Icma.az
close
up
RU
Hisslər labirinti Rəvan Cavid yazır

Hisslər labirinti Rəvan Cavid yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rəvan CAVİD

Adını bilmədiyimiz hisslər var. Qəribə bir narahatlıqla bütün vücudumuzu işğal edir. Sanki bir yük altında qalırıq, amma bu yükün nə olduğunu, hansı sözlə ifadə edəcəyimizi heç cür tapa bilmirik. Çox zaman bu hisslər özünü bir anlıq yorğunluq kimi göstərir, sonra isə sanki dərindən gələn bir boşluqla doldurur içimizi. Amma bu, sadəcə bir boşluq deyil. İçində bir çox sualların, qayıtmayan cavabların və toxunulmaz düşüncələrin birləşdiyi bir boşluqdur.

Bəzən bu hisslər, hətta nəfəs almağı belə çətinləşdirir. Sanki bədənimizin hər bir hüceyrəsi o narahatlıqla əlaqə qurur və buna qarşı müqavimət göstərmək əvəzinə, daha da dərinləşdirir. Və nə qədər dərinləşsə də, adını tapa bilmirik. Bir çoxumuzun daxili monoloqunda cavabını da tapa bilmədiyi bir sual var: Nədir bu hiss?

İnsan bəzən öz içində özünü itirir, özünü tapmağa çalışarkən isə ətrafındakı hər şeydən, hər kəsdən daha çox uzaqlaşır. İçimizdəki susqunluq və bu hissin həsrəti bir-birinə qarışır. Sözlərdən qaçmaq, hər şeydən uzaqlaşmaq istəsək də, bu, bizi həmin dərin quyuya daha da yaxınlaşdırır. Qəribə bir təzad içindəyik, özümüzü itirməklə daha çox özümüzü tapırıq.

Bu hisslər qəlbin ən dərin guşələrində yerləşir. Saf və sadə. Sonra vaxt ötdükcə bizə həm yol yoldaşı, həm də düşmən olurlar. Onlar içimizdə barışmaq istədiyimiz hisslərdir, amma bu atəşkəs də işə yaramır. Hər dəfə qorxduğumuz, adını bilmədiyimiz həmin hisslərə tərəf addımladıqca qarşımızda yeni qapılar açılır, amma biz onlardan da qorxub çəkinirik. Çünki bilirik, bəzən yeni yollar bizi labirintə aparır.

Bütün bunları düşünərkən sükut içində bir monoloq başlayır. Adını bilmədiyimiz, amma içimizdə varlığını hiss etdiyimiz həmin hisslərin uzun-uzadı tiradı... Həmin o narahatlıqla əhatə olunan varlıq, nə qədər anlaşıqsız olsa da, bizə nəyisə öyrətməyə, diktə etməyə çalışır. Eqoist, özünü bəyənmiş bir klounun səhnəsi. O bizə özümüzü tapmağı, qalın təbəqələrdən arınmağı və nəhayət, ruhumuzla hər şeyi olduğu kimi qəbul etməyi öyrədir.

Və bu da bir az insanın özünü tapma yoludur. Hisslərin adı olmasa da, onların varlığı bizi mütəmadi olaraq özümüzlə üzləşdirir, içimizdəki sükunəti pozur. Bütün bu qarışıqlığın sonunda, bəlkə də, bizi möhkəm saxlayan, həqiqətən də yaşamağa, hiss etməyə və hər anı dolu keçirməyə inandıran təkcə bu hisslərdir.

İstanbulda belə hisslərin şəhəridir. Daha qarışıq və daha əhatəli. Sanki hər küçə, hər məhəllə, hər binada həm tarixin, həm də gələcəyin dalğalarına qarışmış bir enerji var. Şəhər özünün çoxəsrlik həyatını o qədər böyük bir sakitliklə, eyni zamanda çox böyük bir gurultuyla yaşayır ki, insan burada öz mahiyyətini və xislətini tamamilə itirə bilir. Bu şəhər həmişə tələsir, ömrü sürətlə yaşayıb bitirir. Sonra isə hamını, hər yeri təkrarlamağa başlayır. İstanbul qədim bir şeirin alınmayan tərcüməsinə bənzəyir bu hisslərin içində.

İstanbulda var olan zamanın axışı da qəribədir, bir an şəhər gərgin və sürətlidir, amma bir başqa an hər şey dayanmış, ətalətdə görünür. Həm tarix, həm də müasirlik bir-birinə qarışır. Bir tərəfdə şərqlə qərbin kəsişməsindəki köhnə binaları, digər tərəfdə isə yeni tikililər, şüşəli binalar, göydələnlər yüksəlir. Bütün bu kontrastlar, insanın içindəki qarışıqlığı, adını bilmədiyi o hissləri daha da dərinə çəkir. Sanki burada hər şey müvəqqəti və keçicidir, amma o müvəqqəti, keçici olan şeylər bəzən bir insanın ömrünə bərabər izlər buraxır.

Tramvaya minərkən, ya da bir çay bağçasında oturarkən, ətrafınızdakı insanların üzlərində, hər kəsin içində bir növ eyni sualın, eyni narahatlığın izlərini görməyə başlayırsınız. Bəlkə də İstanbulun hər küncündə insanın içindəki o tanımadığı hissləri tapmaq mümkündür.

İstanbulda yaşayan biri bu hissi dərindən hiss edir - şəhərin təbii sükunəti və xaotik təbiəti arasında gedən mübarizə, insanın öz içindəki narahatlığı da aydınlaşdırır. İnsan burada çox zaman özünü tanımadığı bir yerdə hiss edir, amma eyni zamanda şəhər ona bir növ özünü tanımaq üçün təkan verir. Bəlkə də, adını bilmədiyimiz o hissin təyini burada - İstanbulda ən doğru mahiyyətini tapacaqdır. Çünki bu şəhərdaima dəyişir və bütün təzadları, içindəki qarışıqlığı qəbul edir. Həm də bizə göstərir ki, bəzən narahatlıq, qorxu və ya qeyri-müəyyənlik özünü tapmaq və yaşamaq yolunda ən böyük dərsdir.

Bakı isə başqa cürdür, İstanbulun qarışıqlığından fərqli olaraq, burada zaman daha sükutla axır, amma eyni zamanda qəlbin dərinliklərində o da bir iz buraxır. Bu şəhər də özünə xas bir ritmə sahibdir - tələsik addımlarla sürətlə irəliləyən bir şəhərdir, amma hər küncündə bir təmkin və sabitlik hissi var. Bakı bir tərəfdən geniş və açıq, digər tərəfdən isə dar, sıx küçələri ilə insanı həm genişlənməyə, həm də tıxanmağa dəvət edir.

Bakıda, xüsusən də gecə vaxtı, o qədər çox düşüncə bir araya gəlir ki, hər hansı bir sözü və ya fikri tapmaq çətinləşir. Şəhərin işıqları altında, Fəvvarələr Meydanında və ya İçərişəhərin labirintvari küçələrində gəzərkən, insan öz içindəki suallara dalır, amma çox vaxt bu sualları cavablandırmaq əvəzinədaha çox sual ortaya çıxar. Bakı həm də tarixin, mədəniyyətin və müasirliyin toxunuşlarından yaranan qəribə bir qarışıqlıqdır. Hər bir bina, hər bir daş, hətta bu şəhərin küləyi belə, keçmişin köhnə izlərini daşıyır. Lakin şəhərin daima dəyişən, böyüyən üzü, öz daxilindəki gərginliyi də artırır.

Bakı "köhnə şəhər" dediyimiz İçərişəhərdən həm fərqlidir, həm də onunla iç-içədir. O dar, qaranlıq küçələrində gəzərkən zamanın necə dayanıb qaldığını, bir yerdə hər şeyin necə xamuşa daldığını hiss edirsən. Amma bu dayanmış zamanın içində bir böyük həyat var, insanlar, hekayələr, əsrlər boyu yaranmış anlar və daha çoxunu daşıyan daşlar var.

Hər iki şəhərin küçələri kimi hiss etdirdikləri də çıxılmaz bir labirintin içinə tərk edir adamı. Ən pisi də odur ki, bu labirintin içərisində sakit başla gəzə bilmirsən. Beynini və ruhunu qurcalayan minlərlə sual səni bir az da təşvişə salır. Tərəddüdlərin çoxalır, cavabsız sualların eşiyində qıvrılıb qalırsan. Sonra isə... sonra hər şey yenidən başlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Mart 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri