sənət əsərləri hazırlanır və sərgilənir. Dövlətin və dinin himayəsində olan sənət indi iri korporasiyaların mülkiyyətindədir. 1945-ci ildən sonra sosial, siyasi və iqtisadi dəyişikliklər və transformasiyalar incəsənətdə də öz əksini tapdı və sənət Amerika və Qərb imperializminə xidmət etmək üçün təbliğat vasitəsi kimi inkişaf edən qlobal incəsənət adlı bazarda mövcudiyyət qazandı. İncəsənət sahəsində qloballaşmanın ilk mərhələsi SSRİ idi. Şərq Bloku dağıldıqdan sonra Qərb ölkələrində məskunlaşan və əsərlərini Qərbdə sərgiləyən rəssamlarla bərabər post-müstəmləkə dövrü başlayanda Afrika, Uzaq Şərq və Cənubi Amerikadan Qərb ölkələrinə miqrasiya edən sənətkarlar və Qərb ölkələrində yerli üslublardan ilham almış, lakin onları Qərb insanlarının başa düşəcəyi tərzdə icra edən sənətkarlar da var idi.

Beləliklə, yeni sənət və yeni sənətçi profilləri yarandı. Bundan əlavə, ölkələr sənət bazarında iştirak etməyə çalışırlar. Bu bazarda özünü tanıtmaq və sübut etmək üçün böyük səy var. Bazarda mövcud olmaq üçün həm də müxtəlif ssenarilər hazırlayır. Sezer Tansuğun bu mövzuda müşahidəsi belədir: "Son günlərdə qəzetlər Fransada bəzi insanların qızıl qıtlığı səbəbindən pullarını rəsmə yatırdığını yazmışdı. Bunun sənət bazarında şansını ABŞ-a nisbətən itirən fransızların təbliğatı olduğu və bu cür yalanlarla öz ölkələrinə diqqət çəkmək istədikləri də yaxşı bilinir". Beləcə, bu cür yalanlar ölkə iqtisadiyyatını inkişaf etdirmək və İncəsənət iqtisadiyyatına qatqı təmin etmək strategiyası olaraq da istifadə edilmişdir. Oxşar bir nümunə Yaponiyada baş verdi. İkinci Dünya müharibəsindən sonra Yaponiya hökuməti iqtisadiyyatını canlandırmaq üçün iqtisadi strategiyasının bir hissəsi kimi memarlıq və dizayn siyasətini inkişaf etdirdi.

Bu gün dünya kapitalist sistemi (sosialist bloku və üçüncü dünya ölkələrini də kapitalizmə daxil etsək) indi hər yerdə eyni axına, eyni ərazisizləşdirmə formasına gətirib çıxarıb. Dünya bazarı yaranıb. Beləliklə, kapitalizm cəmiyyətlərin sərhədini təşkil edir. Kapital ərazisizləşmiş ictimailəşmədir. Sosializm və kommunizmin dağılmasından sonra kapitalizm dünya sisteminə çevrildi. İmperializmin aradan qaldırılması kapitalizmin məhv edilməsini tələb edir. Bununla belə, kapitalizmin utopik bir gələcək ssenarisi var. Məqsəd bütün dünya ölkələrini kapitalizm sistemi daxilində birləşdirməkdir. Beynəlxalq korporasiya üçün utopiya dünya hökuməti olardı. Sərhədsiz dünya. İnsanları, malları, ideyaları, xidmətləri və pulları istənilən yerdən başqa yerə köçürmək üçün mütləq azadlıq. Heç bir ordu, donanma və ya hava qüvvələri olmazdı, sadəcə yerli polis. Ölkə hökumətinin dünya hökuməti ilə münasibəti ABŞ ştatlarının Vaşinqtonla münasibəti kimi olacaqdı. Başqa sözlə, onların ölkə-dövlət statusu yox olacaq... Əgər ABŞ öz səviyyəsində dövlətlər dünyası qura bilmirsə, heç olmasa asılı peyklərdən (başqasının nəzarəti altında olan dövlətlərdən) ibarət dünya qurmaq üçün əlindən gələni etməkdə qərarlıdır. Yəni iyirminci əsrin kommunizm xəyalları indi yerini saf liberalizm yuxularına təslim edib. Halbuki 1929 və 2000-2001-ci illərdə bunun nə qədər təhlükəli olduğunu başda Amerika olmaqla bütün dünya gördü.

Sənaye nəhənglərinin üç əsas ehtiyacından biri onların öz qiymətlərini davamlı şəkildə idarə edə bilməkləridir. Qlobal şirkətlər Afrikada, Asiyada və Şərqi Avropada böyük muzeylər və bienallar təşkil etməyə davam edir.

İncəsənətdəki bu inkişaflara nəzər saldıqda görürük ki, gələcəkdə sənət yeni qlobal siyasətlərin, layihələrin və texnologiyaların məhsulu olacaq. Media və reklamdan əlavə, sənətşünasların sənəti istiqamətləndirdiklərinin şahidi oluruq. İntibahda Vasari ilə başlayan sənət tarixi Börkhardt, Uinkelman, Hegel, Marks, Völflin, Rieql, Panofskin ilə davam etdi. 1970-ci illərdən başlayaraq isə sənət tarixinin böhrana girdiyi düşünülür. Bunda sənətşünaslığın rolunu danmaq olmaz. Klement Qrenberq 20-ci əsrin ən nüfuzlu sənət tənqidçisi idi, lakin reklam məqalələri ilə Amerika Abstrakt Ekspressionizminin yayılmasına töhfə verdi.

21-ci əsrdə getdikcə sürətlənən kommunikasiya şəbəkələri qloballaşmanı tətbiq edir və sənətçilər yeni kommunikasiya vasitələri ilə daha geniş auditoriya ilə ünsiyyət qururlar. Bəzi rəssamlar xaricdə sərgilər keçirir, biennalelərdə iştirak edir, başqa ölkələrin incəsənəti, rəssamları ilə ünsiyyət qurur və sair. Onların sənət həyatı fərdi xoşbəxtlikləri ilə davam edir. Sənətin, kapitalizmin və dünyada baş verənlərin tətbiqinə baxmayaraq, yaradıcılıq, təxəyyül, ixtira, həvəs və ekstremallıq lazımdır. İncəsənətdə həmişə utopik olan Antoni Tapies bu sözlərlə sarsıdıcı bir yaradıcılığın ola biləcəyini vurğuladı: "Həmişə bir nəslin dünyasını alt-üst edən insanlar olacaq... bilməyərəkdən bir çağın əsl üslubunu quranlar... Sənət həmişə sürpriz elementi olacaq - gözlənilməz orijinallığın dahiyanə zərbəsi... həm də elə sənətçinin öz taleyinin əli ilə vurulan..."

Kapitalist sistemin hökm sürdüyü bu dövrdə, texnologiyanın inkişafı ilə yeni bir ünsiyyət sistemi yarandı. Kurator sərgiləri, müasir və virtual muzeylər, media ilə inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrin sənəti müxtəlif qlobal layihələrə daxil edildi. Yerli, mədəni dəyərlər bu qarşılıqlı təsirdə və ya yerlilikdə itdi. Bəzi sənətçilər mədəniyyətin kapitallaşmasına birbaşa reaksiya vermirlər, əksinə, öz əsərlərini konseptlər əsasında dəyərləndirib, istehsal edib sərgiləməyi məqsədəuyğun hesab edirlər. Beləliklə, sənət öz muxtariyyətini itirib və hər an partlamağa hazırdır. Əslində, bu, Amerika və Qərb layihələrinin yeni və öz bəhrəsini verməyə başladığı dövr olduğundan, bu vəziyyətin bir müddət də davam edəcəyi ehtimalı var. Yeni texnologiya və media cəmiyyəti daim qlobal şəbəkələrlə məşğul edir, ona düşünmək və yaratmaq imkanı vermir. Üstəlik, əsrimizdə sənətin əmtəələşməsi siyasətdən kənar bir sənətin nəticəsidir. Bununla belə, sənətin avtonom təbiəti və sənətkarın yaradıcı təbiəti heç vaxt bitməyəcək, böyük transformasiya mütləq gələcək və sənət əmtəə olmaq məcburiyyətindən xilas olub, çağdaş avanqard dövrə çevriləcək. Sənətdə gözləntilər, ümidlər bu istiqamətdədir.

"Kapitan və Xəzər dənizi" filminin istehsalı yekunlaşıb “Mənə Şəhrizadın nağılın danış” adlı kitab çap olunub Bu gün Ümumdünya Gülüş Günüdür
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Aprel 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see2226

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see306

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see279

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see260

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see252

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

28 İyun 2026 23:48see250

Bağ evində əyləncələr qonşuların əsəblərini KONKRET

28 İyun 2026 22:45see250

Şəhid atasının xatirələri: Emin uşaqlıqdan fərqli xarakterə malik idi

28 İyun 2026 17:41see240

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see238

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see238

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see234

Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul

28 İyun 2026 23:01see232

Meksika Ekvador: DÇ 2026 da daha bir 1/16 final cütü

28 İyun 2026 04:15see231

“Əl Əhli” erməni futbolçunu 25 milyona aldı

29 İyun 2026 05:32see211

Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya Ukraynada HÖKM OXUNDU VİDEO

29 İyun 2026 02:29see198

Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub FOTOLENT

28 İyun 2026 19:20see193

Boçorişvili: Orta Dəhliz yeni bir geoiqtisadi məkandır

28 İyun 2026 22:43see188

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

29 İyun 2026 14:49see184

Argentina möhtəşəm qolla hesabı açdı Yenilənir

28 İyun 2026 06:23see173

İsraildən erməniləri sevindirən qərar Azərbaycan nə edəcək?

28 İyun 2026 22:16see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri