Icma.az
close
up
RU
Bir piyadaya görə 60 nəfər dayanır Ekspert

Bir piyadaya görə 60 nəfər dayanır Ekspert

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"Elə küçələr, elə yollar var ki, orada piyadaların xaotik hərəkəti yaxşı nəticə vermir, nəqliyyatın hərəkətini iflic edir. Məsələn, İstiqlaliyyət və Bünyad Sərdərov küçələrindən Axundov bağına dönən yerdəki vəziyyəti görəndə adam başa düşür ki, deputat tərəfindən verilən təklif reallığı əks etdirir".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı Milli Məclisin deputatı Tahir Rzayevin yolu keçən hər bir piyadaya görə maşının saxlanılmasının yolverilməzliyi ilə bağlı fikirinə münasibət bildirərkən deyib. 

Ekspertin sözlərinə görə, bunu hansı küçələrdə tətbiq etməyin mexanizmi işlənilməlidir:

"Bu təklif hansı yollara tətbiq edilə bilər? Buna harada və hansı saatlarda imkan var? Bunun mexanizmi işlənilməlidir. Bizim mental düşüncələrimiz necədir? İnsanlara desək ki, xahiş edirik gözləyin, adamlar toplaşsın və sonra svetoforu dayandırın, xaotik şəkidə hərəkəti dayandırmayın, bir-bir keçməyin, 5-7 nəfər yığılsın və sonra yolu keçin. O zaman biz müxtəlif bəhanələr eşidəcəyik. Necə ki, qırmızı işıqda sürücü yolu keçəndə eşidirik. Piyadalar da həmin bəhanələrə əl atacaq, evdə xəstə var, idmana, dərsə gedirəm və s. bu cür məsələlər orta çıxacaq".


Elməddin Muradlı bunun bir mədəniyyət məsələsi olduğunu hesab edir:

"Sözügedən qaydanı o ölkələr tətbiq edir ki, orada insanların bir-birinə hörməti, ətrafa münasibəti yüksək səviyyədədir. Bizdə isə insanlarda böyük aqresiya var, hərə bir bəhanə deyəcək".

Ekspert bildirib ki, piyadaların xaotik hərəkəti ilə bağlı deputatın səsləndirdiyi fikirlər tamami ilə əsaslıdır:

"Zaman-zaman bununla bağlı biz də təkliflər səsləndirmişik. Dünya təcrübəsində də belə praktika mövcuddur. Məsələn, Polşada bu cür qayda mövcuddur, əgər piyada yolu keçirsə, svetoforun düyməsini basmazdan öncə mütləq gözləməlidir. 5-7 nəfər yığılır, düymə basılır, hərəkət dayanır və sonra piyada yolu keçir. Hər bir adam üçün svetofor saxlayıb nəqliyyatı dayandırmaq düzgün deyil. Svetofor dayananda ən azı 30 avtomobil dayanır. 30 avtomobildə də ən azı iki nəfərdən hesablasaq bu 60 nəfər edir. Təsəvür edin ki, 60 nəfər 1 nəfərə görə dayanır".

Qeyd edək ki, Milli Məclisin deputatı Tahir Rzayev yolu keçən bir piyadaya görə avtomobilin saxlamasının yolverilməz olduğunu deyib: "Bizə adi görünən vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişlər tətbiq etmək əhəmiyyətli olar. Yolu keçən hər bir adama görə maşının saxlanılması yolverilməzdir və elə bilirəm ki, 8-10 nəfər insan yol kənarında toplaşdıqdan sonra belə keçidə icazə verilməlidir".

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Mart 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri