Icma.az
close
up
RU
Bir qərinəyə sığan qəhrəmanlıq dastanı şəhid kapitan Xəlfəli Sultanovun ömür yolu

Bir qərinəyə sığan qəhrəmanlıq dastanı şəhid kapitan Xəlfəli Sultanovun ömür yolu

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hacıqabul, 20 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Bir qərinəyə sığan şərəfli ömür yolu. Həyat bir nəfəs qədər qısa olsa da, qəhrəmanlıq əsrlər boyu yaşayır. Kapitan Xəlfəli Sultanovun da qəhrəmanlıq dolu xatirəsi digər şəhidlərimizin xatirəsi kimi əbədi olaraq yaşayacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, döyüş yolu Aprel zəfərindən başlayan Xəlfəli həm də 44 günlük Zəfər yürüşündə şücaəti ilə seçilib. 2023-ci il sentyabr 19-20-də isə Qarabağda erməni separatçılarına qarşı keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Xəlfəli qərhəmancasına şəhidlik zirvəsinə ucalıb.

Xəlfəlinin həyat yolu elə uşaqlıqdan döyüş ruhu ilə yoğrulmuşdu. 1990-cı ilin yayında, iyunun 18-də dünyaya gələn Xəlfəli böyüdükcə Vətənə bağlılığı ilə seçilirdi. Şəhid atası Böyükağa Sultanov indi oğlunun şərəfli ömür yolu haqqında qürurla danışır.

“Doğma kənd məktəbini bitirdikdən sonra ali təhsil yolunu hərb sahəsində görən Xəlfəli Sultanov “Mən zabit olacağam!” deyirmiş. Elə də oldu, 2007-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil oldu, 2011-ci ildə isə artıq zabit kimi Milli Ordunun sıralarında xidmətə başladı. Onun ilk xidmət illəri Bakıdakı “N” saylı hərbi hissədə keçdi. Topçu kimi peşəkarlığı, intizamı və Vətən sevgisi ilə seçilən gənc zabit oldu. “Azərbaycan Silahı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə təltif olunanda sevincinin həddi hüdudu yox idi. O hərb sirlərinə peçəkarcasına yiyələnmişdi”, - deyə şəhid atası bildirir.

Xəlfəli Sultanov 2016-cı ilin Aprel döyüşlərində düşmən qarşısında mərdliyini göstərərək, Murovdağda, Lələtəpədə, Daşkəsən istiqamətlərində vuruşaraq igidliyini təsdiqləyən hərbçilərdən biri olub. O, sonrakı illərdə Goranboy və Gəncədə xidmətini davam etdirib. Xidməti illərində "Azərbaycan Ordusunun 100 İliyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

Şəhid qardaşı Azad Soltanov deyir ki, Xəlfəli 2020-ci ilin Vətən müharibəsində də ön cəbhədə idi: “Xəlfəli Vətənə, Bayrağa çox bağlı idi. Ən böyük arzusu torpaqlarımızın azadlığı idi. Onun döyüş yolu Kəlbəcər istiqamətindən başladı. 44 günlük Zəfər Yürüşünün iştirakçısı olaraq şücaəti ilə seçildi. 8 Noyabr Zəfər günündə ən böyük sevincini yaşayırdı, çünki ən böyük arzusu gerçəkləşmişdi. Qələbədə payı olduğu üçün çox qürurlu idi. Döyüşlərdə göstərdiyi şücaətə görə, "Kəlbəcərin azad olunması" medalı ilə təltif edildi. Həmçinin xidmətlərinə görə Xəlfəlinin fədakarlığı nəzərə alınaraq kapitan rütbəsinə layiq görüldü. 2023-cü il sentyabrın 19-da, Silahlı Qüvvələrimizin keçirdiyi antiterror tədbirləri zamanı Xəlfəli də döyüşə atılanlar sırasında yer alıb, Şuşa yaxınlığında – Xocalının Çanaqçı kəndi ətrafında gedən döyüşlərdə kapitan Xəlfəli Sultanov son nəfəsinədək vuruşaraq qəhrəmancasına şəhid oldu”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Kapitan Xəlfəli Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see887

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see334

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see306

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see304

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see212

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see195

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see193

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see189

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see181

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see167

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see166

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see166

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see160

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see159

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see138

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri