Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Bakıda şəhərin abadlaşdırılması, o cümlədən səkilərin salınması və bərpası istiqamətində işlərin aparılması üçün 60 milyon manat vəsait ayrılıb.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Anar Əliyev hesab edir ki, ayrılan vəsait çərçivəsində görüləcək işlər yalnız mövcud səkilərdə köhnə daşların yeniləri ilə əvəzlənməsi ilə məhdudlaşmamalıdır.
O bildirib ki, Bakıda piyadaların hərəkəti ilə bağlı əsas problemlərdən biri səkilərin düzgün təşkil edilməməsi və pandusların çatışmazlığıdır.
“Bəzi küçələrdə isə ümumiyyətlə səki yoxdur”, – deyə Anar Əliyev qeyd edib.
Ekspertin sözlərinə görə, səkilərin yenilənməsi zamanı piyadaların, xüsusilə hərəkət imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkəti nəzərə alınmalıdır. Bu baxımdan pandusların düzgün qurulması, piyada keçidlərinə çıxışların əlçatan olması və səkilərin fasiləsizliyinin təmin edilməsi əsas məsələlərdən biridir.
Sözügedən məsələlər 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramında da öz əksini tapıb. Proqram çərçivəsində əsas icraçı qurumlardan biri Bakı Şəhər İcra Hakimiyyətidir. Bununla yanaşı, piyada yollarının təşkili ilə bağlı təsdiqlənmiş tələblər də mövcuddur.
Ekspert ayrılan vəsait hesabına görüləcək işlərin şəhərin müxtəlif ərazilərində piyada infrastrukturunun keyfiyyətinin yüksəldilməsinə imkan verəcəyinə ümid etdiyini bildirib.
“Baxaq görək, bu səfər nəsə alınacaq, yoxsa yox”, – deyə Anar Əliyev vurğulayıb.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 28 Sentyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















