Bakıda avtobusda insident: Sərnişin şüşəni təpiklə sındırıb qaçdı Video
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.
Belə ki, 99-JP-013 dövlət nömrə nişanlı 65 saylı marşrut avtobusunda sərnişin sürücüdən nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamağı tələb edib.
Sürücü avtobusu qarşıdakı dayanacaqda saxlayacağını bildirsə də, sərnişin tələbində israrçı olub.
O, avtobusun salonunda quraşdırılmış, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus elektron ödəniş cihazına və avtobusun ön qapısının şüşəsinə zərər vurub. Sərnişin avtobusun qapısında yerləşən şüşəyə təpik atıb və hadisə yerindən uzaqlaşıb.
Hadisə avtobusda quraşdırılmış müşahidə kamerası vasitəsilə anbaan qeydə alınıb.
Görüntünü təqdim edirik:
Bu mövzuda digər xəbərlər:Şüşəni sındırıb 200 minlik oğurluq etdilər VİDEO
19 Noyabr 2024 14:49
Avtobusda insident: sərnişin sürücünü döydü VİDEO
15 Sentyabr 2025 20:38
Bakıda sərnişin avtobusda ölüb
27 Yanvar 2026 15:08
Bakıda sərnişin avtobusda öldü
19 Noyabr 2025 10:40
Aqressiv sərnişin avtobusun şüşələrini sındırıb qaçdı Video
20 Noyabr 2026 11:05
Baxış sayı:43
Bu xəbər 20 Noyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















