Icma.az
close
up
RU
Bir qələbə kifayət edər ki... Cavid Hüseynov ayrılmaq ehtimalı haqda nə dedi?

Bir qələbə kifayət edər ki... Cavid Hüseynov ayrılmaq ehtimalı haqda nə dedi?

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

"Səbail" Misli premyer-liqasının evdə keçirilən 16-cı tur matçında "Araz-Naxçıvan"a uduzdu - 0:2.

"Football-plus.az" xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- "Araz-Naxçıvan"ı təbrik edirəm. Oyuna yaxşı hazırlaşsaq da , uduzduq. Komanda şəklində üzgünük. Nəyisə dəyişmək istəsək də, alınmır. Hücum xəttində problem var. Səbrli olmalıyıq. Maksimum dərəcədə toparlanmalıyıq. Son iki oyun qalıb. Əlimizdən gələbi edəcəyik ki, həmin matçlarda yaxşı nəticə əldə edək.
- "Səbail" Şahin Diniyevin dövründə də uduzurdu. Amma heç olmasa, qol vururdu, xal qazanırdı. Siz üç rəsmi matçda nə qol vura bilmisiz, nə də xal qazanmısız. Kimdi günahkar? Futbolçular, Diniyev yoxsa Hüseynov?
- Təkrar olacaq, amma heyətimiz geniş deyil. Zədəli futbolçularımız da var. Bəli, komandanı üç oyuna çıxarmışam. Bu gün "Qarabağ"la mübarizə aparmaq çox çətindi. "Sabah"a da uduzduq. "Araz-Naxçıvan" isə formada olan iki komandadan biridi. Yenə deyirəm ki, çalışırıq, amma alınmır.
- Problem heyətin kasad olmasındadı? Lazımi büdcə ayrılmayıb?
- Komandada sırf hücumçu yoxdu. Halbuki hər mövqe üçün iki futbolçu olmalıdı. Bizdə bəzi mövqelərdə əvəzləyici oyunçular da yoxdu. Futbolçular arasında rəqabət aşağı səviyyədədi. Qış fasiləsinə qədər başqa şansımız yoxdu.
- Bəs, komanda fasilədə gücləndirilməsə, erkən ayrılığınız mümkündümü?
- Bu barədə danışaq hələ tezdi. Ümid edirəm ki, istədiyimiz futbolçuları ala biləcəyik.
- Özünüz özünüzü necə motivasiya edirsiz?
- Durumdan xəbərdaram. Bura gələndə hər şeyi bilirdim. Bir qələbə kifayət edər ki, komandanın özünəinamı qayıtsın. Rəqiblər kifayət qədər güclüdü. Amma inamımız itməyib.
- "Şamaxı"yla matç dönüş nöqtəsi ola bilərmi?
- Hər rəqib bizim üçün eyni səviyyədədi. Çox istəyirik ki, qələbə qazanaq. Sonuncu pillədəyik. Təzyiq var. Futbolçular narahatdı. Bizi "Şamaxı"yla çətin oyun gözləyir.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Dekabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri