“Bir qədər də şans olsa, hesab heç heçə ola bilərdi” “Araz Naxçıvan” Lissabonda “sülh”ə yaxın imiş
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Bilindiyi kimi, “Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırdı. Buna “qırmızı-ağlar”ın “Benfika”ya qarşı görüşlərdə - evdə 0:9, səfərdə 2:4 - uduzması səbəb oldu.
İlk oyun haqda detalları diqqətinizə çatdırmışdıq. Bəs, komandanın cavab matçında daha yaxşı nəticə qazanmasının kökündə hansı məqamla dayanır?
“Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqov “Football-plus.az”ın sualını belə cavabladı:
“Çox ağır səfərdən qayıtdıq. Komanda istədiyimizdən daha yaxşı çıxış etdi. Bakıdakı matçda üç əsas futzalçımız yox idi. Kömək üçün icarəyə götürdüyümüz oyunçular da effektli olmadı. Öz futzalçılarımız qayıdandan sonra səfərdə arzuladığımız kimi oynadıq. Uduzmağımıza baxmayaraq, rəqibə layiqincə müqavimət göstərdik. Oyunumuzu sərgiləyə bildik. Qollar vurduq. Sona qədər mübarizə apardıq. Təsadüf deyil ki, 18 yaşlı üzvümüz Ədalət Ələkbərov da bu matçda fərqləndi. Bir qədər də şans olsa, hesab heç-heçə ola bilərdi. Komandadan razıyam. Vacib məqamda toparlanmağı bacardılar”.
Baxış sayı:16
Bu xəbər 11 Dekabr 2025 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















