Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Şəhid Əbülfəzin qəhrəmanlıq dastanı FOTO

Şəhid Əbülfəzin qəhrəmanlıq dastanı FOTO

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

3 iyul Əbülfəz Rəhmətovun doğum günüdür
Əbülfəz Hüseynverdi oğlu Rəhmətov. İndi bu ad dağlar diyarı, qartalar oylağı Lerikdə kiçikdən tutmuş böyüyə kimi hamı üçün doğma və əzizdir. Çünki qəlbi sevdalı igid Vətən, torpaq uğrunda canından keçərək şərəfli ölümü ilə millətinə, xalqına başucalığı gətiribdir . Bəli, minlərin ürəyində özünə əbədi məkan quran Əbülfəz ömrünün 31-ci ilində dünyadan köçsə də, indi sorağı harada bir Günəş müqəddəsliyi var oradan gəlir...
Tükənməz Vətən sevgisi, xalqa məhəbbət uşaq yaşlarında Əbülfəzin qəlbinə hakim kəsilir. Özünü dərk edən gündən yağı dadanmış yurdunun taleyi bu yeniyetməni çox narahat edir. Erməni dığalardan işğal olunan Vətən torpağının hər qarışının qisasını almaq üçün həyatını hərbiyə bağlamağa qərar verir. Və orta məktəbi bitirib 2006-cı ildə Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olur. Oxuduğu müddətdə davranışı, mədəniyyəti, bacarığı ona hörmət gətirir. O, nizam-intizama əməl edir, bütün diqqət və səyini hərbi elminin sirlərini dərindən öyrənməyə yönəldir. Dörd ildən sonra təhsilini başa vurub leytenant rütbəsində Vətənin keşiyində durur. Daha dəqiq desək hərbi xidmətini düşmənlə üzbəüz ön cəbhədə tağım, tabor komandiri kimi yerinə yetirir. Təhsil zamanı öyrəndiyini məharətlə praktikada tətbiq edir, döyüş tapşırıqlardan üzüağ çıxır. Bütün bunlarla bərabər Vətən torpaqların azadlığı naminə hər an Ali Baş Komandanın döyüş əmrini gözləyir.
Əbülfəz müharibə meydanında erməni dığaları ilə üz-üzə 2016-cı il Aprel döyüşlərində gəlir. Vətənin şərəfini, qürurunu uca tutmaqla Lələ-təpənin alınmasında düşmənə qan qusdurur. Bununla əsgər və zabitlərin gözündə hünər, igidlik nümunəsinə dönür. Nümunəvi xidmətlərinə görə “ Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycanın Respublikasının Silahlı Qüvvələrinin 100 illiyi” yubileyi və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medallarına layiq görülür.
Tovuz döyüşlərində Əbülfəz general-mayor Polad Həşimovla bir yerdə olur. Çətin anlar, müharibə dəhşətləri onun qürurunu əyə bilmir. Azərbaycanın əzəli, əbədi yurd yeri Qarabağı düşünməklə bu döyüşlərdə bir daha mətinləşir.
İlahi bir məhəbbətlə Vətəninə bağlı olan Əbülfəz kapitan rütbəsinə ucalır. Kəşfiyyatçı və motoatıcı taborun rəisi olan qəhrəman zabit İkinci Qarabağ müharibəsi başladığı ilk gündən erməni dığalarına qarşı gedən döyüşlərdə şücaət göstərir, onlara sarsıdıcı zərbələr vurur. Qarabağı azad görmək arzusu ilə ağır müharibə meydanlarında cəsurluq, igidlik, mərdlik nümayiş edir. Füzulidə, Cəbrayılda, Qubadlıda torpaq naminə əsl tarix yazır. Vətən yolunda şəhidlik zirvəsinə ucaldığı savaş yeri isə Cəbrayılın Hovuslu kəndi olur. 16 oktyabrda burada ölüm-dirim döyüşdə son gülləsinə qədər mənfur düşmənlə vuruşur...
Şəhidlik ən müqəddəs, uca zirvədir. Bu zirvəyə ucalanlar isə heç zaman ölmürlər. İgid kapitan Əbülfəz də belə bir şərəfli həyat yolu keçdi. Ölümündən sonra dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, “İgidliyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Rəşadət” ordeni qəhrəman lerikli balasının Vətən, xalqı sevgisinin təcəssümündən irəli gəlir.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyul 2026 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri