Icma.az
close
up
RU
Füzulidə gerçəkləşən arzu şəhid Ülvi Mikayılovun qəhrəmanlıqla yazılan ömür dastanı

Füzulidə gerçəkləşən arzu şəhid Ülvi Mikayılovun qəhrəmanlıqla yazılan ömür dastanı

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Füzuli, 18 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

İşğaldan azad olunan torpaqlarda yenidən qurulan həyatın hər daşında, hər nəfəsində bir şəhidin izi var. Bu torpaqların azadlığı uğrunda canından keçən qəhrəmanlardan biri də Ülvi Mikayılovdur. Onun ömür yolu qısa olsa da, Vətən sevgisi, vətənpərvərliyi və şücaəti ilə yaddaşlara həkk olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ülvi Mikayılov 2004-ci il avqustun 20-də dünyaya göz açıb. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilib. Ülvinin hər zaman beret qoyduğunu deyən şəhid atası Bəhruz Mikayılov onunla bağlı qürur və kədər dolu xatirələrini bölüşür: “Ülvi uşaqlıqdan hərbiyə meyilli idi. Hər zaman başına beret qoyardı. Biz onunla hər görüşəndə hərbi xidmətindən fəxrlə danışırdı. Komando kursunu uğurla başa vurması, komando birliyində xidmət etməsi onu çox sevindirirdi. İdmanla məşğul olurdu, gələcək arzusu polis olmaq idi. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə Ülvini sonsuz sevindirmişdi. Deyirdi ki, qalib orduda xidmət etmək özü bir fəxrdir. Xidmətinin 11-ci ayında Papravənd–Ağdərə istiqamətində aparılan lokal xarakterli antiterror tədbirlərində iştirak etdi. O döyüşlərdə qəhrəmancasına şəhid oldu”.

Atası deyir ki, Ülvinin vəsiyyəti sadə, amma uca idi. O, Füzulidə dəfn olunmaq və ailəsinin də orada yaşamasını istəyirdi.“Biz Bakıda yaşasaq da, əslən Füzulidən idik. O, həmişə deyirdi ki, ən böyük arzum azad olunmuş torpaqda yaşamaqdır. Biz də onun vəsiyyətini yerinə yetirdik. Ülvini ata-baba torpağında dəfn etdik, ailəlikcə Füzuliyə köçdük. Bu gün biz orada yaşayırıq və övladımızın ruhunun şad olduğunu bilirik. Biz Ülvi ilə və bütün şəhidlərimizlə fəxr edirik.”

Şəhidin anası Günel Abbasova sözə başlayanda gözləri uzaqlara dikilir... “Şəhid anası olmaq həm ağır, həm də qürurludur. Ülvi hər zaman deyirdi ki, elə bir zirvəyə ucalacağam ki, məni bütün Azərbaycan tanıyacaq. Onun arzusu necə idisə, elə də oldu. Mən şəhid anası olaraq oğlumla fəxr edirəm. Biz Füzulidən çıxanda mənim cəmi 10 yaşım vardı. İllərlə qayıdış gününü gözlədik. Bu gün isə doğma torpaqlarımıza övladlarımızın qanı, canı bahasına qayıtmışıq. Ona görə bu yerlər bizim üçün sadəcə yurd deyil, həm də müqəddəsdir. 2024-ci ilin oktyabr ayında biz Ülvinin arzusunu gerçəkləşdirdik, Füzulidə məskunlaşdıq, Ali Baş Komandan, Prezident İlham Əliyev Füzuliyə səfərə gəldi və bizimlə görüşdü. Bu, mənim üçün təsəlli oldu, həm də məndə qürur hissi yaratdı. Şəhidlərimizin qəhrəmanlığı valideynləri üçün ən böyük təsəllidir. Ülvi Mikayılovun adı bu gün yalnız ailəsinin deyil, bütün Azərbaycanın qürurudur. Onun arzusu gerçəkləşdi – doğma torpaqlar azaddır, ailəsi Füzulidədir və qəhrəmanlıqla yazılan ömür dastanı gələcək nəsillərə örnəkdir", - deyə şəhid anası söyləyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ülvi Mikayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see189

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see183

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see180

Payız turizmi üçün ən yaxşı şəhərlərin adları açıqlanıb...

31 Oktyabr 2025 21:06see161

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see146

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see138

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see137

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see135

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see133

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see131

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see129

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see127

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see126

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see126

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see126

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see123

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see123

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see122

12 manata “monqol əti” Azərbaycan bazarında ayaq açıb yürüyür VİDEO

01 Noyabr 2025 10:51see119

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri