Icma.az
close
up
RU
Yay soyuqluqları Rəvan Cavid yazır

Yay soyuqluqları Rəvan Cavid yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rəvan CAVİD

Yaz sevginin, payız ayrılıqların fəslidir. Yəni çox vaxt belə tərənnüm olunub. Qış ağrının, ağırlığın, ehtiyacların və dərin düşüncələrin mövsümüdür. Bunu da uzandıqca uzanan qış gecələrində yuxusuz, düşüncələri lopa-lopa yağan qar kimi önünə tökülən adamlar kəşf edib, deyəsən. Amma yayın xüsusi bir missiyası yoxdur sanki. İnsan hissləri qızmar günəş altında donub qalır. Daha çox fiziki və maddi dəyərlərin özünü qovrulan quma sərdiyi bir fəsildir. Dənizlər həmişəki kimi onsuz da qaranlıq, sahillər isə hər zaman olduğu kimi o qaranlığı seyrə çıxanların məkanı olur. Səhərləri şəhər çılğınlıqları ilə keçən bir fəslin üç-dörd saatlıq gecələrində qəfil bir kimsəsizlik, məchul hüzn yaxalayır adamı. Balkonda oturub səhəri gözləyənlərin damağındakı siqaretin tüstüsü isti havadaca asılı qalır, sonra min bir xəyal, xatirə ilə ciyərlərinə dolur. Həmin üç-dörd saat üç-dörd il uzağa aparıb tullayır adamı. Yolunu çoxdan ayırdığın adamların siluetinə calayır divara yansımış kölgəni. Dondurma yeyən uşaqların sevinci qədər çəkir divardakı kölgənin həmin siluetlərlə yanaşı addımlaması. Hansısa pis bir xatirə təzədən qopardır onları bir-birindən.

Nədir o siluetlərin arxasınca gələn xatirə seli? Niyə bizi ən gücsüz, ən hazırlıqsız vaxtımızda gəlib tapır? Qəribədir ki, insanın bütün duyğulara qarşı immuniteti olsa da, bircə xatırlamağa qarşı tərki-silahdır. Unutmaq deyəcəksiniz? O da xatırlamağın bir bəhanəsidir. Bir dəfə Aqualuzanın “Kaş unudaydım” romanı haqqında yazmışdım. Yazının adı belə idi: Tarix - unutmaq haqqında əhvalat. İndi bunun əksini düşünürəm. Unutmaq - tarix haqqında məşhur əhvalatdır. Zamanın süzgəcindən keçirə bilmədiklərimizi atdığımız keçmiş qovluğudur. Axır-əvvəl yenə gəlib əlimizə-ayağımıza ilişir. İnsanın mahiyyətində unutmaq haqqında heç nə yoxdur. Yəqin Adəmin bir cəzası da unuda bilməməkdir. Həmişə xatırlamalıydı. O da, ondan olanlar da. Qorxunun, sevginin, əzizliyin özülüdür, mayasıdır xatırlamaq.

Xatırlamaq da yalnızların vərdişidir. Dünya elə bir şəklə büründü ki, tənhalıq ən böyük faydaya, gücə çevrildi. Təbii ki, fərdi gücə. Beləcə bütün kütlələr, münasibətlər parçalanıb səpələndi mənzil-mənzil, otaq-otaq. Aristotelin çox məşhur bir fikri var: Tənhalığı sevənlər ya vəhşi heyvan olmalıdır, ya da Tanrı. Nə vəhşi heyvanıq, nə də göylərə çəkilmiş isimsiz bir Tanrı. Tənhalığı sevmək indi o qədər adi bir hala çevrildi ki, bununla biz də mahiyyətimizə qayıtdıq. Heyvani, ali olana çata bilməyən mahiyyətimizə. Elə bayaqkı balkondaca göy üzünə baxıb ulduzların işığı ilə xəritə çizəndə nə qədər balaca, xatırlamaq üçün də, unutmaq üçün də nə qədər gücsüz olduğumuzu aydın başa düşürəm. Ulduzların altındakı küçə lampaları nə qədər xırda və lazımsız görünürsə, yəqin ki, bizim də mahiyyətimizdə o lazımsızlığın izləri aydın görünməli idi. Təbiətdə vəhşi heyvan ola bilməyən, cənnətdə də Tanrıya lazım olmayan bir əcdadın soyundanıq. Yarımçıq mələklərik. Yay gecəsinin hüznündə bu qədər uzaqlara qalxmağın da ağır bir enişi olacaq, əlbət. Amma əvvəlcə tənhalığa da bəhanə tapmaq, onu da toxtatmaq lazımdır. Kimin üstünə atasan bu günahı?! Kim istəyər ki, tələsib gecəsinə çatdığımız bir yay gününün axırında səhərə kimi yuxusuz qalmağı?! Rəqəmsal həyatımızın bizə verdiyi rahatlıq yaddaşımıza və keçmişimizə ziyan vurur. Xatirələrimizi və ümidlərimizi əl boyda alətlərə sığdıraraq, istədiyimiz vaxt və hara istəsək gedə bildik. Bununla belə, sorğu-sual etməyə fürsət tapmadığımız keçmişin və zamanın ağırlığını çiynimizdə yaşamağa davam edirik. Keçmiş heç vaxt yox olmur, ömrümüzün sonuna qədər bizimlə yaşamağa davam edir. Tərcümeyi-halımız kimi sosial həyatlarımız nə qədər yenidən yazılsa da, “unutmasan, yaşaya bilməzsən” desə də, nə qədər keçmişimiz, xatirələrimiz məhv edilməyə çalışılsa da, onlar hüznlərimizin güzgüsü olmağa davam edəcək. Qospodinovun yazdığı kimi: “Seçim çox sadədir - əgər gələcək haqqında heç nə bilmirsənsə, səsini keçmişə verəcəksən...” Hər nə qədər siyasi bir mesaj kimi səslənsə də, sosial həyatımızın ən yaxşı təsəllisi ola bilər bu cümlə.

Həmişə xatırlayacağıq. Qoxular, rənglər, səslər, qışqırıqlar, qırıq vazalar, köhnə ayaqqabılar, qanayan barmaqlar, çirkli dəsmallar, ütülənmiş yaxalar, qarışıqlar, məxmər yastıqlar, dişli meyvə bıçaqları, şişmiş gözlər, ərimiş qar, uzun bir qaranlıq, solğun dodaqlar, çatlamış, soyuq, qoca əllər, əhəngli küplər, qapının cırıltısı, ürək döyüntüləri, otaqda bir parıltı, doğum, xəstəlik və ölüm. Çünki bunları əzbərləyir və elə bu cür bir yay axşamında onlara zehnimizdən yenidən azadlıq veririk. Xatırlamaq ağrılıdır. Yaddaşımızda əsnəyə-əsnəyə oyanan, qəfildən xatırladığımız bir xatirə ilənələrin canlanacağını heç vaxt bilməyəcəyik. Bir gün bu qəribə yay gecəsinin başqa bir şəhərdə, başqa adamların arasında gətirəcəyi hüznün bilinməzliyi kimi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyun 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see367

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see319

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see294

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see275

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see266

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see254

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see232

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see225

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see222

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see219

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see216

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see214

Şəkidə beynəlxalq şərab turizmi konfransı keçirildi 800 dən çox qonaq festivalda iştirak etdi

31 Avqust 2026 14:07see213

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see206

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see202

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see200

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see197

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see195

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see193

Səhər oyananda bunu edənlər gün ərzində daha enerjili olur

30 Avqust 2026 12:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri