Icma.az
close
up
RU
Bir ömrün nurlu hekayəti Əsl müəllim portreti

Bir ömrün nurlu hekayəti Əsl müəllim portreti

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tale yazısı öz yerində, insanın bacarığından, dünyaya baxış bucağından və dərrakəsindən çox şeyin asılı olması şəksizdir. Həyatın düzənini qurmağı, ömrünü mənalandırmağı, necə yaşamağı bəşər övladı özü müəyyən etməlidir. Bəs necə yaşamaq lazımdır ki, hər iki dünyamızın meyarlarına uyğun gəlsin — həm bu dünyada izimiz qalsın, həm də haqq dünyasına getməyə üzümüz olsun? İnsan özünü dərk edəndən bəri bu sualın cavabını axtarır.

Dünyanın maddi və mənəvi nemətlərinə olan həvəsi bir ömürdə tarazlaşdırmaq, onları harmonik vəhdətdə saxlamaq çətin sınaqdır. Xoşbəxt o insandır ki, ömür tərəzisinin pərsəngini eyni tarazlıqda saxlamağı bacarır; ötəri ehtiraslara uyub mənəvi keyfiyyətlərini itirmir, şəxsiyyətini və insaniyyətini dünya malına, vəzifə hərisliyinə, şöhrətə dəyişmir, nəfsi ilə mübarizədən qalib çıxır.

Ömrünün 65-ci payızını yaşayan Ənvər Şahqubadbəyli məhz belə şanslı və işıqlı insanlardandır. “İşıq” sözünü təsadüfən seçmədim. Ərəb mənşəli “Ənvər” adının öz mənası nur, işıq deməkdir — “çox nurlu”, “ən işıqlı”, “parlaq” anlamlarını verir. Sözün bütün mənalarında Ənvər Şahqubadbəylinin 65 illik həyat və fəaliyyəti adı ilə tam üst-üstə düşüb, mükəmməl bir vəhdət yaradıb.

Lənkəran Dövlət Universitetinin (LDU) İnformasiya, kommunikasiya və kitabxana mərkəzinin direktoru, baş müəllim Ənvər Xandadaş oğlu Şahqubadbəyli keçmişinə boylananda: “Çox şükür ki, Uca Xaliqin bəxş etdiyi ömrün 65 ilini şərəflə, ləyaqətlə, üzüağ və alnıaçıq yaşaya bilmişəm”, — deyə bilən, zamanın ona ayırdığı qismətdən xoşbəxtlik payını almağı bacaran, insanların sevgisini qazanan söz sahiblərindəndir.

Kollektivdə Ənvər müəllimi sevməyən çətin tapılar; universitet rəhbərliyindən tutmuş mühafizəçisinədək hər kəs onun xətrini əziz tutur. O, insanlara böyük hörmət və səmimiyyətlə yanaşdığı üçün ətrafdakıların da reaksiyası eyni olur. Uzun illərdir çalışdığı Lənkəran Dövlət Universitetində, Lənkəranda, ümumilikdə cənub bölgəsində onun haqqında kimdən soruşsanız, “gözəl insandır, dəyərli dostdur, əsl pedaqoqdur, vətənpərvər ziyalıdır” cavabını eşidəcəksiniz. Bütün bu fikirlərin fövqündə isə bir ortaq rəy dayanır: “Təmənnasız, əli harama dəyməyən halal adamdır!”

İnanmıram ki, Ənvər müəllim başqa bir sahədə çalışsaydı — atasının istəyi ilə həkim, anasının arzusu ilə musiqiçi, dostlarının təkidi ilə bank işçisi olsaydı — bu qədər sevgi və nüfuz qazana bilərdi. Çünki o, öz fitri istedadını məhz müəllimlik peşəsində tapdı.

Yaşadığımız həyatda hər şey maddiyyatla ölçülmür. Elmi adlar, yüksək kürsülər də cəmiyyətdə yaxşı insan kimi qəbul olunmağımızda həlledici deyil. Əsas olan pak əqidə, insaniyyət və saf amaldır ki, məhz bunların vəhdətindən kamil şəxsiyyət formalaşır, cəmiyyətə nümunə göstərilə bilən obrazlar yaranır. Bu gün tam səmimiyyətlə demək istəyirəm: mənim tanıdığım Ənvər müəllimdə bu dəyərlərin hamısı cəmləşib. Kənardan sadə görünən, sakit həyat tərzi sürən bu insanın ömür yolunu incələyəndə görürük ki, bu sadəliyin daxilində dərin bir mükəmməllik və tamlıq gizlənib.

Ənvər Şahqubadbəylinin 33 illik pedaqoji fəaliyyətinin özünəməxsus tərəfləri haqqında informasiya portallarında və sosial şəbəkələrdə uzun illərdir çox yazılıb, videomateriallar hazırlanıb. Maraqlıdır ki, təkcə doğum günlərində və ya peşə bayramlarında deyil, ilin bütün fəsillərində “əsl müəllim kimdir?” müzakirəsi açılanda ilk xatırlanan simalardan biri məhz Ənvər müəllim olur. Onun modern, yenilikçi dərs metodları və tələbələrlə ünsiyyət qurmaq məharəti daim nümunə çəkilir.

65 illik yubileyini qeyd edən Ənvər Şahqubadbəylinin elmi titulları çox olmasa da, hörmət dairəsi olduqca genişdir. Azərbaycanın hüdudlarından kənarda yaşayan yüzlərlə yetirməsi üçün o, sıravi ali məktəb müəllimi deyil, neçə-neçə elmi dərəcəli alimdən üstün tutulan pedaqoq, sözü ilə əməli bir olan ziyalıdır. Onun sosial şəbəkələrdəki fəallığı, məzmunlu paylaşımları və minlərlə izləyicisinin olması isə fəal vətəndaş mövqeyindən, zamanın nəbzini tutmasından xəbər verir.

Bu insanın 65 illik ömür yolunu nəzərdən keçirəndə bir həqiqətin şahidi oldum: Ənvər müəllimin həyat tərəzisində mənəvi dəyərlər maddiyyatı həmişə üstələyib. Bəs şəxsiyyət ucalığı və mənəvi saflığın qorunması Ənvər Şahqubadbəyliyə nə qazandırıb? Maddi meyarlarla ölçsək, bəlkə də heç nə. Ömrünün 65-ci ilində onun dost-tanış arasında öyünəcəyi dəbdəbəli mülkləri, villaları, paytaxtda mənzili yoxdur. Ailəsi ilə birlikdə həkim atasından miras qalan üçotaqlı evdə yaşayır, olduqca sadə ömür sürür. Özünün dediyi kimi, Uca Xaliqdən böyük maddi təmənnası olmadığından ömrü boyu özünü daxilən rahat və azad hiss edib.

Ənvər Şahqubadbəyli Lənkəran Dövlət Universiteti fəaliyyətə başladığı ilk illərdən taleyini bu ali təhsil ocağı ilə bağlayıb. Onunla eyni vaxtda burada işə başlayanların əksəriyyəti sonradan daha gəlirli sahələrə üz tutaraq fərqli karyeralar qurdular. İnformasiya-kommunikasiya sahəsində peşəkar mütəxəssislərə isə hər zaman ehtiyac olub. Ənvər müəllimə də vaxtilə — elə indi də — bank və maliyyə sektorundan, özəl şirkətlərdən, paytaxtdan çox cəlbedici iş təklifləri gəlib. Lakin o, LDU-dakı sadə müəllimliyini heç bir şirnikləndirici təklifə dəyişməyib. Cənub bölgəsində ilk ali təhsil ocağının açılmasına qəlbən sevinənlərdən biri kimi, bu universitetdən ayrılmağı doğma ideyaya xəyanət hesab edib.

O, bölgədə ziyalı mühitinin formalaşmasında və regionun kadr potensialının yaradılmasında LDU-nun xidmətlərini yüksək qiymətləndirir, bu xeyirxah missiyada özünün də payı olması ilə fəxr edir. Eyni zamanda daim öz üzərində işləyən, müasir texnoloji yenilikləri tədrisə tətbiq edən novator pedaqoqdur. Süni intellektin cəmiyyətdəki rolu və təsir gücü ilə bağlı informasiya portallarında dərc olunan analitik yazıları və araşdırma materialları geniş maraq və müzakirələrə səbəb olub.

Altmış beş il… Kiməsə görə sadəcə bir zaman kəsiyi, kiməsə görə isə rəqəmlərin cəmidir. Amma ömrünü elmə, təhsilə və gənc nəslin maariflənməsinə həsr etmiş Ənvər müəllimin həyat yolu bizə göstərdi ki, həyatın ən çətin sınağı ömür boyu İnsan qala bilmək, bu adın şərəfini və paklığını qorumaqdır. O, auditoriyalarda tələbələrinə yalnız informatikanın kodlarını, kompüterin sirlərini öyrətmədi; həm də dürüstlüyün, təvazökarlığın və səmimiyyətin düsturunu aşıladı, əsl həyat dərsi keçdi.

Ziyalılıq Ənvər müəllim üçün heç vaxt fərqlənmək vasitəsi və ya titul olmadı. O, ziyalılığı hər səhər universitetin dəhlizində tələbələrini qarşılayan o isti təbəssümündə, gənclərə olan sonsuz sevgisində büruzə verdi. Bu gün onun sinəsini bəzəyən “Tərəqqi” medalı təkcə dövlətin onun zəhmətinə verdiyi ali qiymət deyil, həm də minlərlə gəncin qəlbində ucaldılmış sevgi abidəsinin rəsmi nişanəsidir.

Ənvər müəllimin bu işıqlı həyat yolu, pedaqoji fəlsəfəsi və insani keyfiyyətləri o qədər zəngin və ibrətamizdir ki, bir məqalə çərçivəsinə sığmadı. 65 illik yubileyi münasibətilə qələmə aldığım və bu günlərdə işıq üzü görən “Bir ömrün hekayəti və ya əsl müəllim haqqında povest” kitabı da məhz bu ehtiramdan doğdu. Bu nəşr əziz həmkarıma kiçik bir minnətdarlıq, dost və qələm yoldaşı töhfəsidir.

Əziz Ənvər müəllim! Altmış beş yaşın uca zirvəsindən geriyə boylanarkən fəxr etməyə tam haqqınız var. Çünki siz arxada qalan illərə baxanda təkcə təqvimin vərəqlərini deyil, böyütdüyünüz gözəl övladları, yetişdirdiyiniz yüzlərlə dəyərli gənci və sizə qəlbən bağlı olan dostlarınızı görəcəksiniz. Arzu edirəm ki, simanızın o doğma nuru, gözlərinizin o işıqlı təbəssümü, yaşamaq və yaratmaq həvəsiniz heç vaxt tükənməsin.

Yubileyiniz mübarək, qəlbi gənc, amalı uca İnsan!

Bütün LDU səni çox istəyir bil,

Fərqi yox, tələbə, ya da müəllim!

Altmış beş yaşını təbrikə gəlib,

100 yaşa deyirik, Ənvər müəllim!

Esmira İsmayılova,

Filologiya üzrə fəlsəfə doktoru, dosent.

AzPost.az

Post navigation

Previous: Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi – 3 körpü vuruldu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://azpost.info
archiveBu xəbər 20 Noyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri