Icma.az
close
up
RU
Yol kimindir? Rəvan Cavid yazır

Yol kimindir? Rəvan Cavid yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rəvan CAVİD

İnsanın sarvan olduğu əməllər karvanının yola çıxdığı ucsuz-bucaqsız səhrada əsl hikmət yolçu olmaq deyil, yolda olmaq anlayışı, onun dərkidir. Bu anlayışla, insanın tamam başqa bir dünyaya oyanması ilə məna axtarışının ağrısı sona çatır. Əməllərini özünə, axirətinə deyil, yola olan sadiqliyinə həsr edəndə içdiyin suyun, basdığın torpağın qədrini bilirsən. Nəfəs aldığınız havanın və yandırdığınız odun nəfsinizdən daha vacib olduğunu anlayırsınız. Hücrəndən çıxmadan onu görə bilməyəcəyini və yaşamağın necə bir ehtiras olduğunu anlamaq üçün sevginin gücünü hiss etməli olduğunu anlayırsan. Bu, mahiyyətinizi dərk etməyə gətirib çıxarır, sevdikcə enerjimiz genişlənir, sevdikcə içimizdəki mahiyyət böyüyür. Özümüzə toxunmağımız lazım olduğunu bilirik. Müşahidəçi olaraq özümüzə şahidlik etdikcə, beynimizin içindəki ilə qəlbimizin içindəkini ayırd edə bilirik. Ağlımızda hökmranlıq qurduqca ruhumuzda da asma bağlar qurulur. O bağların salxım-salxım üzümlərinin rəngli dənələrinə toxunmursansa, onları dərmirsənsə, nəfsinə qurduğun pusunu sərbəst buraxmırsansa, içindəki mahiyyətin, yolunun xisləti səni başqasına çevirə bilir. Siz o zəif başqasını sevəcək və qəbul edəcəksiniz, amma inadla ondan yox, öz adət etdiyiniz mahiyyətinizdən kömək istəyəcəksiniz. Yolunuz daşlı və tikanlı olsa belə. Ətini sümükdən ayırsalar da, qəlbini qırsalar da, varlığını əzsələr də, müqavimət göstərəcəksən. Biləcəksən ki, o almaz nə qədər çox qırılsa, bir o qədər işıqlı və əsrarəngiz olacaq. Ağrıları bala çevirmək və ağrıları sevmək böyüməyin, fərd olmağın birinci çarəsidir. Gecəni sevmədiyini söyləyə bilərsən, amma gecəni yaşayırsan. Günü bəyənmədiyini söyləyə bilərsən, amma o günü keçirirsən. Sevmirəm deyərək yaşamaqdansa, hər şeydə bir güman və ümid axtarıb təzədən özünü inşa etmək daha həzzvericidir. Bu, özünü dünyaya gətirmək deməkdir. Heç kimə paxıllıq etmədikdə, heç kimlə rəqabət aparmadıqda, heç kəsi özündən yuxarı və aşağı qoymadıqda, heç kimin dəyərini azaltmadıqda, gün gələcək və asma bağların içindəki üzümün bolluğuna təəccüblənəcəksən. Bərabər olmaq, daxilən hər şeylə həmdəm olmaq özünlə olan müharibədə əbədi sülhün tarazlığıdır. Və bu müharibədə sən heç bir əməldən daha dəyərli deyilsən. Onlara - əməllərinə və xislətinə təbəə olmağa məhkumsan.

İnsanın ən böyük düşmənləri isə onun şöhrətpərəstliyi və mənliyidir. Bu ikisinin cilovunu möhkəm tutanın karvanı yolu azmaz, deyirlər. Həm də deyirlər ki, yol bilən bilir ki, zatında sevgi və işıq yoxdursa, sözlərində də rəng yoxdur. Vücudunuz xəstədirsə, ruhunuz komadadırsa, düşüncələriniz əzbərdirsə və hissləriniz sadəcə travmadırsa, bilməli olduğunuz odur ki, bu qədər əskikliyin içində təmiz qalan xislətin özü möcüzədir. Sadəcə içinizə qulaq asın. Onu ciddi qəbul edin, çatışmazlıqlarınızı deyəndə, səhvlərinizi göstərəndə, hiyləgərliyinizi, axmaqlığınızı göstərəndə ondan qaçmayın. Durub soruşun ki, mən nə edə bilərəm, nəyi əvəz edə bilərəm, necə düzəldəcəm? Bura qədər bütün bu şeylərdən imtina etmisinizsə, bundan sonra onları tapmaq və sorğu-sualsız qəbul etmək məcburiyyətindəsiniz. Əlbəttə, o yol sizə bütün cavabları göstərir. Bu cavablarla köhnə üsullarınızı və bildiklərinizi dəyişdirin. Təsəvvür edin, hara getsəniz, o, sizinlədir. Əgər həmişə eyni olsanız, eyni şeyləri yaşamağa davam edəcəksiniz. Yeni bir limana çatmaq üçün yelkəni yenidən açmaq, küləyi yenidən hiss etmək lazım olur. Əgər siz yetkin olmusunuzsa, lakin hələ də böyüməkdən imtina edirsinizsə, eqonuz indi sizin ən böyük günahınızdır. Halbuki eqonuzu öz xarizmanıza çevirə bilərsiniz. Əgər çoxlu qorxularınız varsa, eqonuz böyüyür. Əgər onu dəyişməyə cəsarətin varsa, mahiyyətin və işığın böyüyəcəkdir. Gizlincə öz içinə baxmaq üçün cəsarət. Hər bir insan uçurumdur. Özünüzü uçuruma atmağa cəsarətiniz olmalıdır.

İndi dünya hər şeyin çətin və qıt olduğu, hər kəsin sıxıldığı və həzz almadığı rəqəmlər erasıdır. Bu səbəbdən mühakimələrimizi nəsnələrə və ya başqalarına deyil, özümüzə yönəltməliyik. Eqoistlik etmədən öz dəyərimizi bəsləməliyik, onu böyütməliyik. Almadan verdiyimiz hər bir dəyər (sevgi, hörmət, haqq, ədalət və s.) bizi azaldır. Və bizim başqa bir ehtiyat nüsxəmiz yoxdur. Gözümüzü yumsaq, heç nə yoxdur. Dünya yoxdur. Özümüzü məğlub etdiyimiz an azadlığımız başlayır. Həqiqətin uyuduğu yer budur.

Ağıl və məntiq, ürək və duyğu. İki cəbhə və iki məğlub olmamaq üçün döyüşən ordu. Dünən aşiq olduğunuz biri bu gün haqqında heç nə hiss etmədiyiniz biri ola bilər. Dünən əhvalınız pis idi, bu gün gülməkdən gözləriniz yaşara bilər. Bunlar hamısı təfərrüatdır. Hisslərinizə görə qərarlar vermədiyiniz müddətcə hisslərinizə görə yaşayın. Məntiq sənin iradəndirsə, duyğuların bu iradənin çiçəkləridir. Xarakterinizi düzəldin, emosiyalar və düşüncələr dəyişə bilər. Fikir sahibi olmaq isə təəssübkeşlikdir. Bu anda olmağın özü fərqindəlikdir. Dünəndən azad ola bilməyənlər sabahı yaşamaqla reallıqdan qopmuş olurlar. Əgər bu günün və özünün fərqində olmasan, xatırladılana ibadət edərsən və bu, bütpərəstlikdir. Davranışını və xatırladıqlarını heç vaxt sorğulamayan insan heç vaxt özü deyil. Özünü sorğulamayan adamın görmək istəməyəcəyi ilk şey özüdür. Bu tip insanlar özlərini başqa düşüncələrə və başqa insanlara bağlayırlar. Fərqliliyi qəbul edə bilməyən, əyilə bilməyən, əksinə, özünü məcbur edənlər var. Bu tiplərdən faşistlər, narsistlər, sosial şovinistlər, irqçilər və millətçilər çıxır. Bizdə şəxsi əxlaq, ardıcıl xarakter, yəni şüur çatışmır. Bu, xarakteri dəyişkən, ideyaları şüurun qaranlığında canlı saxlanılan faşizmdir. Daxililəşdirmək, dərk etmək və hiss etmək lazımdır. Çünki yolun mahiyyəti budur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://525.az
archiveBu xəbər 07 İyul 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri